Evi kupçasız olanların DİQQƏTİNƏ: Sığorta ilə bağlı vacib məqamlar
Azərbaycanda çıxarışı (kupçası) olmayan evlərin sığortalanması məsələsi vətəndaşlar üçün aktual suallardan biridir. Belə əmlakların hüquqi statusu, tikiliyə dair mövcud sənədlər və mülkiyyət hüququnun hansı əsaslarla təsdiqlənməsi sığorta müqaviləsinin bağlanmasına təsir göstərə bilər. Eyni zamanda, sənədsiz və ya çıxarışsız evlərdə yanğın, zəlzələ və digər hadisələr nəticəsində zərər yarandıqda kompensasiya almaq hüququnun hansı şərtlərlə müəyyənləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır.
Bəs, çıxarışı olmayan evləri Azərbaycanda icbari və ya könüllü sığortalamaq mümkündürmü və bunun üçün hansı sənədlər tələb olunur? Belə evlərə zərər dəydikdə vətəndaşın sığorta ödənişi almaq hüququ necə müəyyənləşdirilir və mülkiyyətçilər hansı hüquqi məhdudiyyətləri nəzərə almalıdırlar?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sığorta eksperti Emil Ağabağırov bildirib ki, əmlakın çıxarışı olmasa belə, tikiliyə dair hər hansı sənədin mövcudluğu onun sığortalanmasına imkan verə bilər.
"Bu sənədlər alqı-satqı müqaviləsi, order və ya məhkəmə qərarı ola bilər. Belə sənədlər əsasında sığorta şirkəti tikilini, mənzili və ya digər daşınmaz əmlakı sığortalaya bilər. Bakıda daşınmaz əmlakın icbari sığortası üzrə illik sığorta haqqı 50 manat, sığorta təminatının maksimal məbləği isə 25 000 manatdır. Yanğın, zəlzələ və digər sığorta hadisələri nəticəsində əmlaka zərər dəydikdə, sığorta şirkəti zərəri müəyyən edilmiş limit çərçivəsində qarşılayır. Zərər 25 000 manatı keçərsə, artıq məbləğ əmlak sahibinin üzərinə düşür".
Ekspert bildirib ki, vətəndaş daha yüksək sığorta təminatı əldə etmək istəyirsə, icbari sığortaya əlavə olaraq könüllü sığortadan da yararlana bilər:
"Bu halda sığorta təminatını 50 000, 70 000 və ya 100 000 manatadək artırmaq mümkündür. Bununla belə, sığorta ödənişi əmlaka dəymiş faktiki zərərin məbləğinə uyğun hesablanır. Məsələn, sığorta hadisəsi nəticəsində 2 000 manatlıq zərər yaranarsa, sığorta təminatının limiti 25 000 manat olsa belə, ödəniş 2 000 manat təşkil edəcək. Yəni sığorta şirkəti maksimal təminat məbləğini deyil, hadisə nəticəsində yaranmış və sığorta şərtlərinə uyğun hesablanan zərəri ödəyir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 203 Tarix: 28 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda abortlar 15 yaşdan başlayır - STATİSTİKA
Azərbaycanda 2025-ci ildə 95 min 344 abort qeydə alınıb. -ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ildə qeydə alınan abortların 1301-i və ya 1,4 faizi ilk dəfə hamilə qalmış qadınlar tərəfindən həyata keçirilib. Reproduktiv yaşda olan hər 100 qadına düşən abortların sayı is
28 oktyabrBakıda xanım sürücü ilanla avtomobil idarə etdi, Türkiyədə gündəm oldu
Bakıda boynuna ilan dolayaraq avtomobil idarə edən xanım sosial şəbəkələrdə gündəmə gəlib. Qaynarinfo xəbər verir ki, qadının sükan arxasında olarkən boynuna doladığı ilanla çəkilən görüntüləri diqqət çəkib. Videoda ilanın qadının boynuna dolandığı və bədəni boyunca hərəkət etdiyi görünür. Qadın is
27 oktyabrAvtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər
Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin
27 oktyabrAli təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR
Azərbaycanda ali təhsil almaq istəyən tələbələr üçün təhsil haqqı və digər xərclər bəzən ciddi maliyyə çətinlikləri yaradır. Təhsil Tələbə Krediti Fondunun təqdim etdiyi imkanlar bu yükün azaldılmasına xidmət etsə də, kreditlərin əldə olunma şərtləri, faiz dərəcələri və geri ödəniş qaydalarının tələbələri
28 oktyabrGöyçayda ilan sancan şəxs məmur imiş
Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz
27 oktyabrMetro stansiyalarında ürək aparatları quraşdırılacaq
"Bakı Metropoliteni"nin stansiyalarında avtomatik xarici defibrilyatorların (AED) quraşdırılması ilə bağlı tender prosesi keçirilib və hazırda işlər son mərhələdədir". Bu barədə -ın sorğusuna qurumdan cavab verilib. Qeyd olunub ki, "Bakı Metropoliteni"nin 27 stansiyası AED cihazlar
27 oktyabr2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək
"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format
27 oktyabrUşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?
Uşaq kitabları uşaqların dünyagörüşünün, nitq mədəniyyətinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi uşaq nəşrlərində yer alan təhqiramiz, kobud və məzmun baxımından qəribə ifadələr bu mətnlərin uşaqlara təsiri ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, kitabların yaş qrupların
27 oktyabr