Azərbaycanlı tələbə erməni alimi universitetdən qovdurdu - FOTO

Polşanın Lodz Universitetində oxuyan azərbaycanlı tələbənin şikayəti əsasında erməni müəllim işdən qovulub.

Tələbə Fatimə Şirəliyeva erməni millətindən olan universitet müəlliminin haqsızlığı ilə üzləşib. Belə ki, ümumi fənlər üzrə Fatiməyə dərs deyən müəllim atalıq məzuniyyətinə getdiyindən imtahanlara universitetin erməni millətindən olan Krakovyan adlı müəllimi götürəcəyi məlum olur.

"Bu müəllim imtahanlara kimi bir neçə dəfə dərslərimizə də girirdi. Mənim Azərbaycandan olduğumu biləndən sonra bunun mənə qarşı hərəkətləri, fikirləri tamam dəyişmişdi. Mən imtahana erməni müəllimin girəcəyini bildikdən sonra, mövzumu dəyişdim və Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan istiqamətində hazırlaşdım.

İmtahanda bu istiqamətdə hazırladığım məruzəmi səsləndirəndə Krakovyan bir neçə dəfə mənə səhvlər çıxarmağa çalışdı. Amma mən ona bütün həqiqətləri çatdıranda susmalı oldu. Çıxışımdan sonra bütün tələbələr məni alqışladıqda erməni müəllim daha da qəzəblənirdi"-deyən Fatimə bildirdi ki, imtahandan sonra Krakovyan ona imtahanın cavabın e:mail adresinə göndərəcəyini bildirir.

Krakovyan Fatimənin e:mail poçtuna göndərdiyi imtahan cavabında qiymət almadığını və kəsildiyini bildirir.

Fatimə Krakovyanın bu hərəkəti ilə bağlı Lodz Universitetinin rəhbərliyinə məlumat verir. Lakin ali məktəb rəhbərliyi Krakovyanın 15 ildən artıq müddətdə burada çalışdığını, indiyənədək ondan şikayət edilmədiyini əsas gətirərək, ona qarşı heç bir cəza görmür. Bir müddət sonra isə Polşa Respublikasının Təhsil naziri universitetdə hansısa bir tədbirə qatılır. Bu vaxt Fatimə naziri yaxınlaşaraq Krakovyanın ona qarşı haqsızlıq etdiyini, Azərbaycandan olduğu üçün imtahandan kəsdiyini bildirir.

Təhsil naziri Fatimənin dinlədikdən sonra göstəriş verir və Krokovyan universitetdən qovulur.

Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin 2012-2016-cı illərdə tələbəsi olmuş 1995-ci il təvəllüdlü Şirəliyeva Fatimə Kamil qızı 2014-2015-ci illərdə Tələbə Mübadiləsi proqramı ilə Polşa Respublikasının Lodz şəhərində təhsil almağa göndərilib. Fatimə təhsil aldığı müddətdə Dağlıq Qarabağ mövzusunda keçirilən tədbirlərdə fəal iştirak etməklə bərabər, universitetin ən aktiv tələbəsi kimi Azərbaycan həqiqətlərinin Polşa ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayan gənclərdən birinə çevrilib. Fatimənin aktivliyi Lodz Universitetinin rəhbərliyi tərəfindən də rəğbətlə qarşılanır. Elə bunun nəticəsidir ki, universitet rəhbərliyi Azərbaycandan olan tələbələrin müxtəlif layihələrini dəstəkləyir.

Mənbə: Vətəninfo

Azərbaycanlı tələbə erməni alimi universitetdən qovdurdu - FOTOAzərbaycanlı tələbə erməni alimi universitetdən qovdurdu - FOTOAzərbaycanlı tələbə erməni alimi universitetdən qovdurdu - FOTOAzərbaycanlı tələbə erməni alimi universitetdən qovdurdu - FOTOAzərbaycanlı tələbə erməni alimi universitetdən qovdurdu - FOTOAzərbaycanlı tələbə erməni alimi universitetdən qovdurdu - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3823   Tarix: 27 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi quraşdırılıb - YENİLƏNİB + VİDEO

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi quraşdırılıb". AZƏRTAC xəbə

26 aprel
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

25 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Prezident: "İndi biz sülhə doğru gedirik"

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb. AZƏRTAC xəbər verir ki, dövlətimizi

1 may
.

İlham Əliyevin Berlində Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü başlayıb. Bununla bağlı AZƏRTAC məlumat yayıb

26 aprel
.

Naxçıvanda pul ödənəcək veteranların sayı AÇIQLANDI

Naxçıvanda 207 nəfər İkinci Dünya müharibəsi veteranına birdəfəlik maddi yardım ödəniləcək. Bu barədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik madd

2 may
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. xəbər verir ki, dövlət başçılarına şəhərin Baş planı barədə məlumat verilib

25 aprel
.

İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb. 16:48. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalen

26 aprel
.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29 aprel