QƏRAR! Azərbaycanda süni mayalanma edənləri...

QƏRAR! Azərbaycanda süni mayalanma edənləri...Qanunsuz süni mayalanma ölümə səbəb olarsa - 5 il həbs gözləyir

Azərbaycanda qanunsuz süni mayalanma etməyə görə cəzanın cəriməsi ləğv edilir.

"Report"un xəbərinə görə, Cinayət Məcəlləsində qadına, onun razılığı olmadan və ya yetkinlik yaşına çatmayan qadına süni mayalanma və ya embrionu implantasiya etməyə görə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Dəyişikliklə cərimənin miqdarının 4 min manatdan 7 min manatadək artırılması təklif olunur.

Bundan başqa, şəxsin razılığı olmadan onun üzərində tibbi sterilizasiya, yəni şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi, yaxud qadının hamiləlikdən qorunması məqsədi ilə əməliyyat aparmaya 500 manatdan 1000 manatadək miqdarda nəzərdə tutulan cərimə ləğv edilir. Cəza olaraq, 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Təkliflə cəzanın cərimə hissəsi ləğv edilir.

Nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan şəxsin sağlamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma təklif edilir. Hazırda bu cəza həm də ölüm halının baş verməsinə aid edilir, həbs müddəti isə 2 ildən 5 ilədəkdir.

Dəyişiklik layihəsinə əsasən, bu əməllər ölümə səbəb olduqda, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2571   Tarix: 28 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq. "Report"un məlumatına görə, onlardan biri - Gülalı Məhəmməd oğlu Dadaşov Nizami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq. Elşad Şirin oğlu Qayımo

6 may
.

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib. Məcəlləyə əsasən, barəsində inzibati icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin razılığ

6 may
.

Azərbaycanlı iş adamının "Qalatasaray"dakı işinə xitam veriləcək

Azərbaycanlı iş adamı "Qalatasaray"dan ayrılacaq. xəbər verir ki, Dursun Özbek "Qalatasaray"ın prezident seçkisinə namizədliyini açıqlayıb. İstanbul təmsilçisinin başqanı vəzifəsinə seçki mayın 25-də keçiriləcək. Özbek 2022-ci ilin yayından "Qalatasaray"ın prezidentidir

6 may
.

Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?- Açıqlama

Azərbaycanda ətin qiyməti bahadır. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır. Satıcılar qiymət artımının səbəbini mal və quzu ətinin topdansatış qiymətinin qalxması ilə əlaqələndirirlər. Alıcılar isə ətin bahalaşmasından şikayətçidir. Mövcu

6 may
.

Dövlət Gömrük Komitəsinin sədrinə müşavir təyin edilib

Şamo Mürşüdov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə yeni müşavir təyin edilib. Bu barədə -a Dövlət Gömrük Komitəsindən bildirilib. Qeyd edək ki, Şamo Mürşüdov "Bank Respublika" ASC-nin İnsan resursları departamentinə daxil olan Motivasiya və qiymətləndirmə şöbəsinin müdir

6 may
.

"Azərbaycan Beynəlxalq Bankı" gecə yarısı da kredit verirmiş? – ŞİKAYƏT

Vətəndaş Rübabə Əliyeva "Azərbaycan Beynəlxalq Bankı" ilə "Rabitəbank"ın onun başına açdığı oyuna görə hər ikisini məhkəməyə verməyə hazırlaşır. -a istinadən xəbər verir ki, bu barədə şikayətçi özü yazıb və hüquqşünaslardan kömək istəyib. O bildirib ki, "Rabitəbank"dak

6 may
.

Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO

"İl boyu bu barədə heç vaxt danışmadım. Mənə olunan zənglərin hamısından imtina etdim. Heç bir zəngə cavab vermədim, heç bir televiziya kanalına bu haqda danışmadım. Yəqin ki, mən də çox böyük şok keçirtdim, bunu analiz edirdim özlüyümdə". Bu sözləri İctimai TV-nin efirində yayımlanan verilişlərdə

6 may
.

Ekspertdən Emin Əmrullayev və Məleykə Abbaszadəyə MÜRACİƏT : " II ixtisas qrupundan ümumi tarix fənni ÇIXARILSIN"

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Elm və Təhsil naziri Emin Əmrullayev və Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə xanım Abbaszadəyə müraciət edib. Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi müraciətini -la bölüşüb. Ekspert ötən il I ixtisas qrupunda yer alan R

6 may
.

Hərbi təlimlər BAŞLADI: Müharibə OLACAQ? - ŞƏRH

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi hissələrdə bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Bəs sözügedən təlimlər keçirilməsi nə ilə bağlıdır

6 may