Ucuz yeməyin görünməyən təhlükəsi: Ət və məhsulların mənşəyi məlumdurmu? - AÇIQLAMA
Bakıda son dövrlər 50 qəpik-1 manat aralığında yemək təklif edən ayaqüstü iaşə obyektlərinə maraq artır. Əlçatan qiymətlər xüsusilə tələbələr və aşağı gəlirli vətəndaşlar üçün cəlbedici olsa da, bu cür müəssisələrdə istifadə olunan ərzaqların mənşəyi, saxlanma şəraiti, yeməklərin hazırlanma prosesi və sanitar-gigiyenik qaydalara əməl olunması ilə bağlı suallar yaranır. AQTA-nın yoxlamaları zamanı bəzi iaşə obyektlərində qeydiyyatsız fəaliyyət, temperatur rejiminin pozulması və digər qida təhlükəsizliyi nöqsanları da aşkarlanıb.
Bəs, bu qədər aşağı qiymətə yemək satılması qida təhlükəsizliyi baxımından hansı riskləri yaradır? 50 qəpik-1 manata təqdim olunan yeməklərin keyfiyyətli və sanitar-gigiyenik normalara uyğun hazırlanması nə dərəcədə mümkündür? İstehlakçılar belə obyektlərdə qida alarkən hansı əlamətlərə diqqət yetirməli, aidiyyəti qurumlar isə bu sahədə nəzarəti necə gücləndirməlidir?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, Bakıda 50 qəpik-1 manata yemək təklif edən ayaqüstü iaşə obyektlərinin artması ilk növbədə qida təhlükəsizliyi məsələsini gündəmə gətirir.
"Təbii ki, yeməyin ucuz olması onun mütləq keyfiyyətsiz və ya təhlükəli olması demək deyil. Müəyyən məhsulların maya dəyəri aşağı ola, istehsalçı böyük həcmdə satış hesabına gəlir əldə edə bilər. Lakin bu qiymətə yemək hazırlanarkən istifadə olunan xammalın keyfiyyəti, saxlanma şəraiti və sanitar-gigiyenik tələblərin necə təmin edildiyi ciddi suallar yaradır.
Belə obyektlərdə əsas risklərdən biri ucuz xammaldan, mənşəyi məlum olmayan ət və ət məhsullarından, keyfiyyətsiz yağlardan istifadə olunmasıdır. Digər mühüm məsələ isə yeməklərin hazırlanması və saxlanması zamanı temperatur rejiminin qorunmamasıdır. Məsələn, bişmiş ət, toyuq, souslar və digər tez xarab olan məhsullar otaq temperaturunda uzun müddət saxlanıldıqda bakteriyaların çoxalması üçün əlverişli şərait yaranır. İşçilərin şəxsi gigiyenasına, avadanlıqların təmizliyinə və çiy məhsullarla hazır yeməklərin ayrı saxlanılmasına əməl edilməməsi də çarpaz çirklənmə və qida zəhərlənməsi riskini artırır.
İstehlakçılar belə məkanlarda yemək alarkən ilk növbədə obyektin ümumi təmizliyinə, işçilərin gigiyenasına, məhsulların saxlanma şəraitinə və hazırlanma prosesinə diqqət yetirməlidirlər. Ət və digər məhsulların mənşəyi məlum olmalı, hazır yeməklər uyğun temperaturda saxlanılmalıdır. Yeməyin görünüşünün və qoxusunun normal olması onun təhlükəsizliyinə tam zəmanət vermir. Buna görə də yalnız zahiri əlamətlərə əsaslanaraq qərar vermək düzgün deyil.
Aidiyyəti qurumlar, xüsusilə AQTA, bu cür obyektlər üzərində nəzarəti gücləndirməli, onların qeydiyyatı, xammalın mənşəyi, saxlanma temperaturu və sanitar vəziyyəti mütəmadi yoxlanılmalıdır. Eyni zamanda laborator müayinələr aparılmalı, aşkar edilən nöqsanlara uyğun tədbirlər görülməli və istehlakçıların məlumatlandırılması təmin edilməlidir.
Əsas məqam ondan ibarətdir ki, qida təhlükəsizliyi yeməyin qiymətindən asılı olmayaraq hər bir iaşə obyektinin əməl etməli olduğu məcburi tələbdir. Ucuz yemək satmaq mümkündür, lakin bu, xammalın keyfiyyətindən, gigiyenadan və istehlakçının sağlamlığından güzəştə getmək hesabına olmamalıdır".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Sabah" "Barsa"ya qol vursa da, uduzdu - Video-Yenilənib
Gedişhaqqı bu saatlarda 1 qəpik olacaq
Azərbaycanda zəlzələ oldu
Bacı-qardaş miras evini bölə bilmirsə, məhkəmə nə qərar verir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Elmira Şabanova vəfat etdi
Qurbağa əti yemək sağlamlıq üçün faydalıdır, yoxsa təhlükəli? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Azyaşlı bacıların ölümü ilə bağlı - Açıqlama
Sumqayıt bulvarında dənizdə batan Nəsrəddinin meyiti tapıldı
Qadın döyüldüyünü iddia edir - Pəncərəsi daşlanır
İş görməyə həvəsin, gücün yoxdur? - Bu iki hormonu yoxladın
Yaponiyada güclü zəlzələ: onlarla insan xəsarət alıb, qatarların hərəkəti dayanıb
Bakının bu ərazisində evlər söküləcək - Kompensasiya məbləği bilindi - Video
Torpağın real ölçüsü sənəddə fərqli göstərilibsə, vətəndaş nə etməlidir? - Hüquqi çıxış yolu - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
"Hazırda Avropada müşahidə olunan proses daha çox yeni təhlükəsizlik balansının axtarışıdır" - BƏHRUZ QULİYEV
Tribunada ölən azarkeş Bakıya oğlu ilə gəlibmiş