Dərmanlarla bağlı qərar: Qiymətlər artacaq, yoxsa ucuzlaşacaq?
Azərbaycanda bir sıra dərman vasitələri üzrə qiymətlər müəyyənləşdirilib.
Tarif Şurasının iclasında qəbul edilən qərara əsasən, 143 dərman vasitəsinin qiymətinin yuxarı həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş qaydalara və Şuranın 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun tənzimlənib.
Mövzu ilə bağlı "Bakupost"a iqtisadçı Akif Nəsirli bildirdi ki, bu qərar avtomatik olaraq bütün dərmanların bahalaşması anlamına gəlmir:
"Çünki Tarif Şurası dərmanların satış qiymətinin yuxarı həddini müəyyən edir. Bəzi preparatların qiyməti arta, bəzilərinin dəyişməyə və ya hətta ucuzlaşmağa davam edə bilər.
Ona görə də ilk növbədə hansı dərmanların qiymətinin dəyişdiyinə baxmaq lazımdır. Əgər qiyməti artırılan dərmanlar gündəlik istifadə olunan və ya xroniki xəstəliklərin müalicəsində istifadə edilən preparatlardırsa, bu, xüsusilə pensiyaçılar, aztəminatlı ailələr və davamlı müalicə alan xəstələr üçün əlavə maliyyə yükü yaradacaq. Dərman xərcləri ailə büdcəsinin mühüm hissəsini təşkil etdiyindən hətta kiçik qiymət artımı belə ümumi xərclərə təsir göstərir".
İqtisadçının sözlərinə görə, digər tərəfdən, qiymətlərin yenilənməsi bəzi hallarda bazarda dərman qıtlığının qarşısını almaq məqsədi daşıya bilər:
"İdxal xərcləri, valyuta məzənnəsi, logistika və istehsal qiymətləri artdıqda köhnə qiymətlərlə dərman gətirmək şirkətlər üçün sərfəli olmur. Bu halda qiymətlərin müəyyən qədər artırılması dərmanların bazarda əlçatan qalmasına kömək edə bilər.
Bununla yanaşı, belə qərarlar qəbul edilərkən sosial həssas qrupların maraqları da nəzərə alınmalıdır. Xüsusilə həyati əhəmiyyət daşıyan və uzunmüddətli istifadə olunan dərmanların mümkün qədər əlçatan qiymətlərlə satılması vacibdir. Dövlət həm qiymətlərin əsaslandırılmasına nəzarəti gücləndirməli, həm də ehtiyacı olan insanlar üçün dərman təminatı mexanizmlərini genişləndirməlidir.
Ümumilikdə, qiymət dəyişikliyinin real təsirini qiymətləndirmək üçün hansı dərmanların bahalaşdığı, artımın nə qədər olduğu və bunun əhalinin gündəlik istifadə etdiyi preparatlara necə təsir etdiyi əsas göstəricilər hesab olunur".
İqtisadçı Eyyub Kərimli isə bildirdi ki, ölkədə mütəmadi olaraq müxtəlif növ dərman preparatlarının qiymətinin yuxarı həddi müəyyənləşdirilir. Onun sözlərinə görə, əslində bu, ciddi bahalaşmanın qarşısını almaq üçün bir vasitədir:
"Bəzi hallarda dərman preparatlarını satan subyektlər daha çox gəlir əldə etmək üçün müxtəlif marjalar tətbiq edərək əlavə gəlir qazanırdılar və bu da müəyyən bahalaşmaya səbəb olurdu. Yuxarı həddin müəyyən edilməsi o deməkdir ki, həmin dərman preparatları eyni qiymətə satılır və bu, bahalaşmanın qarşısını almaq üçün bir mexanizmdir.
Bununla yanaşı, dərmanlar bu həddən aşağı qiymətə də satıla bilər. Bəzi dərman satıcıları müxtəlif aşağı qiymətlər tətbiq edərək müştəri cəlb etməyə məcbur olur. Bu isə rəqabəti gücləndirir və nəticədə qiymətlərin daha münasib formalaşmasına səbəb olur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Prezident onları təltif etdi - Adlar
Ən faydalı və ən zərərli balıq növləri
"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
Bakıda mənzil qiymətləri: 2026-cı ildə qiymətlər artacaq, yoxsa düşəcək?
Noyabrın havası ilə bağlı XƏBƏRDARLIQ
Hakimin "Son söz" təklifinə Ramiz Mehdiyevdən gözlənilməz reaksiya
Tacir Şahmalıoğlunu arıqladığı üçün toydan kənarlaşdırdılar
Məşq zamanı vəfat edən Rəsulun fotosu
Faciəli şəkildə ölən şagirdin həyatı ilə bağlı yeni faktlar: "O qadın anası deyildi" - Foto/Video
Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər
26 rayon və şəhər sakinlərinə ŞAD XƏBƏR - Ayın birindən...
Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu