Bakıda dönərxanalara satılan eşşək ətinə rəsmi münasibət - VİDEO

Bakıda dönərxanalara satılan eşşək ətinə rəsmi münasibət - VİDEO"8-ci kilometr bazarı"nda leş ətlərin satışının əks olunduğu video görüntülərlə bağlı Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanov danışıb.

-Azər müəllim, yəqin ki, yayılan məlum videonu izləmisiniz...

-Mən də xəbərə təzə baxmışam. O məlumatı yayandan soruşun ki, həmin faktı haradan tapıb. O əti gətirənin kimliyini ortaya çıxarmaq lazımdır.

-Yazıda konkret ünvan göstərilib...

-Orada ümumi sözlər yazılıb. Konkret əti gətirənin, alanın adı yoxdur. Biz də onu gətirən adamı axtarırıq. Bilirsiniz ki, biz bu istiqamətdə çox ciddi mübarizə aparırıq. Hazırda bu görüntülərdəki məsələ araşdırılır. Onu yazan jurnalistin də əlində konkret məlumat varsa, bizə təqdim etsin.

-Həmin bazarda Sizin qurumun baytar həkimi varmı?

-Əlbəttə var. Bütün ətlərə baytar həkim nəzarət edir. Bu videoda bilinmir proses bazarın içərisindədir, ya çölündə. Konkret yer məlum deyil. Biz bunu araşdıracağğıq.

-Bazarın baytar həkimi ilə söhbət aparmısınız?

-Mən görüntülərə indi baxmışam. Lazımı göstəriş vermişəm. Araşdırma aparılır.

-İctimaiyyətdə belə bir fikir səsləndirirlər ki, baytar həkimlər leş ətlərn satışına şərait yaradır. Bu barədə nə deyə bilərziniz?

-(Əsəbiləşir-red)Siz hər deyilənləri ciddiyə almayın. Görürsünüz ki, bu problemlə gecə-gündüz mübarizə aparan bizik. Bu fikirlərin hamısı şər, böhtandır və qərəzli şəkildə deyilir. Özünüz də şahidsiniz ki, biz bu sahədə ciddi mübarizə aparıb belə faktların qarşısını almışıq. Çünki, bu cür ətlər insan sağlamlığına zərər yetirir.

Mənbə: unikal.org


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1821   Tarix: 27 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sürücülər üçün VACİB AÇIQLAMA : İyulun 1-dən bu avtomobillər taksi kimi fəaliyyət göstərə biləcək

Nazirlər Kabinetinin qərarı ilə taksi minik avtomobilləri ağ və ya qırmızı rəngdə olmalıdır. Bu qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir. Eyni zamanda buraxılış ili 15-i keçən avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Bu isə öz növbəsində nə qədər insanın taksi kimi fəaliyyət göstərməməs

2 may
.

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? - Komissiya üzvü

"Bu günə kimi Əfv Komissiyasında 400-ə yaxın müraciətə baxılıb". Bunu Qaynarinfo-ya açıqlamasında Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, bu dəfə əfv sərəncamı may ayının sonlarına yaxın imzalana bilər:. "Çünkü iclaslarımız həl

2 may
.

"Azərbaycanda bir şəxsə aid olan ayrı-ayrı şirkətlər eyni tenderdə iştirak edir" - AÇIQLAMA

Tender bu gün ölkəmizdə ən çox aktual olan mövzulardan biridir. Belə ki, tender bir çox şirkətlər arasında uyğun şərtlərə cavab verən bir işin və ya malın verilməsidir. Bu konsepsiya ümumiyyətlə özəl sektorun dövlət işlərini əldə etmək üçün istifadə etdiyi bir üsuldur. Tender sistemi bütün demokrati

2 may
.

FHN-nin idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - Elnar İmanov cərimələndi, narazı qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanovla Dövlət Əmək Müfəttəişliyi Xidməti arasında qalmaqal yaranıb. Qaynarinfo-ya daxil olan məlumata görə, buna səbəb dövlətə xidmətinin Elnar İmanovu cərimələməsidir. Bildirilir ki, idarə rəisinə İnzibati Xətalar Məcəlləsini

2 may
.

Neftçilər prospekti bağlandı

Bakının Səbail rayonu, Neftçilər prospekti istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib. xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, buna səbəb Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində su xəttində yaranan proble

2 may
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

2 may
.

Kəlbəcərin Baş planı təsdiqləndi

"Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiqlənib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərarda göstərilib ki, Baş planın hazırlanmasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınıb

2 may
.

Hazırda paytaxtda sıxlıq olan yolların SİYAHISI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Aeroport şosesi, metronun "Koroğlu" stansiyası istiqamətində;. 2. Ziya Bünyadov prospekti, Bakı Olimpiy

2 may
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

2 may