Bu şəhərdə 4 ilə su tükənəcək - Dünyada ilk
Əfqanıstanın paytaxtı Kabil 2030-cu ilə qədər yeraltı su ehtiyatlarını tamamilə tükəndirən ilk müasir şəhər olmaq riski ilə üzləşib.
"Qafqazinfo" xəbər verir ki, CNN-in "Prosper Global" təşkilatının hesabatına istinadən yaydığı məlumata görə, şəhərdə artıq bəzi ərazilərdə su çatışmazlığı başlayıb.
Kabil sakinlərinin yalnız beşdə biri boru kəməri ilə suya çıxış imkanına malikdir, əhalinin 80 faizi isə yeraltı sulardan və dərin quyulardan asılıdır.
Son 10 ildə şəhərdə yeraltı su səviyyəsi təxminən 30 metr azalıb. Su quyularının, demək olar ki, yarısının quruduğu, ildə 1,55 milyard kub futdan çox su çatışmazlığı yarandığı bildirilir.
2001-ci ildə 1 milyondan az olan Kabilin əhalisi hazırda 6 milyona çatıb. Əhalinin artımına xaricdən qayıdan əfqanlar, İran və Pakistandan deportasiya edilənlər və kəndlərdən şəhərə miqrasiya təsir göstərib.
Əfqanıstan Su və Ətraf Mühit Mütəxəssisləri Şəbəkəsinin tədqiqatçısı Nəcibullah Sədid vəziyyəti "su iflası" kimi qiymətləndirib. BMT Universitetinin professoru Mohd Faizee isə şəhərin humanitar fəlakətlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Əfqanıstanda altı ildir davam edən quraqlıq su böhranını dərinləşdirir. BMT-nin məlumatına görə, ölkədə qar örtüyü 25 ilin ən aşağı səviyyəsinə düşüb.
Kabildə yeraltı suların 80 faizə qədəri kanalizasiya kimi çirkləndiricilərlə bağlı risk daşıyır. Boru suyuna çıxışı olmayan sakinlər əl nasoslarından və su tankerlərindən istifadə edirlər. Yoxsul ailələr gəlirlərinin 30 faizinə qədərini suya xərcləyirlər.
"Taliban"ın 2021-ci ildə hakimiyyətə gəlməsindən sonra beynəlxalq yardımın azalması böhranın həlli istiqamətində işləri çətinləşdirib.
2 milyon insanı su ilə təmin etməsi planlaşdırılan Şahtut bəndinin layihəsi dayanıb. Pəncşir çayından Kabilə su gətirilməsini nəzərdə tutan 124 mil uzunluğundakı boru kəməri isə hələ texniki-iqtisadi əsaslandırma mərhələsindədir.
Əfqanıstan hökuməti yeni bəndlər və yeraltı suların bərpası ilə bağlı layihələr üzərində işlədiyini açıqlayıb. Ekspertlər isə vəziyyətin təcili və genişmiqyaslı tədbirlər tələb etdiyini bildirirlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 545 Tarix: 08 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mavi balinadan daha uzun: Hind okeanında qeyri-adi nəhəng aşkar edildi
Hind okeanının dibində uzunluğu 120 metrə çata bilən qeyri-adi dəniz canlısı aşkarlanıb. Alimlərin fikrincə, bu canlı planetdə indiyədək qeydə alınmış ən uzun heyvan ola bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Kertvar" portalı məlumat yayıb. Söhbət sifonofor adlanan dəniz canlısından gedir
11 noyabrDubaya gedən tanker vuruldu - yaralılar var
Körfəzdə Liberiya bayrağı altında üzən tanker hücuma məruz qalıb. TASS xəbər verir ki, bu barədə Hindistanın limanlar, su yolları və gəmiçilik naziri Sarbananda Sonoval məlumat verib. "MT Fujairah Energy" adlı VLCC sinifli tanker noyabrın 10-da Ər-Rüveys limanından Dubaya doğru hərəkət edərkə
11 noyabrTramp respublikaçı Tomas Massini "tam uğursuz" adlandırıb
ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqsetin öz impiçmenti təşəbbüsü ilə bağlı çıxışını şərh edərkən konqresmen Tomas Massini "tam uğursuz" adlandırıb. xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social"da yazıb. "Pit Heqset narazı, qəzəbli və məğlub olmuş, tam uğursu
10 noyabrYaponiyada seçkilərin kontitusiyaya zidd şəraitdə keçirildiyi təsdiqlənib
Yaponiya Ali Məhkəməsi 2025-ci ildə parlamentin yuxarı palatasına keçirilən seçkilərin seçicilərin səslərinin müxtəlif dairələrdə fərqli çəkiyə malik olması səbəbindən konstitusiyaya zidd şəraitdə keçirildiyi qənaətinə gəlib. Bu barədə TASS məlumat yayıb. Bu, Yaponiyada bu qəbildən olan ilk qərar deyil
11 noyabrAfrikada Çin nümunəsi: 7 min kilometrlik "Yaşıl divar" yaradılır
Səhralaşma ilə mübarizə aparmaq üçün Çin təxminən 50 il əvvəl başladığı nəhəng ekoloji layihədə mühüm nəticələr əldə edib. Ölkə Taklamakan səhrasının ətrafında 3046 kilometr uzunluğunda yaşıllıq zolağı yaradıb. İndi isə Afrika ölkələri Saxaranın genişlənməsinin qarşısını almaq üçün bundan da böyük layih
11 noyabrAİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
Avropa İttifaqı (Aİ) bazar ertəsi Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyəcək. "Report" Fransa mediasına istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Addad LCI telekanalına müsahibəsində bildirib. "Sanksiyalar Rusiyanı
12 noyabr