ABŞ-sız Avropa Ukraynanı qoruya biləcəkmi?
Avropa ölkələri Ukraynaya maliyyə və hərbi dəstəyi artırsa da, ABŞ-ın iştirakı olmadan Kiyevin müdafiəsini təmin etmək ciddi çətinliklər yaradır. Xüsusilə kəşfiyyat məlumatları, peyk rabitəsi və Rusiya raketlərini zərərsizləşdirmək üçün istifadə olunan hava hücumundan müdafiə sistemləri sahəsində Avropanın ABŞ-dan asılılığı davam edir.
Bəs Vaşinqtonun dəstəyi azalarsa, Avropa Ukraynanı Rusiyanın hücumlarından qorumaq üçün mövcud imkanlarını səfərbər edə biləcəkmi?
Mövzu ilə bağlı politoloq, Resurs Analitik İnformasiya Mərkəzi İctimai Birliyinin sədri Rasim Quliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, ABŞ-nin Rusiya-Ukrayna muharibəsində Donald Trampın timsalında Ukraynaya qarşı sərgilədiyi mövqe və münasibət bir növü Ukraynanın təslimçiliyə və Rusiya-ABŞ arasında bölünməsinə hesablanmış taktika idi. Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampın bu istəyinə ciddi qarşılıq verdi və Ukrayna xalqının bu forma və mənada təslimciliyi qəbil etməyəcəyini açıq nümayiş etdirdi: "Bundan sonra müxtəlif formalarda təzyiqlər davam etməyə başladı. Hazırda Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətinin görüşünün təşkili sülh istiqamətində müəyyən ümidlər yaratmaqdadır. Eyni zamanda Avropa İttifaqının da bu sülh prosesinə müsbət yanaşması və belə bir missiya ilə təşəbbüs etməsi özü də müsbət impulslar yaradır. Ancaq yenə də yaxın vaxtlarda nə bu münaqişəni başa çatdırmaq, sülhə nail olmaq, nə də kiminsə məğlubiyyəti və mütləq kapitulyasiya mümkün görünmür. Əksinə Avropa dövlətləri strateji planda Ukraynaya dəstək verməyə davam edəcəklər və buna məcburdurlar.
Avropada sağçı ideologiyanın üstünlük qazanması, və yaxud gənclik, tələbə hərəkatlarının yüksəklməsi isə Avropanın Ukraynanı tək qoyacağı anlamına gələcəyini düşünməyə çox da əsas vermir, çünki dövlət yönəticileri strateji siyasətdən çox da yayına bilməyəcək. Həm də bu məsələ Avropanın təhlükəsizliyinə münasibət məsələsidir".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Qızılın qiyməti rekorda çatdı
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Elm və Təhsil Nazirliyi ilə OpenAI arasında müqavilə: Müəllimləri nə gözləyir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
"Banu" Günel illər sonra - Foto
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA
Vətəndaş ABB-dən narazıdır