Gecə saatlarında aparılan tikinti işləri sakinləri narahat edir" - Yeni Günəşli sakinlərindən şikayət - VİDEO
Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 157 saylı binanın sakinləri gecə saatlarında aparılan tikinti işlərindən narazıdırlar. Onların sözlərinə görə, işlər gecə saatlarında da davam etdirilir və bu, ərazidə yaşayan insanların istirahətinə ciddi maneə yaradır.
Sonxeber.az-a daxil olan müraciətdə bildirilir ki, tikinti işləri hətta həftə sonları və istirahət günlərində də dayandırılmır:
"Hazırda sizə təqdim etdiyimiz video bu dəqiqə çəkilib. Saat 22:44-də tikinti işləri davam edir. Həftə sonları belə insanların dincəlməsinə imkan verilmir. Xahiş edirik ki, məsələ ilə bağlı aidiyyəti qurumlar tədbir görsün"
Sakinlər qeyd edirlər ki, təqdim olunan videoda səs minimum səviyyədə eşidilsə də, ərazidə aparılan qazıntı işləri zamanı yaranan səs-küy və toz gündəlik həyatlarını çətinləşdirir.
"Qazıntı işləri gedən zaman ümumiyyətlə qapı və pəncərələri bağlamağa məcbur oluruq. Səs-küy və toz səbəbindən evdə rahat oturmaq mümkün olmur", - deyə müraciətdə bildirilir.
Sakinlər aidiyyəti dövlət qurumlarından gecə saatlarında aparılan tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun araşdırılmasını və problemin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini xahiş edirlər.
Qeyd: Yazıda yer alan fikirlər müraciət edən sakinlərin iddialarını əks etdirir. Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini də dərc etməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 795 Tarix: 20 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi
"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü
30 oktyabrNoyabrın ilk gününə olan hava proqnozu
Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman
31 oktyabrQızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video
Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc
31 oktyabrMəktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay
30 oktyabrŞəhid anası vəfat etdi
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca
30 oktyabrAzərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb
Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu
31 oktyabrBəzi hərbçilər cərimələnəcəklər
Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə
31 oktyabrLeysan Məmmədov vəzifəsindən azad edilib
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo
30 oktyabr