Yumşaq oyuncaqlar uşaqlar üçün gizli təhlükə yarada bilər - Həkimdən xəbərdarlıq
"Yumşaq oyuncaqlar uşaqların sağlamlığı üçün müəyyən təhlükələr yarada bilər".
Ölkə.az xəbər verir ki, bu barədə rusiyalı immunoloq-həkim Vladimir Bolibok deyib.
Onun sözlərinə görə, bu riskləri dörd əsas qrupa bölmək olar: kimyəvi, mikrobioloji, allergik və fiziki təhlükələr.
Ekspert izah edib ki, oyuncaqların tərkibində udulduqda, nəfəs yollarına daxil olduqda və ya dəri ilə təmas zamanı zərər verə bilən maddələr ola bilər. Bunlara ağır metallar, fenol, formaldehid, müxtəlif boyaq maddələri və ətirləndiricilər daxildir.
"Yumşaq oyuncaqlar məsaməli quruluşa malik olduqları üçün mikroorqanizmlərin toplanması üçün ideal mühit yaradır. Onları tam dezinfeksiya etmək çətindir və onlar tez-tez əllər, döşəmə və tüpürcəklə təmasda olur", - deyə Bolibok əlavə edib.
Həkim həmçinin qeyd edib ki, bu cür oyuncaqlarda toz və ev heyvanlarının tükləri kimi allergenlər də yığıla bilər.
Dördüncü risk qrupu isə fiziki təhlükələrlə bağlıdır. Belə ki, uşaq oyuncağın yaxşı bərkidilməmiş hissələrini udaraq və ya nəfəsinə çəkərək xəsarət ala bilər. Pediatrlar xüsusilə körpələrin beşiyində yumşaq oyuncaqların, yastıqların və ya iri həcmli yorğanların saxlanılmasını tövsiyə etmirlər. Çünki bunlar uşağın tənəffüs yollarını bağlaya bilər.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 291 Tarix: 03 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaşlandıqca əzələlərin niyə zəiflədiyinə dair yeni səbəb tapıldı
Alimlər yaşla əlaqədar əzələ zəifliyinin yalnız əzələ kütləsinin azalması ilə bağlı olmadığını müəyyən ediblər. xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb. Araşdırmada sinirlər və əzələlər arasındakı əlaqənin yaşlandıqca pozulduğu, bunun isə əzələlərin gücünü azaltmağa kömək etdiyi müəyyə
27 sentyabrQrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı
Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb
14 oktyabrQara çayın sağlamlıq üçün 6 faydalı xüsusiyyəti: Kimlər mütləq içməlidir?
Qara çay o qədər gündəlik içkiyə çevrilib ki, onun xüsusiyyətləri barədə çox vaxt düşünmürük. Adətən bu içkini yalnız xoş dadına görə qəbul edirik. Lakin qara çay sağlamlıq üçün əhəmiyyətli faydalar verə bilər. Qidalanma mütəxəssisləri onu çox sevməyən insanlara belə rasionlarına daxil etməyi tövsiy
8 oktyabrYüksək təzyiq və şəkərli diabet göz damarlarını zədələyə bilər
"Göz damarlarında hər hansı problem yoxdursa, bu, göz sağlamlığının göstəricilərindən biri hesab oluna bilər. Lakin yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər damarların zədələnməsinə səbəb ola bilər. Bu zaman gözdə müəyyən dəyişikliklər və şikayətlər meydana çıxa bilər". xəbər veri
9 oktyabrGöz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11 oktyabr100 yaşdan çox yaşayanların ortaq 5 sirri
Amerikalı rejissor Sem Qrin 10 il ərzində dünyanın ən yaşlı insanları ilə görüşərək onların həyat tərzini araşdırıb. Rejissor yüz ildən çox yaşayan insanların bir-birinə bənzəyən bir sıra xüsusiyyətlərinin olduğunu müəyyən edib. xarici mediaya istinadən xəbər verir ki, Sem Qrin dünyanın ən yaşlı insanlar
4 oktyabrİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabrOftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir
"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"
9 oktyabr