AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir

AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdirAsiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Azərbaycanın sədrliyi ilə keçirilən Yeddinci Zirvə Görüşü ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, fəal diplomatik mövqeyinin və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfənin növbəti təzahürüdür. Bir sıra dövlət və hökumət başçılarının iştirak etdiyi bu mötəbər tədbir mürəkkəb geosiyasi proseslərin, münaqişələrin və qlobal təhlükəsizlik çağırışlarının dərinləşdiyi bir dövrdə dövlətlərarası dialoqun qorunması, qarşılıqlı etimadın gücləndirilməsi və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Asiya qitəsinin böyük bir hissəsini əhatə edən və Azərbaycanın sədrliyə başladığı dövrdə 28 üzv dövləti birləşdirən AQEM regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün əhəmiyyətli platformadır. Bu təşkilat çərçivəsində müxtəlif siyasi və iqtisadi maraqlara malik dövlətlərin bir araya gəlməsi, mövcud fikir ayrılıqlarının dialoq yolu ilə aradan qaldırılması və qarşılıqlı etimad mühitinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın sədrliyi isə AQEM-in potensialının gücləndirilməsi, fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından diqqətəlayiq mərhələdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən və müxtəlif dövlətlər arasında əməkdaşlığa töhfə verən ölkə kimi mövqeyini möhkəmləndirib. Ölkəmiz həm regional, həm də qlobal miqyasda qarşılıqlı hörmətə, suverenliyə, ərazi bütövlüyünə və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanan münasibətlərin inkişafını dəstəkləyir.
AQEM-ə sədrliyin əsas prioritetləri də məhz bu yanaşmanın məntiqindən irəli gəlir. Azərbaycan sədrliyi dövründə təşkilatın institusional imkanlarının artırılması, üzv dövlətlər arasında sahələrarası əməkdaşlığın gücləndirilməsi və AQEM-in beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edib. Təşkilatın fəaliyyətinin daha sistemli, çevik və nəticəyönümlü mexanizmlər üzərində qurulması qarşıya qoyulan əsas məqsədlərdən biri olub. Qadınlar Şurasının və Maliyyə Sammitinin yaradılması, Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması bu istiqamətdə atılan mühüm addımlardır. Həmin təşəbbüslər AQEM-in əməkdaşlıq gündəliyinin yalnız siyasi və təhlükəsizlik məsələləri ilə məhdudlaşmadığını, eyni zamanda iqtisadiyyat, təhsil, maliyyə və ictimai inkişaf sahələrini də əhatə etdiyini göstərir.
Zirvə görüşündə Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq münasibətlərə baxışını, regional təhlükəsizliklə bağlı mövqeyini və müasir dünya nizamının əsas problemlərinə dair prinsipial yanaşmasını aydın şəkildə ortaya qoyub. Dövlətimizin başçısı Azərbaycanın Avrasiya məkanında birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynadığını, regionda təhlükəsizlik sisteminin möhkəmləndirilməsi istiqamətində səylər göstərdiyini diqqətə çatdırıb. Bu mövqe Azərbaycanın coğrafi mövqeyindən irəli gələn üstünlükləri diplomatik fəallıq, nəqliyyat-kommunikasiya imkanları və qarşılıqlı faydalı əməkdaşlıq siyasəti ilə birləşdirdiyini göstərir. Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsi, ilk növbədə, müstəqil xarici siyasət kursunun ardıcıllığı və milli maraqların qətiyyətlə müdafiəsi ilə bağlıdır. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmiz daxili işlərə qarışmamaq və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan müstəqil siyasət həyata keçirir. Bu prinsiplər Azərbaycanın təkcə öz milli maraqlarının müdafiəsində deyil, beynəlxalq münasibətlərdə ədalətli və hüquqa əsaslanan yanaşmanın təşviqində də ardıcıl mövqe tutduğunu nümayiş etdirir.
Dövlət başçısının çıxışında Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanla münasibətlərin sülh müstəvisinə keçirilməsi məsələləri də xüsusi yer tutub. Möhtərəm Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müharibədə qalib gəlib, işğalçı qüvvələri torpaqlarından çıxarıb, lakin onilliklər ərzində yaşanan faciələrə, şəhər və kəndlərin dağıdılmasına görə qisasçılıq siyasəti yürütməyib. Azərbaycan döyüş meydanında qələbə qazanaraq Ermənistana sülh təklif edib. Bu yanaşma dövlətimizin gücünü yalnız hərbi üstünlüklə deyil, həm də siyasi iradə, məsuliyyət və gələcəyə hesablanmış qərarlarla müəyyənləşdirdiyini göstərir. Azərbaycanın sülh təşəbbüsü regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Uzun illər davam edən münaqişədən sonra sabitliyin və normal qonşuluq münasibətlərinin formalaşdırılması Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edə bilər. Bununla belə, sülhün qorunması və möhkəmləndirilməsi qarşılıqlı etimad, öhdəliklərə əməl olunması və davamlı siyasi iradə tələb edir. Prezident İlham Əliyevin sülhün hələ də kövrək olduğunu vurğulaması bu prosesin həssaslığını və əldə olunan nəticələrin qorunmasının vacibliyini göstərir.

