KÜLƏK SƏNGİYİR, BƏS QIŞ NECƏ KEÇƏCƏK? - Dekabrın hava proqnozu açıqlandı

KÜLƏK SƏNGİYİR, BƏS QIŞ NECƏ KEÇƏCƏK? - Dekabrın hava proqnozu açıqlandıAzərbaycanda müşahidə olunan güclü külək hava şəraitinə və gündəlik həyata təsirsiz ötüşməyə bilər. Milli Hidrometeorologiya Xidməti küləyin sürətinin təhlükəli həddə çatacağı ilə bağlı sarı və narıncı xəbərdarlıqlar edib, bəzi ərazilərdə mümkün fəsadlara diqqət çəkib.

Bəs güclü külək nə vaxta qədər davam edəcək, sürətin normallaşması nə vaxt gözlənilir? Qarşıdan gələn dekabr ayında Azərbaycanda hava şəraiti necə olacaq, qış mövsümü bu il sərt keçəcəkmi?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov bildirib ki, hazırda Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü küləklərin çərşənbə günü gecə saatlarına doğru səngiyəcəyi gözlənilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində Abşeron yarımadasında və bölgələrdə 20,8-28,4 m/san-dək güclənən cənub-qərb küləyi axşama doğru səngiyərək mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Sabah, noyabrın 25-də paytaxtda və yarımadada əsasən mülayim şimal-qərb küləyi əsəcək və havanın temperaturu gündüz 15-18 dərəcə isti olacaq, arabir yağıntılı hava şəraiti müşahidə ediləcək. Bu hadisə Xəzər hövzəsi üzərindən keçən siklonun və onunla əlaqəli cəbhə xəttinin yaratdığı kəskin atmosfer təzyiqi qradiyenti ilə bağlıdır. Axşam saat 20:00 radələrində cəbhə xəttinin keçməsi ilə küləyin istiqaməti dəyişərək cənub-qərbdən qərb və şimal-qərb istiqamətlərinə yönələcək".

Ekspert qeyd edib ki, dekabr üçün ümumi hava proqnozuna gəldikdə isə, rəsmi aylıq icmal adətən noyabrın son günlərində dərc olunur: "Lakin mövsümi iqlim göstəricilərinə və ilkin proqnozlara əsasən, dekabr ayında ölkə üzrə orta aylıq temperaturun əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər yüksək olacağı ehtimal edilir. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 7-9 dərəcə isti, gündüzlər 8-13 dərəcə, soyuq günlərdə 3-7 dərəcə isti, gecələr isə 2-6 dərəcə isti olacağı, ayın sonunda bəzi günlərdə 0 dərəcəyədək enəcəyi proqnozlaşdırılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 91   Tarix: 29 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı

Aparıcı Fira Cəlilova (Firuzə İskəndərova) Novxanı qəsəbəsindəki bağ evində cinayətkarın gizlədilməsi ilə bağlı iddialara cavab verib. xəbər verir ki, aparıcı yaydığı müraciətdə onun bağ evində yarımtikilinin olmadığını bildirib. F.Cəlilova bildirib ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qey

27 noyabr
.

Milyondan çox pensiyaçının gözlədiyi xəbər - PENSİYALAR ARTIRILIR...

Ölkədə aparılan güclü sosial siyasət vətəndaş rifahının təminatı istiqamətində islahatların ardıcıl xarakter almasına və həyata keçirilən islahatlar sosial ödənişlərdə ciddi artımlara imkan verib. Bu artım dinamikası gələn il də davam edəcək. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliye

28 noyabr
.

Ekspert: Mənzil təminatında əsas hədəf əlçatanlıqdır

Azərbaycanda mənzil fondunun vəziyyətini yalnız yaşayış sahələrinin ümumi həcmi və tikinti göstəriciləri ilə qiymətləndirmək düzgün olmazdı. Mənzil təminatı ölkənin sosial-iqtisadi inkişafını, əhalinin həyat keyfiyyətini və sosial rifahını müəyyən edən mühüm göstəricilərdən biridir. Bu baxımdan mənzi

27 noyabr
.

Şəmkirdə ayı görünməsi xəbərinə icra hakimiyyətindən reaksiya

"Şəmkirin Keçili kəndində ayı görünməsi barədə xəbərlər həqiqəti əks etdirmir". xəbər verir ki, bu barədə Şəmkir Rayon İcra Hakimiyyəti açıqlama yayıb:. "26 noyabrda bir sıra KİV-də və sosial şəbəkə səhifələrində Şəmkirin Keçili kəndi ərazisində qonur ayının müşahidə olunması və yaşayı

27 noyabr
.

Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 67 dəfədən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 188,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 dəfə çoxdur. Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarınd

28 noyabr
.

Bu ölkədə dövlət işçilərinin hicab taxması rəsmən yasaqlandı

Kanada Ali Məhkəməsi ölkənin şərqində yerləşən Kvebek əyalətində dövlət sektoru işçilərinin iş yerində hicab, xaç və digər dini simvollar taxmasını qadağan edən qaydanın konstitusiyaya uyğun olduğuna qərar verib. "Qafqazinfo" "CBC News"a istinadən xəbər verir ki, "21 saylı Qanu

28 noyabr
.

"Sədərək" və "Binə" bağlanır?

"Sədərək" və "Binə" ticarət mərkəzlərinin "Abşeron" Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı iddia yayılıb. Bildirilib ki, hər iki ticarət mərkəzinin yerində universitet tikiləcək. xəbər verir ki, "Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim məsəl

28 noyabr
.

Vilyam Hacıyevin azadlıqda ilk fotosu

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev ötən gün azadlığa buraxılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vilyam Hacıyev həbsdən çıxdıqdan sonra ilk dəfə açıqlama verib. O, xəstəliyi ilə bağlı müraciətinə müsbət qərar verilməsinə, humanizmə görə ilk növbədə Prezident İlham Əliyevə təşəkkü

28 noyabr
.

Azərbaycan ayaqqabı istehsalını 56 % artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyon 277,4 min cüt ayaqqabı istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56 % çoxdur. Bu ilin noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 98 min cüt hazır məhsu

28 noyabr