50 yaşdan sonra qadınlar bu vərdişdən qurtulmalıdır - Kardioloqlardan xəbərdarlıq
Kardioloqlar 50 yaşdan sonra qadınların ürək sağlamlığına mənfi təsir göstərə biləcək günortadan sonrakı bir vərdişə diqqət çəkinməlidirlər. Söhbət yeməkdən sonra uzun müddət oturmaqdan gedir. Mütəxəssislər bunu qısa gəzinti ilə əvəz etməyi tövsiyə edirlər.
Qaynarinfo xəbər verir ki, "Parade" nəşrinin yazdığına görə, yaş artdıqca ürək-damar xəstəlikləri riski də yüksəlir. Kardioloq Alberto Moralesin sözlərinə görə, yaşla birlikdə damarlar sərtləşir, arterial təzyiq yüksələ və damarlarda tədricən aterosklerotik lövhələr toplana bilər.
Bundan əlavə, 50 yaşdan sonra metabolik dəyişikliklər baş verir. Xolesterinin səviyyəsinin yüksəlməsi, insulin müqavimətinin inkişafı və iltihabi proseslərin güclənməsi ürək-damar sisteminin yükünü artıra bilər.
Qadınlar 50 yaşdan sonra ürəklərinə niyə daha çox diqqət etməlidirlər?
Kardioloq Nişa Parixin sözlərinə görə, yaş artdıqca qadınlarda bir neçə risk faktoru eyni vaxtda ortaya çıxa bilər. Bunlara yüksək arterial təzyiq, xolesterinin artması, artıq çəki, prediabet və diabet daxildir.
Menopauzadan sonra isə daha bir mühüm amil əlavə olunur. Moralesin izahına görə, estrogen hormonu ürək-damar sisteminə qoruyucu təsir göstərir. Menopauza zamanı estrogen səviyyəsinin azalması bu qoruyucu təsirin zəifləməsinə səbəb olur.
Yeməkdən sonra hansı vərdişdən imtina etmək lazımdır?
Məqalə üçün fikirləri alınan hər iki kardioloq eyni tövsiyəni verib: yeməkdən dərhal sonra uzun müddət oturmaq məsləhət görülmür.
Bunun əvəzinə nahardan və ya qəlyanaltıdan sonra 10-15 dəqiqəlik gəzintiyə çıxmaq tövsiyə olunur.
Morales qeyd edib ki, yeməkdən sonra qanda şəkərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksələ bilər. Bu zaman fiziki aktivlik orqanizmə yaranan metabolik yükün öhdəsindən daha yaxşı gəlməyə kömək edir.
Parix isə xüsusilə şirin məhsullar qəbul etdikdən sonra insulinin səviyyəsində baş verən dəyişikliklərə diqqət çəkib. Buna görə desert və ya şirin qəlyanaltıdan sonra qısa gəzinti də faydalı ola bilər.
Həkimlərin sözlərinə görə, ümumilikdə hərəkətsiz həyat tərzi ürək-damar xəstəlikləri üçün risk faktorlarından biridir. Əksinə, müntəzəm fiziki aktivlik bu riski azaltmağa kömək edə bilər.
Ürək sağlamlığı üçün daha nə etmək olar?
Kardioloqlar fiziki aktivliyi gündəlik həyatın bir hissəsinə çevirməyi məsləhət görürlər. Nahardan sonra qısa gəzinti hər gün asanlıqla davam etdirilə bilən sadə vərdişə çevrilə bilər.
Həkimlər vurğulayırlar ki, ürək-damar xəstəliklərinin bir çox risk faktorunu sağlam qidalanma və müntəzəm fiziki aktivlik vasitəsilə nəzarətdə saxlamaq mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gözlərə də soyuq olur
Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his
10 oktyabrYüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər
"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri
9 oktyabrÜrək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?
Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil
9 oktyabrGündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı
Mütəxəssislər müntəzəm mütaliənin beyin sağlamlığına və ümumi rifaha müsbət təsir göstərə biləcəyini müəyyənləşdirib. Araşdırmalara görə, bunun üçün hər gün uzun saatlar kitab oxumağa ehtiyac yoxdur. Qaynarinfo xəbər verir ki, Kembric Universiteti və "Queen’s Reading Room" təşkilatının alimlər
28 sentyabrQrip və soyuqdəymə zamanı sağalmanı tezləşdirən qidalar
"Soyuqdəymə və qrip zamanı düzgün seçilmiş qidalar orqanizmin bərpasını sürətləndirir". xəbər verir ki, bu sözləri amerikalı dietoloq Bet Çervoni deyib. Mütəxəssis xəstəlik dövründə maye, kalori və bəsləyici maddələrlə zəngin olan bulyon və şorbalara üstünlük verməyi tövsiyə edib:. "Şorbanı
26 sentyabrGözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Cənubi Koreyalı alimlər müəyyən ediblər ki, gözün tor qişasının adi skanı insanın bioloji yaşını qiymətləndirməyə kömək edə bilər. Tədqiqatçılar təxminən 30 min görüntünü analiz edərək tor qişanın "yaşı", həyat tərzi və bəzi xəstəliklər arasında əlaqə aşkarlayıblar. xəbər verir ki, söhbət bioloj
27 sentyabrYeməkdən sonra şişkinliyin səbəbi bu xəstəliklər ola bilər - XƏBƏRDARLIQ
Yeməkdən sonra qarında şişkinlik bir çox insanda müşahidə olunan və qidalanma vərdişləri, həzm prosesi və qəbul edilən qidalarla bağlı yarana bilən haldır. Lakin şişkinliyin tez-tez təkrarlanması, uzun müddət davam etməsi və digər əlamətlərlə müşayiət olunması həzm sistemi ilə bağlı hər hansı problemi
5 oktyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabr