Əhaliyə xəbərdarlıq edildi! Azərbaycanda dollar bu vaxtdan ucuzlaşacaq

Əhaliyə xəbərdarlıq edildi! Azərbaycanda dollar bu vaxtdan ucuzlaşacaqHazırda valyuta bazarlarında hökm sürən durğunluq iki həftə boyunca davam edəcək.

İqtisadçı Rəşad Həsənov yaxın 1-2 ay ərzində manatın taleyini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu durğunluq bəzi səbəblərə görə baş verir: "Hələ ki, bizim valyuta bazarlarında çox ciddi durğunluq vardır. İlin əvvəlində həm hökumətin 2107-ci ildə məzənnə siyasəti ilə bağlı məlumatları ictimailəşdirməsi, həm də müəyyən qərarlar verməsi və bu kimi səbəblərdən valyuta bazarlarında ciddi çalxalanma müşahidə olundu. Amma hazırda, xüsusilə də fevral ayının ikinci yarısından başlayaraq çox ciddi durğunluq hiss olunur. Yəni tələb və təklif demək olar ki, kifayət qədər məhdudlaşıb.

Tələbi məhdudlaşdıran amilləri əsasən biznesdə müşahidə edilən passiv davranış, idxalın həcmində ciddi aktivliyin olmaması və hazırda ilin əvvəlində büdcə planlaması ilə əlaqədar olaraq dövriyyə manat kütləsinin daxil edilməsi, dövlət vəsaitləri hesabına idxal məhsullarının alışına tətbiq edilən məhdudiyyətlər kimi qruplaşdıra bilərik. Eyni zamanda dollarlaşmanın ən yüksək səviyyə çatmasını da prosesə əlavə edə bilərik. Bu səbəblərdən də faktiki olaraq bu gün valyuta bazarlarının iştirakçıları prosesə çox ciddi reaksiya vermir. Bununla bağlı "qara bazar"da belə məzənnə 2 manatlıq psixoloji həddi keçə bilmir. Bu isə onu deməyə əsas verir ki, indiki şərtlər daxilində hələlik manatın real məzənnəsi 2 manat səviyyəsindən aşağıdır. Bu psixoloji həddi keçə bilməməsi də bazar iştirakçılarında, xüsusilə də daha iri həcmli, ağır statuslu prosesi həyata keçirən və məzənnəyə təsir edə bilən iştirakçılarda o qədər ciddi maraqlar yaratmır. Bu baxımdan onlar da bazarda passivdir.

İlin əvvəlində Neft Fondu Mərkəzi Banka təxmini olaraq 4. 5 milyard vəsait ayırdı. Bu valyuta əsasən Mərkəzi Bankın öhdəliklərini yerinə yetirilməsi məsələlərinə yönəldiləcək. Bu da ən böyük bazar iştirakçılarından biridir. Yəni tələb formalaşdıran iştirakçılarından birinin neytrallaşdırılması deməkdir. Bu da bazarları daha da kiçildir. Qeyd etdiyim səbəbdən də hər hansı ciddi dəyişiklik hiss olunmur.

Mart ayının yarısı iş günü olmayıb, banklar və biznes iştirakçıları bazarda aktiv iştirak etməyib. Tələbin həcmi kifayət qədər məhdud səviyyədə olub. Həmçinin ölkəyə müəyyən qədər turistlər gəlib. Onlar müəyyən qədər bazarda təklif artıran tərəf olaraq çıxış etdilər. Daxili bazarlara əlavə valyuta daxil oldu. İki həftə bu proses davam edəcək".

İqtisadçı bildirib ki, aprelin ikinci yarısından etibarən müəyyən qədər büdcə xərclərinin artması əlavə tələb təzyiqi formalaşdıra bilər: "Bununla bağlı hökumətin həyata keçirəcəyi məzənnə siyasətindən asılı olaraq Neft Fondunun bazar iştirakçılarının müəyyən qədər sürətləndirmək mümkündür.

