Azərbaycanda doğum sayı azalıb: Demoqrafik dəyişikliklərin səbəbləri nələrdir?

Azərbaycanda doğum sayı azalıb: Demoqrafik dəyişikliklərin səbəbləri nələrdir?Azərbaycanda demoqrafik göstəricilərdə son illərin ən nəzərəçarpacaq azalması qeydə alınıb. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2026-cı ilin yanvar-may aylarında ölkədə doğum sayı ötən ilin eyni dövrü ilə müqayisədə 26 faiz aşağı düşüb. Hər 1000 nəfərə düşən doğum əmsalının 9.2-dən 8.5-ə enməsi və cəmi bir il ərzində doğulan körpələrin sayında 10 205 nəfərlik fərqin yaranması narahatlıqla qarşılanır. Doğumların bu qədər qısa müddətdə azalmasının əsas səbəbi nədir?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanda doğum sayı azalıb: Demoqrafik dəyişikliklərin səbəbləri nələrdir?

"Bu proses dünyada da baş verir"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nərgiz Sədrəddinbəylinin sözlərinə görə, doğum səviyyəsində müşahidə olunan dəyişikliklər təsadüfi deyil. Bu, həm obyektiv iqtisadi reallıqların, həm də subyektiv həyat tərzi seçimlərinin yaratdığı kompleks prosesdir. Ölkəmiz qlobal demoqrafik tendensiyaların təsirindən kənarda qalmadığı üçün bu gün Azərbaycanda da ailə qurmaq və valideyn olmaqla bağlı yeni reallıqlar formalaşır: "Vəziyyətin obyektiv səbəbləri Dövlət Komitəsinin apardığı təhlillərdə öz əksini tapıb. Rəsmi statistika ilə beynəlxalq rəqəmlərin müqayisəsi azalma prosesinin qlobal xarakter daşıdığını göstərir. BMT-nin son qiymətləndirmələrinə görə, qlobal doğum göstəricisi, yəni bir qadına düşən orta uşaq sayı 2024-cü ildə 2.2-yə enib. Bu rəqəm əhalinin özünü təbii yolla bərpa etməsi üçün qəbul edilən 2.1 səviyyəsinə yaxındır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrinin təcrübəsinə nəzər saldıqda isə, doğum səviyyəsinin son 60 ildə təxminən iki dəfə azaldığını görürük. İƏİT-nin araşdırmaları göstərir ki, bu azalmanın əsas xüsusiyyətlərindən biri ilk övladın daha gec yaşda dünyaya gətirilməsidir. Orta hesabla anaların doğuş yaşı 1980-ci ildəki 27 yaşından 2022-ci ildə 30.9 yaşa qədər yüksəlib ki, bu da evlilik yaşının artması ilə birbaşa əlaqəlidir".

Azərbaycanda doğum sayı azalıb: Demoqrafik dəyişikliklərin səbəbləri nələrdir?

"Müasir ailələr kəmiyyətdən çox keyfiyyətə diqqət yetirir"

Komitə rəsmisi əlavə edir ki, rəqəmlərin arxasında dayanan əsas subyektiv amil müasir gənclərin prioritetlərinin dəyişməsidir: "Onlar ilk növbədə ali təhsil almağa, karyera qurmağa, fərdi inkişafa və həyatlarını maddi baxımdan təmin etməyə üstünlük verirlər. Lakin bu tendensiyanın müsbət tərəfi də var: bu, ailə qurmaq və övlad sahibi olmağın müasir dövrdə daha çox düşünülmüş və planlı qərar kimi qiymətləndirildiyini göstərir. Gənc ailələr bu addımı daha məsuliyyətlə atır, uşağın sağlam inkişaf edə biləcəyi mühit formalaşdırmağa çalışırlar. Müasir ailələr kəmiyyətdən çox keyfiyyətə, uşaqların rifahına və təhsilinə diqqət yetirirlər. Mövcud çağırışlara dövlət səviyyəsində cavab verilməsi məqsədilə hazırda tədqiqatlara istinad edən "Ailə Konsepsiyası" sənədi üzərində iş aparılır ki, bu da doğum səviyyəsinin tənzimlənməsindən iş və ailə həyatının balanslaşdırılmasına qədər bir sıra məsələləri özündə əks etdirəcək".

