İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi

İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildiİnsan immun sisteminin qocalması həyat boyu eyni sürətlə baş vermir. Yeni araşdırmaya görə, immunitetin fəaliyyətində xüsusilə kəskin dəyişikliklər təxminən 40 və 60 yaşdan sonra müşahidə olunur. Alimlər bu dövrlərdə sağlamlığa daha çox diqqət yetirməyin vacibliyini vurğulayırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə "National Geographic" nəşri məlumat yayıb.

Sinqapur alimləri 19-97 yaş aralığında olan 1828 sağlam insanın immun sistemini araşdırıblar. Tədqiqat çərçivəsində ümumilikdə 3,8 milyon immun hüceyrəsi təhlil edilib, hər bir hüceyrədə hansı genlərin işlədiyi və onların aktivlik səviyyəsi öyrənilib.

"Nature Communications" jurnalında dərc olunan araşdırmanın nəticələrinə əsasən, immun sisteminin qocalmasında iki əsas sıçrayış dövrü müəyyən edilib. Bu mərhələlərin hər ikisində orqanizmdə iltihabi proseslərin aktivliyi artır, immun hüceyrələrində zülal və RNT sintezi ilə bağlı mexanizmlərdə pozuntular yaranır.

Alimlər bildirirlər ki, zülal sintezinin zəifləməsi hüceyrələrin stressə qarşı müqavimətini azalda, düzgün quruluşa malik olmayan zülalların toplanmasına səbəb ola bilər.

Tədqiqatın müəlliflərindən, Duke-NUS Tibb Universitetinin əməkdaşı Jak Bemoarasın sözlərinə görə, immun sisteminin fəaliyyəti yaş artdıqca sabit və eyni templə zəifləmir. Bu proses müəyyən yaş mərhələlərində daha sürətli gedir.

Araşdırmada xüsusilə T-hüceyrələrinin roluna diqqət yetirilib. Bu hüceyrələr orqanizmin infeksiyalardan qorunmasında mühüm funksiyanı yerinə yetirir.

Qadın və kişilərdə fərqli proseslər

Tədqiqat zamanı immun sisteminin qocalmasının qadınlarda və kişilərdə fərqli şəkildə baş verdiyi də müəyyənləşdirilib. Qadınlarda şiş hüceyrələri ilə mübarizə aparan T-hüceyrələri daha uzun müddət aktiv qalır. Lakin yaşlı dövrlərdə B-hüceyrələrində, təbii öldürücü hüceyrələrdə və köməkçi T-hüceyrələrində də qocalma əlamətləri müşahidə olunur.

Kişilərdə isə köməkçi T-hüceyrələrinin fəaliyyətində dəyişikliklər adətən daha erkən yaşlarda başlayır.

Alimlər hesab edirlər ki, bu fərqlər qadın və kişilərdə yaşla əlaqəli xəstəliklərin yayılma səviyyəsinə də təsir göstərə bilər. Məsələn, qadınlar orta hesabla daha uzun yaşasalar da, bəzi yaşlılıq xəstəlikləri onlarda daha çox rast gəlinir. İmmunitetin fərqli qocalma mexanizmləri autoimmun xəstəliklərin cinslər üzrə yayılma fərqini qismən izah edə bilər.

Nəticələr 2024-cü ildə aparılmış başqa bir araşdırmanın qənaətləri ilə də üst-üstə düşür. Həmin tədqiqatda insan orqanizmində təxminən 44 və 60 yaşlarda iki kəskin bioloji dəyişiklik dalğası qeydə alınmışdı. Bununla belə, əvvəlki araşdırmanın statistik metodları tənqid olunmuşdu. Yeni tədqiqatda da oxşar yanaşmalardan istifadə edildiyi üçün alimlər nəticələrin əlavə araşdırmalarla təsdiqlənməsinə ehtiyac olduğunu bildirirlər.

Tədqiqat qrupu, həmçinin immun hüceyrələrindəki gen aktivliyinə əsaslanaraq insanın bioloji yaşını müəyyənləşdirən modellər hazırlayıb. Məlum olub ki, qadın və kişilərin göstəriciləri ayrı-ayrılıqda təhlil edildikdə bu modellər daha dəqiq nəticə verir.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 121   Tarix: 24 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yuxu iflici zamanı beyində nələr baş verir?

"Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir". xəbər verir ki, bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib. Alimin sözlərinə görə, yuxu iflici zaman

14 noyabr
.

İmmuniteti gücləndirməyin ən asan yolu - Həkim bu meyvəni xüsusi tövsiyə etdi

İmmuniteti gücləndirmək üçün mövsümi meyvə və giləmeyvələrdən istifadə etmək tövsiyə olunur. Bu barədə tibb elmləri doktoru, immunoloq Vladislav Jemçuqov " "ya açıqlamasında danışıb. Həkimin sözlərinə görə, immunitetin möhkəmləndirilməsinə qışda deyil, yay aylarından başlamaq daha məqsədəuyğundur

8 noyabr
.

Çovdar çörəyinin gizli faydaları aşkarlandı

"Çovdar çörəyi ürək sağlamlığı, həzm sistemi və qanda şəkərin səviyyəsinə nəzarət baxımından olduqca faydalıdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə dietoloq Simona Harunian "Health" nəşrinə açıqlamasında bildirib. Onun sözlərinə görə, çovdar çörəyi bəzi göstəricilərin

24 noyabr
.

Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı

"Çörək təkbaşına rasionu zərərli etmir. Əsas məsələ onun hansı miqdarda və nə ilə birlikdə yeyilməsidir". xəbər verir ki, bunu -ya rusiyalı diyetoloq və nutrisioloq Sofya Kovanova deyib. Mütəxəssisin sözlərinə görə, çörək seçimi zamanı həlledici amillər məhsulun tərkibi, lifin miqdarı, porsiyanı

22 noyabr
.

Günorta yuxusunun yaddaşa təsiri ilə bağlı maraqlı nəticə

Günorta saatlarında yatmağın yaddaşı gücləndirdiyi ilə bağlı geniş yayılmış fikirlər yeni elmi araşdırmada təsdiqini tapmayıb. Məlum olub ki, qısa müddətli yuxu yaddaşın möhkəmlənməsinə sakit istirahət və adi oyaqlıqdan daha çox kömək etmir. Qaynarinfo xəbər verir ki, bu nəticəyə Cənubi Çin Pedaqoj

16 noyabr
.

Dəfələrlə əridilib-dondurulan qidalar sağlamlıq üçün risk yaradır - VACİB XƏBƏRDARLIQ

Əridildikdən sonra yenidən dondurulan qidaların təhlükəsizliyi son dövrlər istehlakçıların diqqət yetirməli olduğu məsələlərdəndir. Dondurma prosesi bakteriyaları tamamilə məhv etmir, yalnız onların çoxalmasını dayandırır. Məhsul əridildikdə isə uyğun temperatur şəraitində mikroorqanizmlər yenidən aktivləşərə

24 noyabr
.

Limon suyu yüksək təzyiqi salırmı?

Yüksək arterial təzyiq ürəyə əlavə yük salır və onun daha intensiv işləməsinə səbəb olur. Buna görə də qan təzyiqini nəzarətdə saxlamaq olduqca vacibdir. xəbər verir ki, limon suyu yüksək arterial təzyiqin aşağı salınmasında faydalı ola bilər. Tərkibindəki vitaminlər, minerallar və bioloji aktiv birləşmələ

22 noyabr
.

6 həftə şəkərdən imtina edən zaman orqanizmdə baş verənlər... - Alimlər açıqlayır

Şəkər gündəlik qidalanmamızda düşündüyümüzdən daha böyük yer tutur. O, təkcə şirniyyatlarda deyil, çörəkdə, səhər yeməyi məhsullarında, hazır yeməklərdə və müxtəlif souslarda da mövcuddur. Bəs altı həftə ərzində əlavə şəkər qəbulundan imtina edilsə, orqanizmdə hansı dəyişikliklər baş verər? Enerji səviyyəsi

19 noyabr
.

"Koronavirus bitməyib, qrip mutasiya edir" - Xəbərdarlıq

Payız-qış mövsümündə respirator infeksiyaların artması artıq öyrəşdiyimiz situasiyadır. Ailədə, iş kollektivində və ya ətrafımızda bir neçə nəfərin eyni zamanda xəstələnməsini tez-tez müşahidə edirik. Bəs virusların yayılmasını sürətləndirən əsas səbəblər nədir? İnsanlar niyə eyni vaxtda xəstələnirlər

21 noyabr