Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - Foto

Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - FotoYasamal rayonunda 7-ci sinif şagirdinin pəncərədən yıxılaraq həyatını itirməsi ilə bağlı yeni detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, həyatını itirən G.Dadaşovanın anası 3 il əvvəl qəzada həyatını itirib. Onun atası Salyanda yaşayır. Gülər burada xalası ilə birgə yaşayırmış.

Şahidlərin sözlərinə görə, o, hadisədən öncə anasının şəklinə baxaraq onun yanına getmək istədiyini, sinif yoldaşlarına özünü öldürəcəyini deyib.

11:32

Oktyabrın 28-də saat 10:00-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonundan çağırış qeydə alınıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib:

"Təcili tibbi yardım briqadası tərəfindən naməlum bir azyaşlının (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".
Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - FotoPaytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - FotoPaytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - FotoPaytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - FotoPaytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - FotoPaytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - Foto11:21

Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi G.Dadaşova pəncərədən yıxılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə məktəbin 4-cü mərtəbəsində 3-cü dərs zamanı baş verib. Həmin vaxt G.Dadaşovanın sinif yoldaşları fiziki tərbiyə dərsində olublar, G. isə dərsə qatılmayıb.

Məlumata görə, G.Dadaşovanın anası bir müddət əvvəl vəfat edib və o, xalasının himayəsində yaşayıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 225 nömrəli tam orta ümumtəhsil məktəbinin VII sinif şagirdi oktyabrın 28-də IV mərtəbənin pəncərəsindən yıxılıb.

"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardım çağırılıb. Təəssüf ki, aldığı xəsarət nəticəsində şagird (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) dünyasını dəyişib. Məsələ ilə əlaqədar şagirdin ailəsinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ müvafiq qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - deyə məlumatda bildirilib.

10:34

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb.

Hadisə nəticəsində şagird həyatını itirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 268   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb

26 oktyabr
.

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye

27 oktyabr
.

Uşaq nağılında mübahisəli ifadələr: Psixoloji baxımdan nə dərəcədə doğrudur? - PSİXOLOQDAN AÇIQLAMA

Uşaqlar üçün nəzərdə tutulan nağıl kitablarının məzmunu onların yaş xüsusiyyətlərinə və psixoloji inkişafına uyğun olmalıdır. Lakin sosial şəbəkələrdə yayılan bir görüntü bu məsələdə müzakirələrə səbəb olub. Belə ki, "Qanun" nəşriyyatının çap etdiyi, 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutula

27 oktyabr
.

Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA

Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is

28 oktyabr
.

Benzin və dizel maşınları bazardan çıxarılacaq? - EKSPERT AÇIQLADI

Avropa İttifaqında 2035-ci ildən yeni avtomobillərin emissiyalarına dair nəzərdə tutulan məhdudiyyətlər avtomobil sənayesində elektrikli nəqliyyat vasitələrinə keçidi sürətləndirə və bazarda ciddi dəyişikliklərə səbəb ola bilər. Bu proses benzin və dizellə işləyən avtomobillərin istehsalına, satışın

28 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr
.

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. Şirkətlər Qrupunun əməkdaşlarının övladları olan gənclər 2026-2027-ci tədris ili üzrə ali məktəblərə qəbu

27 oktyabr
.

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər

Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin

27 oktyabr