Regionlarda həkim çatışmazlığının səbəbi nədir? - AÇIQLAMA
Regionlarda həkim çatışmazlığı səhiyyə xidmətlərinin əlçatanlığına və keyfiyyətinə təsir edən əsas problemlərdən biridir. Bu problemin aradan qaldırılması üçün əməkhaqqının artırılması ilə yanaşı, həkimlər üçün əlavə stimullar və sosial təminatların gücləndirilməsi də mühüm amil hesab olunur. Hazırda regionlarda kadr çatışmazlığı olan ixtisaslar üzrə əməkhaqqı və əlavə ödənişlərin artırılması nəzərdə tutulub.
Bəs, regionlarda həkim çatışmazlığının əsas səbəbləri nələrdir, gənc həkimlərin bölgələrdə işləməyə marağını artırmaq üçün əməkhaqqı, mənzil və digər sosial təminatların gücləndirilməsi nə dərəcədə effektiv ola bilər və bununla yanaşı hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən tibb eksperti Rasif Bağırov bildirib ki, regionlarda həkimlərin işləməsi üçün şəraitin yaxşılaşdırılması, kirayə xərclərinin qarşılanması, həmçinin onların və ailə üzvlərinin sosial problemlərinin həll edilməsi vacibdir:
"Bu məsələlər təmin olunduğu halda həkimlərin regionlarda qalaraq işləməsi mümkündür. Əgər həkim ailəsindən və yaşadığı yerdən uzaqda işləyirsə və bu problemlər həll olunmursa, müəyyən müddətdən sonra regionu tərk edib ailəsinin yanına qayıtmağa və şəhərdə iş tapmağa üstünlük verir. Xüsusilə bəzi ixtisaslar üzrə həkimlər üçün özəl klinikalarda iş tapmaq daha asan olduğundan, onlar təyinat yerlərinə getmək əvəzinə şəhərdə çalışmağa üstünlük verə bilirlər. Eyni zamanda, regionlarda işləyən həkimlərin iş şəraitindən narazı qalaraq həmin yerləri tərk etməsi də həkim çatışmazlığına səbəb olur. Bəzi həkimlər isə xaricə gedərək orada işləməyə və ya müxtəlif proqramlar vasitəsilə iş imkanları əldə etməyə çalışırlar".
Ekspert bildirib ki, əvvəllər həkimlərin təyinatla regionlara göndərilməsi praktikası mövcud idi. Hazırda isə bu proses fərqli formada həyata keçirilir və həkimlərin müəyyən imtahanlardan keçməsi tələb olunur:
"Nəticədə bəzi həkimlərin regionlarda fəaliyyət göstərməsi ilə bağlı çətinliklər yaranır. Son dövrlərdə həkimlərin əməkhaqlarının artırılması istiqamətində atılan addımların regionlarda kadr çatışmazlığının aradan qaldırılmasına müsbət təsir göstərəcəyi gözlənilir. Gənc həkimlərin regionlarda işləməsi onların peşəkar inkişafı baxımından da əhəmiyyətlidir. Çünki şəhər mərkəzində mürəkkəb xəstəliklərin müalicəsi ilə daha çox təcrübəli həkimlər məşğul olur. Regionlarda isə gənc həkimlər daha çox praktiki fəaliyyət göstərməli və müxtəlif prosedurları müstəqil həyata keçirməli olurlar. Bu da onların təcrübə və bacarıqlarının artmasına imkan yaradır. Beləliklə, regionlarda həkimlərin sosial və maddi təminatının yaxşılaşdırılması həm tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə, həm də həkimlərin peşəkar inkişafına müsbət təsir göstərə bilər. Son dövrdə əməkhaqlarının artırılması ilə bağlı görülən tədbirlərin də həkim çatışmazlığının azalmasına kömək edəcəyi düşünülür".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qatıq hazırlayanda 1 qaşıq əlavə edn - nə su salır, nə də turşuyur
Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Deputat Arzuxan Əlizadənin Bakıdakı kafedə qətl törədən oğlunun fotosu - Video
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
"Nar"da biabırçı mənzərə: İnternet bərbad, tariflər baha, müştəri xidməti əlçatmaz!
Bakıda metro ilə bağlı ŞAD XƏBƏR - Yeni stansiya BU TARİXDƏ AÇILACAQ
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Qızıl bazarında son vəziyyət
Oğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"