Ağarəhim Baxışov - Dövlət İdarəçilik Akademiyası


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 479   Tarix: 16 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan-Laos əlaqələrində yeni əməkdaşlıq imkanları

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında əməkdaşlığın yalnız siyasi və iqtisadi münasibətlərlə məhdudlaşmadığını, eyni zamanda, humanitar

15 oktyabr
.

AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Azərbaycanın sədrliyi ilə keçirilən Yeddinci Zirvə Görüşü ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, fəal diplomatik mövqeyinin və çoxtərəfli əməkdaşlığın inkişafına verdiyi töhfənin növbəti təzahürüdür. Bi

16 oktyabr
.

Əliyevlə Tokayev Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü olub. "Qafqazinfo" xəbər verir ki, söhbət zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin uğurlu inkişafından məmnunluq bildirilib. Azərbaycan Prezidentinin Qazaxıstana

15 oktyabr
.

Ramiz Mehdiyev YAP-dan da çıxarıldı

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından (YAP) çıxarılıb. APA-ya istinadən xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib. Qeyd edək ki, YAP İdarə Heyətinin qərarı ilə Ramiz Mehdiyev Veteranlar Şurasından da çıxarılıb

16 oktyabr
.

AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf və qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxal

16 oktyabr
.

AZAL İsrail prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? - "Haber Global" detalları açıqladı - Video

Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmiş İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana uçuş marşrutu ilə bağlı bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə müxtəlif xəbərlər yayılıb. xəbər verir ki, Türkiyəni

16 oktyabr
.

Əli Həsənova yeni vəzifə verilir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənova hakim Yeni Azərbaycan Partiyasında (YAP) vəzifə verilir. "Teleqraf"a istinadən xəbər verir ki, Ə.Həsənovun YAP-ın yeni seçilmiş idarə heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədr

16 oktyabr
.

Azərbaycan-Türkiyə qardaşlığına qarşı informasiya savaşı: Səfirlik qarşısındakı aksiyalar kimə xidmət edir?

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və xalqlarımızın bir-birinə bəslədiyi səmimi qardaşlıq hissinə söykənir. Məhz buna görə də Türkiyənin sosial media məkanınd

15 oktyabr
.

Qardaşlığa qarşı informasiya savaşı: Türkiyədə Azərbaycana yönələn hücumların arxasında nə dayanır?

Türkiyənin sosial media məkanında Azərbaycana qarşı son günlər müşahidə olunan qərəzli paylaşımlar, ictimai nüfuza malik şəxslərin səsləndirdiyi ittihamlar, siyasi dairələrdən gələn mübahisəli açıqlamalar və Azərbaycan səfirliyi qarşısında keçirilən aksiyalar artıq sadəcə sosial şəbəkə mübahisəsi kim

15 oktyabr