Ötən gün yayılan video ilə bağlı - Nazirlikdən açıqlama

Ötən gün yayılan video ilə bağlı - Nazirlikdən açıqlamaXəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən klinikalardan birində antisanitar mühitdə liposaksiya (piysovurma) əməliyyatının icra olunmasını əks etdirən görüntülər yayılıb.

Analitik Ekspertiza Mərkəzindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, sözügedən görüntülər köhnədir və əməliyyat 2025-ci ilin fevral ayında "UĞUR Estetik Mərkəzi 777" adı altında qeyri-qanuni fəaliyyət gösətərən mərkəzdə baş tutub.

"Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 176 ünvanında yerləşən və "UĞUR Estetik Mərkəzi 777" adı altında lisenziyasız özəl tibb fəaliyyəti göstərən obyektlə əlaqədar Analitik Ekspertiza Mərkəzinə vətəndaşlardan daxil olmuş şikayətlər əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq bir neçə dəfə plandankənar yoxlamalar keçirilib.

Sonuncu dəfə daxil olmuş müraciət əsasında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən 22 iyul 2025-ci ildə növbəti plandankənar yoxlama aparılıb, obyektin lisenziya olmadan özəl tibb fəaliyyəti göstərdiyi müəyyən edilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib", - bildirilib.

Məlumata görə, aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, Gülbədə Abdullayevanın ali və ya orta tibb təhsili yoxdur və uyğun olaraq da "Vahid Səhiyyə İnformasiya Sistemi"ndə tibb işçisi kimi qeydiyyatda deyil:

"Vətəndaş müraciəti əsasında cari ilin may ayında fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızı, eləcə də onunla əməkdaşlıq edən şəxs barəsində Analitik Ekspertiza Mərkəzi tərəfindən qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati xəta haqqında protokollar tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib.

Bundan əlavə, xidməti araşdırmanın nəticələrinə əsasən, fərdi sahibkar Abdullayeva Gülbədə Əliqismət qızının qanunsuz özəl tibb fəaliyyətinin dayandırılması məqsədilə hüquq-mühafizə orqanları qarşısında müvafiq vəsatətin qaldırılması məqsədilə təqdimat yazılaraq növbəti icraata göndərilib. Öz növbəsində bu məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Səhiyyə Nazriliyi tərəfindən prokurorluq orqanlarına müraciət edilib.

Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq özəl tibb fəaliyyəti sahəsində dövlət nəzarətini həyata keçirir, aşkar edilmiş qanun pozuntuları ilə bağlı inzibati tədbirlər görülür və qanunsuz fəaliyyətin dayandırılması məqsədilə əlavə tədbirlər həyata keçirilir".

Mərkəzdən o da bildirilib ki, vətəndaşların maarifləndirilməsi və onların qanunsuz tibbi xidmət göstərən şəxslərin qurbanına çevrilməsinin qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyinin rəsmi saytında Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş "Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısı" tərtib olunaraq linkdə yerləşdirilib.

Bundan əlavə, Analitik Ekspertiza Mərkəzinin rəsmi internet saytı və sosial media hesablarında plastik cərrahiyyə əməliyyatlarından əvvəl diqqət edilməli vacib məqamlarla bağlı maarifləndirici video çarx hazırlanaraq yayımlanıb.

Analitik Ekspertiza Mərkəzi vətəndaşlara bir daha tövsiyə edir ki, hər hansı cərrahi və ya invaziv tibbi müdaxilədən əvvəl xidmət göstərən şəxsin tibb işçisi kimi qeydiyyatda olmasını, ixtisasını və tibbi müəssisənin qanunvericiliyə uyğun fəaliyyət göstərməsini mütləq dəqiqləşdirsinlər. Bu, sağlamlığın və həyatın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1988   Tarix: 20 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - Foto

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib. -a istinadən xəbər verir ki, son günlər "TikTok"da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir. Qeyd edək ki

30 oktyabr
.

​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr