Kompüter oyunlarına görə yuxusuz qalmaq insan ömrünü QISALDIR - Ekspertdən XƏBƏRDARLIQ
Kompüter oyunlarına uzun müddət vaxt ayıran bəzi insanlar oyun prosesini dayandırmamaq üçün yuxudan imtina edir, hətta 24-48 saat və daha artıq müddətdə oyaq qalırlar. Lakin uzunmüddətli yuxusuzluq təkcə yorğunluq və diqqət zəifliyi ilə məhdudlaşmır, beyin fəaliyyətinə, ürək-damar sisteminə və sinir sisteminə də mənfi təsir göstərə bilər. Bu vəziyyətin davam etməsi ciddi sağlamlıq fəsadlarına yol aça bilər.
Bəs, 24-48 saat və daha çox yatmamaq insan orqanizmində hansı dəyişikliklərə səbəb olur? Uzunmüddətli yuxusuzluq beyin, ürək-damar və sinir sisteminə necə təsir edir, hansı ciddi xəstəliklərin yaranma riskini artırır? İnsanların yaş qruplarına uyğun sutkalıq yuxu norması nə qədər olmalıdır və oyunlara görə yuxu rejiminin pozulmasının qarşısını almaq üçün nələrə diqqət edilməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Rasif Bağırov bildirib ki, insanlarda yuxu norması yaşa görə fərqlənir.
"Uşaqların yuxu ehtiyacı daha çox olur. Məsələn, 3 yaşdan sonra uşaqların gündəlik yuxu müddəti təxminən 12 saat təşkil edə bilər. Yaş artdıqca yuxu ehtiyacı tədricən azalır və 10, 9, daha sonra isə 8 saata qədər düşür. Bu, insanın təbiətindən irəli gələn normal bir prosesdir.
Ancaq bir məqamı yadda saxlamaq lazımdır: insan yatmalıdır. Yuxunu telefonun enerji yığması ilə müqayisə etmək olar. Telefonu enerji mənbəyinə qoşmadıqda bir müddət sonra işləmədiyi kimi, insan beyni də gecə istirahət etməli və növbəti günün fəaliyyəti üçün enerji toplamalıdır. Əgər insan gecədən səhərə qədər kifayət qədər yatmırsa, səhər oyanaraq normal iş fəaliyyətini yerinə yetirməkdə çətinlik çəkir. İnsan orqanizmi elə qurulub ki, axşam saatlarında yuxululuq yaranır və beyin bədənə istirahət etməyin vaxtı çatdığını bildirir. Çünki növbəti gün aktiv olmaq üçün orqanizmin enerjiyə ehtiyacı var. Yuxu müddətinin hər hansı səbəbdən qısaldılması isə sağlamlığa mənfi təsir göstərir.
Bu məsələdə melatonin hormonunun da rolu var. Gündüz günəş işığının təsiri ilə orqanizmdə serotonin ifraz olunur və bu maddə gecə melatoninə çevrilir. Melatonin beyində yerləşən epifiz vəzindən ifraz olunur. Bu hormon yuxu rejiminin tənzimlənməsində və orqanizmin normal fəaliyyətində mühüm rol oynayır. Onun immun sisteminə, ümumi sağlamlığa və qocalma prosesinə təsiri ilə bağlı da fikirlər mövcuddur.
Melatoninin ifrazı gecə saatlarında artır. Xüsusilə gecə yarısı ilə saat 3 arasında onun səviyyəsinin daha yüksək olduğu bildirilir. Saat 3-dən sonra isə miqdarı tədricən azalır. Səhərə yaxın melatoninin ifrazı zəifləyir və orqanizm oyanmağa hazırlaşır. Buna görə də gecə yuxusunun vaxtında və kifayət qədər olması insanın səhər gümrah oyanması baxımından əhəmiyyətlidir.
İnsanlar bəzən yuxusuz qalmağın təsirlərini sonradan yatmaqla kompensasiya edə biləcəklərini düşünürlər. Lakin yuxu rejiminin pozulması orqanizmə mənfi təsir göstərir. Xüsusilə yaş artdıqca yuxusuzluğun təsirlərinə daha diqqətlə yanaşmaq lazımdır. Təəssüf ki, insanlar bu məqamı hər zaman nəzərə almırlar. 40 yaşdan sonra da bir çox insan gecə növbələrində işləyir və ya müxtəlif səbəblərdən gec saatlara qədər oyaq qalır. Halbuki yuxu rejiminin davamlı pozulmasının sağlamlığa nə dərəcədə təsir göstərə biləcəyini çox vaxt nəzərə almırlar.
Bəzən insanlar gün ərzində işlərinin çoxluğu səbəbindən özlərinə vaxt ayıra bilmir, axşam saatlarında isə internetdən və digər vasitələrdən istifadə edərək istirahət etməyə çalışırlar. Nəticədə bunun üçün yuxu müddətindən vaxt ayırırlar. Yuxunun azalması melatonin ifrazının və ümumi yuxu rejiminin pozulması ilə nəticələnə bilər. Buna görə də gecə yuxusuz qalmaq insan sağlamlığına, uzunmüddətli perspektivdə isə həyat keyfiyyətinə və ömrün uzunluğuna təsir edən mühüm amillərdən biridir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə səhnədən uzaqlaşdı"
"Sabah" "Barsa"ya qol vursa da, uduzdu - Video-Yenilənib
Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
Safurədən həyat yoldaşı ilə paylaşım
Bu ərazidə ucuz ev almaq istəyənlərə XƏBƏRDARLIQ: Gələcəkdə əmlakı itirə bilərsiniz? - AÇIQLAMA
Kəlbəcər Azərbaycanın təbii sərvətlər xəzinəsi və gələcəyin turizm məkanı
Bakıda iki azyaşlı bacı vəfat etdi
BYD-nin bir modelinə Avropada qadağa qoyuldu: Azərbaycanda avtomobil bazarına təsiri olacaq? - AÇIQLAMA
Bacı-qardaş miras evini bölə bilmirsə, məhkəmə nə qərar verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Rəsmi nümayəndəlik var, məhsullar yoxdur: Unilever Azərbaycan bazarında niyə çeşidi genişləndirmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Elmira Şabanova vəfat etdi
"Mənzil böyük ola bilər, amma düzgün planlaşdırılmayıbsa rahat deyil" - Muxtar Ərturan
Azyaşlı bacıların ölümü ilə bağlı - Açıqlama
Sumqayıt bulvarında dənizdə batan Nəsrəddinin meyiti tapıldı
Yaponiyada güclü zəlzələ: onlarla insan xəsarət alıb, qatarların hərəkəti dayanıb