Kəlbəcərin azad edilməsindən 6 il ötür

Kəlbəcərin azad edilməsindən 6 il ötür"Altı il əvvəl noyabrın 25-də Azərbaycan Kəlbəcər rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı. 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri ərazisi 3054 kv.km olan və Ermənistanla sərhəddə yerləşən Kəlbəcər rayonunu işğal etdilər. Nəticədə rayon mərkəzi ilə birgə 1 qəsəbə, 145 kənd və 55 inzibatiərazi dairəsi işğal olundu, onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edildi, dağıdıldı və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. Ermənistan burada müxtəlif yerlərdən gələn erməniləri məskunlaşdırmağa başladı".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının üzvü Ağarəhim Baxışov bildirib.

"Nəhayət ki, 2020-ci il noyabrın 10-da imzalanan üç tərəfli sazişə əsasən noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcərin işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün oldu. Bundan sonra rayonda bərpa və quruculuq işlərinin aparılmasına başlanıldı. Kəlbəcər yenidən bərpa edilərək yaxın illərdə Azərbaycanın ən gözəl və səfalı rayonları sırasında olacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il avqustun 16-da və 2022-ci il iyunun 26-da, 2023-cü il avqustun 26-ı və noyabrın 7-də işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə oldular. İlk səfər zamanı Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını qaldırdı. Bu da Kəlbəcərin bərpasına başlanğıc nöqtəsi oldu.

2024-cü il sentyabrın 2-də isə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "İstisu" mineral su zavodunun açılışı keçirilib. "İstisu" zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır. Müəssisədə təxminən 100 nəfər işlə təmin edilib və bu işçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir. Artıq Kəlbəcərin bərpası üçün infrastruktur layihələrinin planlı şəkildə icrasına, inzibati binaların, sosial obyektlərin, yollar və digər obyektlərin inşasına start verilib. Ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilən bütün ərazilərdəki kimi Kəlbəcər rayonunda da böyük quruculuq işləri aparılır.

Ölkə başçısının 2023-cü ildə imzaladığı sərəncama əsasən Kəlbəcərin azad edildiyi gün - noyabr ayının 25-i Kəlbəcər Şəhər Günü elan edilib, bu il artlq 4-cü dəfə bu gün təntənəli şəkildə qeyd ediləcəkdir. Bu gün işğaldan azad edilən digər ərazilərdə olduğu kimi Kəlbəcərdə də bərpa-quruculuq işləri böyük sürətlə davam edir. Əminik ki, Kəlbəcər rayonu yaxın gələcəkdə Azərbaycanın ən zəngin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcəkdir".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 77   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Haber Global" Azərbaycan və Vyetnam prezidentlərinin görüşündən süjet hazırladı - Video

Vyetnamda rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin Prezidenti To Lam ilə görüşərək enerji, bərpaolunan mənbələr və infrastruktur layihələri sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Görüşün sonunda liderlər birgə bəyanat yayıb və müxtəlif sahələrdə əməkdaşlıq sazişləri imzalayıblar

21 noyabr
.

Artıq 6 ildir ki, Kəlbəcər azaddır

"44 günlük Vətən müharibəsinin hər günü müzəffər ordumuz böyük şücaət göstərərək, qarış-qarış torpaqlarımızı azad edərək şanlı tarix yazdılar. Bununla belə, Ağdam, Kəlbəcər və Laçının bir güllə belə atılmadan işğaldan azad edilməsi Azərbaycanın həm də böyük siyasi-diplomatik qələbəsidir. Müzəffə

23 noyabr
.

25 Noyabr - Kəlbəcər Şəhəri Gününü qalib və güclü ölkənin vətəndaşları kimi qeyd etmək qürurvericidir

2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu şanlı tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb

21 noyabr
.

Humanitar əməkdaşlıq Azərbaycan və Vyetnamı birləşdirən möhkəm körpü rolunu oynayır

70 illik tarixi olan Azərbaycan-Vyetnam münasibətlərinin strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycandan min kilometrlərlə uzaqda olan Cənub-Şərqi Asiya ölkəsi olan Vyetnamla Azərbaycan arasında indiyədək 30-dan çox sənəd imzalanıb. Bu müqavilələr nergetika, nəqliyyat və investisiyalarda

20 noyabr
.

Məsud Pezeşkian İranda Qərbi Azərbaycana qarşı ədalətsizlikdən danışdı - Video

İran Prezidenti Məsud Pezeşkian ölkənin əyalətləri arasında mövcud olan sosial-iqtisadi bərabərsizlikdən bəhs edərək, Qərbi Azərbaycan ostanının digər bölgələrdən geri qalmasını nümunə göstərib. xəbər verir ki, bu barədə İranın "Fars" informasiya agentliyi məlumat yayıb. Dövlət başçısının sözlərin

21 noyabr
.

Kəlbəcər yenidən firavan günlərinə qayıdır

44 günlük Vətən müharibəsindəki tarixi Zəfərdən sonra üçtərəfli Bəyanata əsasən, Kəlbəcər rayonu 25 noyabr 2020-ci il tarixində bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfl

23 noyabr
.

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq daha da genişlənəcəkdir

Azərbaycanın praqmatik xarici siyasət kursu dünya ölkələri ilə milli maraqlara söykənən əməkdaşlığın genişlənməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və dövlətlərarası münasibətlərin bərabərhüquqlu prinsiplər əsasında inkişafına xidmət edir. Azərbaycanla Vyetnamı min kilometrlərlə məsafə ayırır. Bun

20 noyabr
.

Prezident ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul etdi - Fotolar

Prezident İlham Əliyev bu gün ABŞ-nin daxili təhlükəsizlik naziri Markveyn Mullini qəbul edib. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bu ilin yanvarında Markveyn Mullinin ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator kimi ölkəmizə səfərini v

22 noyabr
.

Arzu və Leyla Əliyevalar Vyetnamda - Foto

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva sosial şəbəkə hesabında yeni paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, o, bacısı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə Vyetnamın Hanoy şəhərində çəkdirdikləri fotonu paylaşıb. Həmin fotonu təqdim edirik:

20 noyabr