Övladı bağçada yaralanan ata müəssisə rəhbərini ittiham etdi - Video
Sumqayıtda özəl bağçalardan birində azyaşlının xəsarət alması ilə bağlı valideynlə müəssisə rəhbərliyi arasında mübahisə yaranıb.
Oxu.Az Baku TV-ə istinadla xəbər verir ki, şikayətçi Yaqub Yasinov övladının bağçada nəzarətsiz qaldığı üçün yıxılaraq yaralandığını və hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilmədiyini iddia edir.
Valideynin sözlərinə görə, hadisə oktyabrın 9-da saat 17:04-də "Laləli" adlı uşaq bağçasında baş verib.
O iddia edir ki, azyaşlı övladı təxminən 1.5 metr hündürlüyündə olan sürüşkəndən yıxılıb.
"Müəllimlər uşağı götürsələr də ona ilkin tibbi yardım göstərilməyib, təcili tibbi yardıma məlumat verilməyib. Saat 17:28-də uşağı götürməyə gələn qohumumuza sadəcə yıxıldığını bildiriblər", - deyə Yaqub Yasinov bildirib.
Şikayətçinin sözlərinə görə, işdən gec qayıtdığı üçün övladını saat 21:00-da xəstəxanaya aparıb. Rentgen müayinəsi zamanı uşağın qolunda iki sınıq olduğu müəyyən edilib.
Yaqub Yasinov hadisədən sonra bağça rəhbəri Lalə Əzimovanın onunla əlaqə saxladığını, oktyabrın 11-də isə görüşdüklərini bildirib.
O qeyd edib ki, bağça rəhbəri hadisəyə görə məsuliyyət daşıyan əməkdaşın işdən azad olunduğunu deyib və valideynin tələblərini qəbul etməyərək məsələni hüquqi yolla həll etməyi təklif edib.
"Biz aylıq ödəniş etmirik ki, uşağımızın qolunu-qıçını sındırsınlar, sonra da desinlər ki, get haraya şikayət edirsən, et", - deyə valideyn narazılığını ifadə edib.
Bağça rəhbəri Lalə Əzimova isə valideynin səsləndirdiyi ittihamlarla razılaşmayıb.
O bildirib ki, hadisə baş verən zaman uşağa ilkin yardım göstərilib və valideyninə məlumat verilib.
"Anladıq ki, ata gəlir əldə etmək istəyir. Bizdən 5 min manat pul tələb edirdi", - deyə L.Əzimova sözlərinə əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 188 Tarix: 16 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda yeni qanun qəbul ediləcək
Milli Məclisə yeni qanun layihəsi daxil olub. -ın məlumatına görə, sözügedən sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti həftə keçirilən iclasında müzakirəyə çıxarılacaq. İclasda "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsi müzakirə ediləcək
16 oktyabrRamiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib. "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb. Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını
16 oktyabrMəktəbli forması vacibdir: Məktəbdə hər kəs vahid qaydaya əməl etməlidir!
Məktəbli forması təhsil müəssisələrində nizam-intizamın qorunması və vahid məktəb mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Şagirdlərin məktəbə müəyyən edilmiş geyimdə gəlməsi onların təhsil müəssisəsinin daxili qaydalarına hörmətlə yanaşmasının göstəricilərindən biridir. Buna gör
16 oktyabrBu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 15-də paytaxtın Yasamal və Xəzər rayonlarında, həmçinin Biləcəri qəsəbəsində elektrik təsərrüfatında təmir və yenidənqurma işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"
15 oktyabr8 ayda 2 minə yaxın əkiz doğulub
Cari ilin yanvar-avqust aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56404 doğulan körpə qeydə alınınıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 100 nəfərinə bu göstəric
16 oktyabrHərbçilərin maaşı ilə bağlı məsələ üçüncü oxunuşdan keçdi - 22,8% artım!
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında"
16 oktyabrAzərbaycanda gənc əsgər vəfat etdi - Foto
Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki
15 oktyabr