Azərbaycanda doğum sayı azalıb: Demoqrafik dəyişikliklərin səbəbləri nələrdir?

"Cəmiyyətin reproduktiv davranışında fərqliliklər yaranıb"

"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova isə hesab edir ki, demoqrafik göstəricilərdə müşahidə olunan son dəyişikliklər ölkənin gələcək əmək bazarı, iqtisadi inkişafı və sosial müdafiə sistemi baxımından ciddi nəzərə alınmalı olan məsələdir: "Bir il ərzində 26 faizlik geriləmə cəmiyyətin reproduktiv davranışında fərqliliklərin yarandığını göstərir. Bu rəqəmlər sübut edir ki, vətəndaşlar övlad sahibi olmaq qərarını təkcə təxirə salmır, bəzən də maddi və sosial amillərə görə bu addımdan çəkinirlər. Tendensiyanın bu şəkildə davam etməsi gələcəkdə təhsil sisteminə təsir göstərəcək. Əvvəlcə məktəblərdə şagirdlərin sayı azalacaq, daha sonra ali təhsil müəssisələrində qəbul göstəriciləri enəcək. Bunun məntiqi davamı kimi ölkənin əmək bazarında işçi qüvvəsinin azalması müşahidə ediləcək. Nəticə etibarilə cəmiyyətdə yaşlı əhalinin xüsusi çəkisi artacaq ki, bu da dövlətin sosial təminat və pensiya sisteminə düşən maliyyə yükünü artıracaq".

Azərbaycanda doğum sayı azalıb: Demoqrafik dəyişikliklərin səbəbləri nələrdir?

"Qadınlar karyera və analıq arasında seçim etməli olur"

Ekspertin fikrincə, bu azalmanın yalnız qlobal tendensiya ilə izah etmək kifayət etməz: "Məsələnin kökündə ilk növbədə iqtisadi amillər dayanır. Mənzil problemi, kirayə haqları, eləcə də uşağın ehtiyaclarının qarşılanması və təhsil xərclərinin artması gənc ailələri növbəti övlad haqqında düşünməkdən çəkindirir. Qadınların sosial həyatda və əmək bazarında fəallığının artması cəmiyyət üçün müsbət irəliləyiş olsa da, işləyən analar üçün zəruri infrastrukturun əlçatan məktəbəqədər təhsil müəssisələrinin, dayə xidmətlərinin və iş yerlərində çevik qrafiklərin məhdudluğu onları karyera və analıq arasında seçim etməyə məcbur edir. Dövlət gənc ailələr üçün maliyyə dəstəyi mexanizmlərini tətbiq etməli, doğuma görə birdəfəlik və aylıq ödənişlər sistemini beynəlxalq təcrübələrə uyğunlaşdırmalı, çoxuşaqlı valideynlərə mənzil və vergi güzəştləri təmin edilməlidir".

Azərbaycanda doğum sayı azalıb: Demoqrafik dəyişikliklərin səbəbləri nələrdir?

"Gənc nəsil hər bir addımını hesablayaraq atır"

Sosioloq Naib Niftəliyev isə qeyd edir ki, mövcud vəziyyət psixoloji və mədəni dəyişikliklərlə iqtisadi reallıqların kəsişməsində yaranıb. Bu gün gənc nəsil hər bir addımını hesablaraq atır: "Ailə qurub uşaqsız həyat tərzi seçənlərin sayı artsa da, Azərbaycan cəmiyyətində bu qrup hələ də azlıq təşkil edir. Əsas məsələ, potensial olaraq ən azı iki övlad istəyən gənclərin artan xərclər qarşısında ehtiyatlı davranmasıdır. Yeni ailə qurmağın tələb etdiyi vəsait gənclər üçün maliyyə yükü yaradır ki, bu da ilk uşağın planlaşdırılmasını gecikdirir. Bioloji yaşın irəliləməsi də ailədəki ümumi uşaq sayının azalmasına birbaşa təsir edən faktordur". Sosioloqun qənaətinə görə, vəziyyətdən çıxış yolu dövlətin ailəyönümlü sosial siyasət konsepsiyasını inkişaf etdirməsidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1212   Tarix: 19 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - Foto

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib. -a istinadən xəbər verir ki, son günlər "TikTok"da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir. Qeyd edək ki

30 oktyabr
.

​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr