"Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik yolu bu gün də uğurla davam edir" - DEPUTAT

"Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik yolu bu gün də uğurla davam edir" - DEPUTAT22 İyul - Milli Mətbuat Günü Azərbaycan milli mətbuatının yaranmasının, söz və fikir azadlığının, peşəkar jurnalistikanın inkişafının və cəmiyyətin maariflənməsində mətbuatın misilsiz rolunun qeyd olunduğu əlamətdar tarix olmaqla yanaşı, milli mətbuat tariximizin zəngin irsinə, maarifçilik ənənələrinə və müstəqil informasiya məkanının inkişafına verilən yüksək dəyərin ifadəsidir.

Hələ, 22 iyul 1875-ci ildə görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabi ilk dəfə Azərbaycan dilində nəşr olunan "Əkinçi" qəzeti ilə milli mətbuatımızın əsasını qoymuşdur. O dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. Həmin dövrdə Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinərək, qəzetin nəşrini dayandırmışdır. Cəmi 56 nömrəsi işıq üzü görməsinə baxmayaraq, "Əkinçi" xalqın milli oyanışında, elm və təhsilin təbliğində, ana dilinin inkişafında, ictimai şüurun formalaşmasında və maarifçilik ideyalarının yayılmasında mühüm rol oynamışdır. Bu qəzet sonrakı dövrlərdə yaranan milli mətbuat orqanları üçün möhkəm təməl olmuşdur.

"Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Dəbistan", "İrşad", "Tazə həyat", "Molla Nəsrəddin", "Tərəqqi", "Həqiqət", "Məktəb", "Açıq söz" və digər nəşrlər tərəfindən uğurla davam etdirilmişdir. Bu mətbuat orqanları milli özünüdərkin, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin qorunmasının və ictimai fikrin inkişafının formalaşmasına mühüm töhfələr vermişdir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli mətbuatın inkişafı istiqamətində mühüm islahatlar həyata keçirilmişdir. Xüsusilə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə mətbuatın azad fəaliyyəti üçün hüquqi baza daha da möhkəmləndirilmiş, 1998-ci ildə ölkədə senzura tamamilə ləğv edilmiş, bu isə demokratik cəmiyyətin inkişafında mühüm mərhələ kimi tarixə düşmüşdür. Bunun nəticəsində informasiya azadlığının təmin edilməsi, jurnalistikanın müstəqilliyinin gücləndirilməsi və media institutlarının inkişafı üçün geniş imkanlar yaranmışdır. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır.

Bundan sonra Prezident cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" hazırlanmış və qəbul olunmuşdur.
Bu gün Azərbaycan Respublikasında media sahəsinin müasir çağırışlara uyğun inkişafı istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir. Rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda media sektoru yeni imkanlar qazanmış, informasiya təhlükəsizliyi, peşəkarlıq, operativlik və obyektivlik daha da ön plana çıxmışdır. Jurnalistlər cəmiyyətin düzgün və operativ məlumatlandırılması, milli maraqların qorunması, dövlətçilik ənənələrinin təbliği və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində mühüm missiya daşıyırlar.

Müasir dövrdə informasiya məkanı qlobal rəqabətin əsas sahələrindən birinə çevrilmişdir. Dezinformasiya, saxta xəbərlər və informasiya manipulyasiyalarına qarşı mübarizədə peşəkar jurnalistikanın rolu daha da artmışdır. Etibarlı informasiya mənbələrinin mövcudluğu cəmiyyətin sağlam inkişafının, vətəndaşların düzgün məlumatlandırılmasının və ictimai etimadın qorunmasının vacib şərtlərindən biridir.

Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə milli mətbuatımızın 125, 130, 135, 140, 145 və 150 illik yubileyləri ölkə miqyasında geniş qeyd olunmuşdur. Bu yubileylər milli jurnalistikamızın tarixinə ədalətli qiymət verilməsini və nəsillərin varisliyini qəbul etməklə, mediamızın sabahkı hüdudlarına aydın baxışı təmin etdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2025-ci il 3 fevral tarixində "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı təsis olunmuşdur.

30 dekabr 2021-ci ildə qəbul olunmuş "Media haqqında" Azərbaycan Respublikasının Qanunu media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.

Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövləti başçısının diqqət mərkəzində olduğuna görə, KİV-lərə birdəfəlik yardımlar göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir.

