Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…

Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar.

Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiyi bank hesabına köçürməsi hansı üstünlükləri təmin edəcək?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov deyib ki, yeni qaydalar əsasən işçi əməkhaqqını almaq üçün evinə yaxın olan bankı seçə biləcək:

"Gözlənilir ki, gələcəkdə pensiyaçılar da bank seçimi edə bilsinlər. Bu halda pensiyaçılar da əməkhaqqı alan şəxslər kimi özlərinə yaxın bankı seçə biləcəklər. Bu dəyişiklik bankomatların qarşısındakı növbələrin azalmasına da kömək edəcək".

İqtisadçı bildirib ki, bu təşəbbüs daha çox bank sektorunda rəqabət mühitinin formalaşdırılmasına xidmət edir:

"Yeni qaydaların 2027-ci il aprelin 1-dən qüvvəyə minməsi gözlənilir. Bu proses bank sektorunda təmərküzləşmənin qarşısını almağa da kömək edə bilər. Hazırda bəzi banklar bazarda daha böyük paya malikdir və bu, digər bankların inkişafı üçün əlverişli şərait yaratmır. Yeni qaydalar isə əməkhaqqı ödənişlərinin müxtəlif banklar arasında bölüşdürülməsinə, nəticədə digər bankların da müştəri bazasını genişləndirməsinə imkan verəcək".

Ekspert qeyd edib ki, məsələ yalnız əməkhaqqı ödənişləri ilə məhdudlaşmır:

"İnsanlar əməkhaqqı aldıqları banka alışdıqdan sonra həmin bankın digər xidmətlərindən də istifadə etməyə başlayırlar. Bu isə bankların əlavə xidmətlər üzrə müştəri qazanmasına və fəaliyyətlərini genişləndirməsinə şərait yaradır.

İşəgötürənlər üçün isə bu dəyişiklik müəyyən çətinliklər yarada bilər. Çünki şirkətlər indiyədək əsasən bir bankla əməkdaşlıq edir, bütün köçürmələri həmin bank vasitəsilə həyata keçirirdilər. Bəzi hallarda isə bunun müqabilində banklardan müəyyən güzəştlər əldə edirdilər. Yeni qaydalar qüvvəyə mindikdən sonra işəgötürənlərin mühasibatlıq işləri bir qədər mürəkkəbləşəcək, əlavə inzibati yük və xərclər yaranacaq. Bu da istehsalın maya dəyərinin artmasına, məhsulların rəqabət qabiliyyətinin azalmasına səbəb ola bilər. Nəticədə beynəlxalq bazarda rəqabət imkanlarına və ixrac potensialına da mənfi təsir göstərməsi mümkündür. Yəni bu məsələnin iki tərəfi var. Dəyişiklik bir tərəfdən bank sektorunda rəqabəti gücləndirəcək, digər yandan isə işəgötürənlər üçün əlavə çətinliklər və xərclər yaradacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 70   Tarix: 22 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

35 yaşlı qadın abort zamanı öldü

Şəmkirdə 35 yaşlı qadın abort zamanı ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb. Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Yeganə Əhmədova abort üçün xəstəxanaya müraciət edib. Qadın abort edilən zamanı vəziyyəti pisləşib. Ona tibbi yardım göstərils

21 noyabr
.

Tələbələr metro və avtobuslara daha az pul ödəyə bilər - Araşdırma

Bir tələbə universitetdən, kursa və ordan da evə qayıtmaq üçün gündəlik 3.60 manat, aylıq isə 160 manat gedişhaqqı xərcləyir. Bu isə tələbə üçün kiçik məbləğ hesab edilmir. xəbər verir ki, tələbələrin nəqliyyat xərclərinin azaldılması dünyanın müxtəlif yerlərində fərqli güzəştlər olunur. Məsələ ilə bağl

21 noyabr
.

Bu bölgəmizdə doğum səviyyəsi yüksəkdir

Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64043 doğulan körpə qeydə alınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi ( DSK) məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstərici 9,4-də

20 noyabr
.

Əməkdar müəllim vəfat etdi

Naxçıvanda Əməkdar müəllim vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Naxçıvan Şəhər Təhsil Şöbəsi məlumat yayıb. Bildirilib ki, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin tarix müəllimi, Həsənov Səməd İbrahim oğlu uzun sürən xəstəlikdən sonra həyatını itirib

21 noyabr
.

Azərbaycanda terminallarla ÖDƏNİŞ QAYDASI DƏYİŞDİ

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 manatdan artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin

22 noyabr
.

Əhalinin son sayı - Açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 20474 nəfər və ya 0,2 faiz artaraq 2026-cı il oktyabr ayının 1-i vəziyyətinə 10282825 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi ( DSK) məlumat yayıb. Bildirilib ki, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış

20 noyabr
.

Polad Bülbüloğlu İsraildə 5 ağır əməliyyat keçiribmiş

Millət vəkili, Xalq artisti Polad Bülbüloğlu son illər görmə qabiliyyətində üzləşdiyi problemlərdən danışıb və bununla bağlı İsraildə ağır əməliyyatlar keçirdiyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə Təl-Əvivdə fəaliyyət göstərən "Sheinkin40" adlı "YouTube"

21 noyabr
.

Narkotik asılılığı olan vəkil Kəngərli tanışlarına da satırmış - DİN görüntülərini yaydı - Video

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib. "Qafqazinfo" DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər eyni əməllərə gör

21 noyabr
.

Nikahdan əvvəl alınan ev boşanma zamanı bölünə bilərmi? - Qanun nə deyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Nikahdan əvvəl əldə edilən mənzil boşanma zamanı, bir qayda olaraq, ər-arvad arasında bölünmür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək tərəflərdən hər birinə məxsus olan əmlak onun ayrıca mülkiyyəti hesab edilir. Lakin bəzi hallarda bu məsələ mübahisəy

20 noyabr