Niderland məhkəməsi BYD-nin yeni modelinin satışını qadağan etdi
Niderlandın Haaqa şəhərindəki məhkəmə Çinin BYD şirkətinə məxsus "Ti7" modelinin Avropa İttifaqı ərazisində satışını qadağan edən ilkin qərar çıxarıb.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, hakim Çin avtomobilinin xarici görünüşünün "Jaguar Land Rover" (JLR) konserninin müəllif hüquqlarını pozduğu qənaətinə gəlib.
Buna səbəb modelin "Land Rover Defender" markalı yolsuzluq avtomobilinin səciyyəvi və asanlıqla tanınan dizayn elementlərini təkrarlamasıdır.
Məhkəmə iddiasına Britaniya saytında BYD-nin "Ti7" modelinin sifarişlərinin qəbuluna başlanılması səbəb olub. Avtomobilin tədarükünə 2027-ci ilin yanvarında başlanması nəzərdə tutulurdu. Çində bu model ötən ildən "FangChengBao Ti7" adı ilə satılır.
Ekspertlər və avtomobil nəşrləri iki model arasındakı oxşarlığın əsasən bucaqlı kuzov formasında, düz damda, şaquli kuzov proporsiyalarında, baqaj qapısının dizaynında, kvadrat təkər tağlarında və arxa sərnişin qapılarının arxasındakı kuzov rəngli bütöv paneldə özünü göstərdiyini qeyd edirlər.
Satış qadağası bir həftə sonra qüvvəyə minəcək. Əqli mülkiyyət hüquqları ilə bağlı əsas məhkəmə araşdırması başa çatanadək BYD-yə Macarıstandakı yeni zavodunda da bu modelin yığılması qadağan edilib. Həmin zavodda kütləvi istehsalın 2027-ci ilin əvvəlində başlanması planlaşdırılır. Bununla belə, hakim qərara alıb ki, məhkəmənin yurisdiksiyası Çin şirkətinin Britaniyadakı bölməsinə şamil edilmir.
BYD şirkəti qərarla qəti şəkildə razılaşmadığını və ondan apellyasiya şikayəti verəcəyini bildirib. Marka nümayəndələri "Ti7" modelinin dizaynının müstəqil işlənib hazırlandığını və JLR-in hüquqlarını pozmadığını iddia edirlər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 113 Tarix: 22 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəkim 2 il xərçəngi aşkarlaya bilmədi: Ailəsinə 7,8 milyon dollar ödəniləcək
ABŞ-də tibbi səhlənkarlıqla bağlı məhkəmə prosesi milyonlarla dollarlıq təzminat qərarı ilə yekunlaşıb. xarici mətbuata istinadən xəbər verir ki, Oreqon ştatının Portlend şəhərində keçirilən məhkəmədə 51 yaşlı Vendi Luinin (Wendi Lui) ölümündə həkimin məsuliyyəti araşdırılıb. Ağciyər xərçəngindən dünyasın
21 noyabrNiderland məhkəməsi BYD-nin yeni modelinin satışını qadağan etdi
Niderlandın Haaqa şəhərindəki məhkəmə Çinin BYD şirkətinə məxsus "Ti7" modelinin Avropa İttifaqı ərazisində satışını qadağan edən ilkin qərar çıxarıb. "Reuters"ə istinadən xəbər verir ki, hakim Çin avtomobilinin xarici görünüşünün "Jaguar Land Rover" (JLR) konserninin müəlli
22 noyabr"Titanik"dən sağ çıxan qadının üzüyü hərraca çıxarıldı
"Titanik" faciəsindən sağ çıxan məşhur britaniyalı modelyer Lüsi Daff-Qordonun brilyant üzüyü hərraca çıxarılıb. Axşam.az xəbər verir ki, 21 noyabrda İngiltərənin Uiltşir qraflığında keçirilən hərracda satışa çıxarılan zinət əşyasının ilkin dəyəri 80 min funt sterlinq (təxminən 178 min manat
22 noyabrCOP31: İqlim danışıqlarında yekun razılaşma layihəsi təqdim olunub
Türkiyədə keçirilən BMT-nin iqlim danışıqları bazar günü yekun razılaşmaya yaxınlaşıb. COP31-in Türkiyə və Avstraliyadan olan həmsədrləri qlobal istiləşmə ilə mübarizədə növbəti addımlarla bağlı konsensus əldə olunacağına ümid edərək yeni təkliflər paketini təqdim ediblər. "Reuters" agentliyin
22 noyabrÇinli milyarder səkkiz ay ərzində sərvətini itirdi
Çinli iş adamı, 37 yaşlı Yan Juntsze təsis etdiyi süni intellekt şirkətinin səhmlərinin kəskin ucuzlaşması səbəbindən milyarder statusunu itirib. "Forbes"a istinadən xəbər verir ki, "MiniMax" şirkəti süni intellekt bazarı ilə bağlı investorların artan narahatlığından əziyyət çəkir
22 noyabrNorveç 2 milyard avro dəyərində hava hücumundan müdafiə raketləri alacaq
Norveç hökuməti aviabazaları və kritik infrastrukturu hava təhdidlərindən qorumaq məqsədilə təxminən 22 milyard Norveç kronu (2 milyard avrodan çox) dəyərində hava hücumundan müdafiə (HHM) raketləri almağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə hökumətin saytındakı məlumatda bildirilib
22 noyabr