"Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar" - BƏHRUZ QULİYEV
"Prezident İlham Əliyevin oktyabrın 30-da Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandırması ilə əlaqədar Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramovun təmsil etməsi qərarını diplomatik təcrübə və qarşılıqlılıq prinsipi baxımından qiymətləndirmək lazımdır.
Xatırladım ki, 2024-cü ildə Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etməmiş, ölkəsini vitse-prezident Cövdət Yılmaz təmsil etmişdi. 2026-cı ildə Bakıda keçirilən beynəlxalq tədbirlərdə də Türkiyə Prezidentini ayrı-ayrı hallarda hökumət üzvləri təmsil ediblər.
Əlbəttə, hər bir dövlət başçısının öz iş qrafiki və rəsmi öhdəlikləri var. Buna görə də belə qərarları avtomatik olaraq siyasi münasibətlərin göstəricisi kimi qiymətləndirmək düzgün deyil. Əsas məsələ ölkənin beynəlxalq tədbirdə təmsil olunması və əməkdaşlığın davam etdirilməsidir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, bir məqam da var, diplomatiyada qarşılıqlı hörmət və anlayış birtərəfli deyil, qarşılıqlı olmalıdır. Azərbaycan və Türkiyə kimi strateji müttəfiqlər bir-birinin qərarlarına eyni həssaslıqla yanaşmalıdırlar.
Azərbaycan Türk Dövlətləri Təşkilatının qurucu üzvlərindən biridir və Türk dünyasının birliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Ona görə də ayrı-ayrı tədbirlərdə təmsilçilik səviyyəsindən daha vacib olan məsələ ortaq maraqların qorunması və strateji əməkdaşlığın davamlı inkişafıdır.
"İnanıram ki, Azərbaycan-Türkiyə münasibətləri qarşılıqlı hörmət, bərabər yanaşma və ortaq maraqlar əsasında bundan sonra da möhkəmlənəcək." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB
Ramiz Mehdiyevin müsadirə olunan əmlakları - Siyahı
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - Foto
BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: "Vaxtımız yoxdur"
Prezidentdən daşınmaz əmlakla bağlı - Fərman
Professor Adilə Abbasova vəfat etdi
Müdirlər bu şəxsləri işdən qovarsa, 5 minədək cərimə olunacaq
Ali təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR
Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI
Məşhur brendlər satıldıqdan sonra niyə keyfiyyətini itirir? - İQTİSADÇIDAN AÇIQLAMA
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var
Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı
Kartofda normadan artıq gübrə təhlükəsi: İstehlakçılar necə qorunmalıdır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Evi kupçasız olanların DİQQƏTİNƏ: Sığorta ilə bağlı vacib məqamlar