Hərbi təlimlər BAŞLADI: Müharibə OLACAQ? - ŞƏRH
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, hərbi hissələrdə bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb. Bəs sözügedən təlimlər keçirilməsi nə ilə bağlıdır? Müharibə tühlükəsi gözləniləndir?
Mövzu ilıə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Tərlan Eyvazov deyib ki, sözügedən təlimlərin keçirilməsində heç bir qeyri-adi vəziyyət yaxud müharibə təhlükəsi yoxdur:
"Son 10 ildə əvvəlki dövrlərə nisbətən belə mütəmadi toplantılar keçirilir. Bu həm Vətən müharibəsindən əvvəl, həm də sonda olub. Müvafiq olaraq ötən il antiterror əməliyyatlarından əvvəldə belə toplanışlar oldu. Ümumən ildə bir yaxud iki dəfə ehtiyatda olan hərbçilərin toplantıya çağıraraq onların vərdişlərinin bir daha yada salınması və mükəmməlləşdirilməsi məqsədi daşıyır. Yəni burada hansısa müharibə təhlükəsi yoxdur. Belə işlər hələ sovet dövründə olarkən mütəmadi qaydada aparılıb. Ehtiyatda olan hərbçilər bütün kateqoriyalar üzrə müvafiq qaydada yerli səfərbərlik idarələri tərəfindən müdafiə nazirinin verdiyi qaydalara uyğun olaraq cəlb olunur. Hərbi hissələrdə onlar tam təminatlı və qısa müddətə təlimlər keçirir. Burada heç bir qeyri-adi vəziyyət yoxdur".
Qeyd edək ki, Ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.Toplanış çərçivəsində hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1793 Tarix: 06 may 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrTemperatur 10° enəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var
4 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrAstarada evdə dava: Gəlin qayınanasını döyüb üzünü cırdı
Astara rayonunda gəlin qayınanasını döyüb. -a istinadən xəbər verir ki, hadisə rayonun kəndlərindən birində baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Mahirə Əsədova (ad və soyad şərtidir - red.) evdə qayınanası ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə Mahirə qayınanasını şillə və yumru
4 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr