Tikinti aparmaq istəyən şəxslərə pis xəbər - Video

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər - VideoAzərbaycanda tikintidə istifadə olunan taxtanın qiyməti artıb. Azərbaycan Qiymətləndiricilər Palatasının yaydığı məlumata görə, taxtanın bir kubmetrinin qiyməti oktyabr ayında əvvəlki ayla müqayisədə orta hesabla 5.3 faiz bahalaşıb. Ay ərzində tikinti materialları üzrə qeydə alınan ümumi qiymət artımının təxminən 46 faizi taxtanın payına düşüb.

Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, taxta satışı ilə məşğul olan sahibkarlar bahalaşmanı əsasən idxalla əlaqələndirirlər.

"Payız aylarında həmişə belə olur. Çünki baha qiymətə idxal olunur. Rusiyanın özündə də qiymətlər qalxıb. Qiymətlər yüksək olanda alıcılar gözləyirlər ki, ucuzlaşsın, sonra tikinti işlərini davam etdirsinlər", - deyə sahibkar Yadigar Abdulkərimov bildirib.

Rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan taxtanın orta qiyməti 229 dollar təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.2 faiz çoxdur. Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızının sözlərinə görə, taxtanın bahalaşmasında əsas amil idxal olsa da, qiymət artımına digər faktorlar da təsir göstərir.

"İkinci amil logistika xərcləridir. Taxta ağır yük olduğu üçün onun uzaq məsafələrdən daşınması, nəqliyyat xərcləri bir kubmetrin maya dəyərini artırır. Üçüncü amil isə mövsümi tələbatdır. Payız-qış aylarında, mövsüm keçidi ərəfəsində tikinti şirkətlərinin işləri sürətləndirməsi və anbar ehtiyatlarını yeniləməsi taxtaya olan tələbatı yüksək saxlayır", - deyə Günay İsmayılqızı qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 139   Tarix: 29 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bazar gününün havası

Noyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətidən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bildirilib ki, səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayi

28 noyabr
.

Azərbaycan armatur istehsalını 13 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 346,5 min ton armatur istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 % çoxdur. Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 14,3 min ton hazır məhsul ehtiyat

29 noyabr
.

Tikinti aparmaq istəyən şəxslərə pis xəbər - Video

Azərbaycanda tikintidə istifadə olunan taxtanın qiyməti artıb. Azərbaycan Qiymətləndiricilər Palatasının yaydığı məlumata görə, taxtanın bir kubmetrinin qiyməti oktyabr ayında əvvəlki ayla müqayisədə orta hesabla 5.3 faiz bahalaşıb. Ay ərzində tikinti materialları üzrə qeydə alınan ümumi qiymət artımını

29 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 67 dəfədən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 188,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 dəfə çoxdur. Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarınd

28 noyabr
.

BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) skuter və velosiped sürücülərinin yol hərəkəti qaydalarına riayət etməsinə nəzarəti gücləndirib. Bunu İTV-nin "Pressinq" verilişində "Report"un sualını cavablandıran BDYPİ-nin İctimai qurumlarla əlaqələr bölməsinin rəisi, polis kapitanı Elvi

29 noyabr
.

Azərbaycan ayaqqabı istehsalını 56 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyon 277,4 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56 % çoxdur. Bu ilin noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 98 min cüt hazır məhsu

28 noyabr
.

Gələn ildən ailələrlə bağlı YENİ QAYDA: Hər kəsin məlumatı...

Gələn ildən ev təsərrüfatlarının uçotu aparılacaq. Məqsəd əhalinin faktiki yaşayış şəraiti, ailə tərkibi, məşğulluğu, sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə dolğun məlumatların əldə edilməsini təmin etməkdir. Uçotun aparılması ilk dəfə olaraq MyGov platformasında yaradılmı

29 noyabr
.

Bazarda meyvə-tərəvəz 50 faizədək bahalaşdı

Son günlər bazarlarda meyvə və tərəvəzlərin qiymətində 40-50 faizədək artım olduğu bildirilir. Bəs bahalaşmanın əsas səbəbi nədir? Yeni il ərəfəsində qiymətlərin daha da yüksəlməsi gözlənilirmi?. "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin sədri Akif Nəsirli -a açıqlamasında bildiri

28 noyabr
.

Azərbaycan asfalt istehsalını 32 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 167,3 min ton asfalt istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 % çoxdur. Təkcə oktyabrda isə ölkədə 25,9 min ton asfalt istehsal olunub. Bu, 1 il əvvələ nisbətə

28 noyabr