Beynəlxalq bazarlarda da Trampın qeyri-müəyyən iqtisadi siyasəti nəticəsində dollar öz mövqeyini kəskin şəkildə itirir. Baxmayaraq 10 gün öncə uçot dərəcələri artırılıb. Ona görə də dolların sürətlə bahalaşması müşahidə olunmalı idi. Amma əksi oldu. Bu kimi amillər az da olsa Azərbaycan bazarlarına öz təsirini göstərir. Psixoloji olaraq dollar tələbini müəyyən qədər azalmasına gətirib çıxarır".

Rəşad Həsənov onu da əlavə edib ki, hazırda növbəti 1 ayda dollar üçün ciddi narahatlıq yoxdur: "Riskli məzənnə dəyişiklikləri gözənilmir. Böyük ehtimalla 1.85 və 1.70 intervalı arasında dinamika nümayiş etdirəcək".

Mənbə: bakipost.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7804   Tarix: 28 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı ilə bağlı HAVA XƏBƏRDARLIĞI - Mayın 5-i axşamdan 7-si səhərədək...

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, 5-i axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ölk

3 may
.

Gömrük idarəsində ƏMƏLİYYAT: Cinayət işi açıldı - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlara aydınlıq gətirib. -in komitəyə istinadən verdiyi məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməs

3 may
.

"Survivor"da qalmaqal: "Evliliyini qorumaq üçün..." - VİDEO

"Survivor All star 2024" yarışmasında daha bir qalmaqal yaşanıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, iştirakçılardan biri Nagehan digər iştirakçı Yunus Emre haqqında sərt sözlər söyləyib. O bildirib ki, Yunus Emre yarışa gələndə onu başqa bir iştirakçı Aleynadan qorumasını istəyib:. "Yunu

3 may
.

Azərbaycanda vəzifəli şəxs vəfat edib

"Suraxanı" gəmi-muzeyinin ilk kapitanı vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Qasım Alacov bu gün vəfat edib. Qasım Alacov 18 iyul 1959-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. O, 1980-ci ildən üzən heyətin sıraların

3 may
.

DİQQƏT! - Bu tarixlərdə "İçərişəhər"ə giriş məhdudlaşdırılacaq

İçərişəhərdə 4-5 mayda keçiriləcək Milli Xalça Festivali ilə əlaqədar İçərişəhərin Qoşa Qala girişi və ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib. Qeyd olunub ki, məhdudlaşdırm

3 may
.

Bu halda torpaqlara "kupça" verilməyəcək - RƏSMİ

2024-cü ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak üzərində 88.013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu barədə -a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat daxil olub. Bildirilir ki, bu göstəricinin 13.540-ı (15,3%) ilkin, 74.473-ü isə (84,7%) isə təkrar qeydiyyatı

3 may
.

143 milyonluq yeyintiyə görə daha bir zabit həbs edildi

Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində maliyyə xidmətin rəisi vəzifəsində işləmiş Elvin Cəfərov həbs edilib. APA xəbər verir ki, ona Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. Elvin Cəfərov 143 milyonluq mənimsəmə üzrə cinayət işində təqsirl

3 may
.

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - FOTOLAR

"Rabitəbank" ASC-nin İdarə Heyətinin sabiq sədr müavini, hazırda "Finoko" bank olmayan kredit təşkilatının (BOKT) baş direktoru vəzifəsini icra edən Turan İsmayılov Nyu-Yorkun Manhetten səmtində 735.00 dollar dəyərində mənzil alıb. xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşi

3 may
.

Kəlbəcərin 22%-i yaşıllıq olacaq - Baş Planın detalları

Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən "Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı" təsdiq edilib. xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Baş Planın detallarını açıqlayıb. Qeyd olunur ki, otuzillik erməni işğalı nəticəsində dağıdılan Kəlbəcər şəhərini

3 may