Əməliyyatdan sonra xəstə ölümlərinin səbəbi nədir? - AÇIQLAMA

Əməliyyatdan sonra xəstə ölümlərinin səbəbi nədir? - AÇIQLAMAƏməliyyatın uğurla başa çatması xəstənin təhlükəni tam geridə qoyması anlamına gəlmir. Əməliyyat zamanı və sonrakı dövrdə qanaxma, infeksiya, tənəffüs və ürək-damar problemləri, tromboz, orqan çatışmazlığı, eləcə də anesteziya ilə bağlı ağırlaşmalar həyati risk yarada bilər.

Bəs, əməliyyatdan sonra xəstənin ölümünə daha çox hansı risk və ağırlaşmalar səbəb olur, bu hallarda əməliyyatın özü, anesteziya, yoxsa əməliyyatdan sonrakı dövr daha böyük risk daşıyır və ölüm hallarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Əməliyyatdan sonra xəstə ölümlərinin səbəbi nədir? - AÇIQLAMAMövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, əməliyyatdan sonra baş verən ölüm halları ilə bağlı suala birmənalı cavab vermək çətindir:

"Çünki burada müxtəlif amillər rol oynaya bilər. Xəstənin əməliyyata qədərki sağlamlıq vəziyyəti, yanaşı xəstəlikləri və digər risk faktorları nəzərə alınmalıdır. Azərbaycan reallığında xəstələrin ağırlaşmasının və bəzi hallarda ölüm hallarının əsas səbəblərindən biri həkimə gec müraciət edilməsidir. Xüsusilə yanaşı ağır xəstəliklərin olması ciddi fəsadlara səbəb ola bilər".

Ekspert bildirib ki, hamiləlik dövründə qadınların vaxtında həkimə müraciət etməməsi müxtəlif risklər yaradır:

"Hamiləlik zamanı hepatit B və ya C kimi yanaşı xəstəliklərin olması doğuş zamanı ciddi fəsadlara, hətta ağır qaraciyər çatışmazlığı nəticəsində ölümə səbəb ola bilər. Bundan əlavə, qanaxma və digər ağırlaşmalar da baş verə bilər. Buna görə hamiləlik planlaşdırılmalı və qadınlar hamiləliyin ilk dövrlərindən etibarən vaxtında həkim nəzarətində olmalıdırlar. Xəstələrin gec müraciəti xüsusilə onkoloji xəstəliklərdə özünü göstərir. Bəzi xəstələr həkimə müraciət etmək əvəzinə ev şəraitində, tanışların və ya qonşuların məsləhəti əsasında müxtəlif müalicələr aparırlar. Bu isə xəstəliyin daha da ağırlaşmasına, sonradan müalicənin mümkün olmamasına və ya xəstənin əməliyyat edilə bilməyəcək vəziyyətə düşməsinə səbəb ola bilər. Bəzən isə ağırlaşmalar əməliyyat riskini əhəmiyyətli dərəcədə artırır".

Onun sözlərinə görə, tibbdə həkim səhvləri də mümkündür. Lakin bu hallar sadalanan digər risk faktorları ilə müqayisədə daha az rast gəlinir:

"Əsas məsələ insanların vaxtında həkimə müraciət etməsi, tibbi xidmətə etibar etməsi və qeyri-peşəkar məsləhətlər əsasında özbaşına müalicədən uzaq durmasıdır. Xüsusilə hamiləlik kimi mühüm proseslər əvvəlcədən planlaşdırılmalı və müvafiq tibbi nəzarət təmin edilməlidir. Ümumilikdə isə bu məsələlər cəmiyyətin sağlamlığa münasibəti ilə də bağlıdır. Sağlamlığın qorunması üçün vaxtında müayinə və həkimə müraciət əsas şərtlərdən biridir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 543   Tarix: 03 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

9 oktyabr
.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad

11 oktyabr
.

İstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?

Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb

13 oktyabr
.

Sağlam görünən gənclərdə ürək problemi niyə yaranır? - Video

"Baku Med" verilişinin yeni buraxılışında ürək-damar xəstəlikləri müzakirə olunub. Gənclərdə ürək problemlərinin artmasına hansı amillər səbəb olur?. Xroniki stres və yuxusuzluq ürəyin fəaliyyətinə necə təsir edir?. Elektron siqaretlər ürək-damar sistemi üçün nə dərəcədə təhlükəlidir?. Şəkərl

17 oktyabr
.

Həkimlər niyə çaya şəkər əlavə etməməyi məsləhət görürlər?

Çaya əlavə edilən şəkər gün ərzində qəbul etdiyimiz kalori miqdarını artırır. Xüsusilə bir neçə fincan şirin çay içənlər fərqinə varmadan xeyli şəkər qəbul edə bilərlər. xəbər verir ki, şəkərli içkilərin həddindən artıq istifadəsi artıq çəki və diş çürüməsi riskini artırır. Buna görə çayı şəkərsiz içmə

18 oktyabr
.

Hansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?

Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis

6 oktyabr
.

Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?

Ektodermal displaziya nadir rast gəlinən genetik xəstəliklər qrupuna daxildir. xəbər verir ki, xalq arasında bəzi əlamətlərinə görə "vampir xəstəliyi" kimi tanınan bu vəziyyət dəri, saç, dırnaq, diş və tər vəzilərinin inkişafına təsir göstərə bilər. Bu xəstəlik zamanı tər vəzilərinin olmamas

11 oktyabr
.

Dərinizdə bu əlamətlər varsa, diqqətli olun

Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. xarici mediaya istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis, professor Sevilay Oğuz Kılıç payızda dəri sağlamlığını qorumaq üçün tövsiyələrini bölüşüb. Mütəxəssis bildirib ki, dərinin gərginləşməsi

17 oktyabr
.

Azərbaycanda qətliam kimi iki xəstəlik - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda son beş ildə insult və kəskin miokard infarktından 54 973 ölüm qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, beş il ərzində insultdan 33 510, kəskin miokard infarktından isə 21 463 insan həyatını itirib. İki göstəricinin illər üzrə cəmi 54 973 təşkil edib. İnfark

4 oktyabr