Azərbaycan mediası 44 günlük Vətən müharibəsi dövründə də yüksək peşəkarlıq nümayiş etdirərək ölkənin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, informasiya mübarizəsində dövlətin mövqeyinin müdafiəsində və cəmiyyətin operativ məlumatlandırılmasında mühüm rol oynamışdır. Bu dövrdə jurnalistlər böyük məsuliyyət və fədakarlıq göstərərək informasiya cəbhəsində əhəmiyyətli fəaliyyət həyata keçirmişlər.

Milli mətbuatın inkişafı yalnız jurnalistlərin deyil, bütövlükdə cəmiyyətin inkişafı deməkdir. Güclü media demokratik dəyərlərin möhkəmlənməsinə, şəffaflığın təmin olunmasına, ictimai nəzarətin güclənməsinə və vətəndaşların məlumat almaq hüququnun reallaşmasına xidmət edir. Eyni zamanda media milli-mənəvi dəyərlərin, dilimizin, mədəniyyətimizin və tariximizin gələcək nəsillərə çatdırılmasında mühüm vasitələrdən biridir.

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik yolu bu gün də uğurla davam edir. Əminik ki, Azərbaycan mediası bundan sonra da milli maraqların qorunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, cəmiyyətin düzgün məlumatlandırılmasına və ölkəmizin inkişafına dəyərli töhfələr verməyə davam edəcəkdir.

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 506   Tarix: 21 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Elman Nəsirovun keçmiş arvadı olduğu deyilən qadın dispanserə yerləşdirildi - Foto

Deputat Elman Nəsirovun keçmiş həyat yoldaşı olduğu iddia edilən Sevinc Nəsirova psixoloji dispanserə yerləşdirilib. -a istinadən xəbər verir ki, son günlər "TikTok"da qeyri-adekvat hərəkətləri ilə gündəmə gələn Sevinc Nəsirovanın psixoloji dispanserə yerləşdirildiyi bildirilir. Qeyd edək ki

30 oktyabr
.

​"Niyə Ağdamda mənə ev düşmür?" dedi - Sahibə Qafarova etiraz etdi

"Ağdamda atamın 6 otaqlı evi olub, amma 5 bacı, 2 qardaşıq və bizə Ağdamda ev düşmür". "Qafqazinfo" xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. "Həmkarım Bəxtiyar Əliyevə və qardaşlarına da ev düşmür. Niyə? Ağdamda böyü

30 oktyabr
.

Noyabrın ilk gününə olan hava proqnozu

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman

31 oktyabr
.

Qızılın saxta olub-olmadığını necə yoxlayaq? - Video

Sosial şəbəkələrdə qızıl məmulatlarının tərkibi ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. İddialara görə, zərgərlərin aldığı 44 qramlıq qızıl məmulatının 20 qramdan çoxunun mis olduğu aşkarlanıb. Baku TV-ə istinadla xəbər verir ki, zərgər Şamil Zeynalovun sözlərinə görə, bu cür hallara təkc

31 oktyabr
.

Məktəblərdə aqressiv davranışlara nə təsir edir? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Son dövrlər məktəblərdə şagirdlər arasında fiziki zorakılıq halları cəmiyyətdə ciddi narahatlıq doğurur. Bu cür davranışların formalaşmasında ailədaxili münasibətlər, uşaqların sosial mühiti, sosial şəbəkələrdə qarşılaşdıqları məzmunlar və zorakılığa qarşı cəmiyyətdə mövcud olan münasibət mühüm rol oynay

30 oktyabr
.

Şəhid anası vəfat etdi

İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevin anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası Şahzadə İsayeva bu gün yaşadığı Ağstafa rayonunun Saloğlu qəsəbəsində dünyasını dəyişib. Mərhum yaşadığı qəsəbədə dəfn ediləcək. Qeyd edək ki, Azərbayca

30 oktyabr
.

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri açıqlanıb

Azərbaycanın startap ekosisteminin ümumi dəyəri 600 milyon ABŞ dollarına yaxınlaşır. "Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı rəhbərlik etdiyi qurumun "Enterprise Azerbaijan" portalının keçirdiyi "Startu

31 oktyabr
.

Bəzi hərbçilər cərimələnəcəklər

Azərbaycanda bir sıra hərbçilər cərimə və ya həbs edilə bilərlər. -ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin noyabrın 3-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, zabit, gizir, miçman, müddətdə

31 oktyabr
.

Leysan Məmmədov vəzifəsindən azad edilib

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Leysan Məmmədov vəzifəsindən azad edilib. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, o, Maliyyə Nazirliyinin yoxlamalarından sonra vəzifəsindən uzaqlaşdırılıb. Qeyd edək ki, L.Məmmədo

30 oktyabr