Uşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?
Uşaq kitabları uşaqların dünyagörüşünün, nitq mədəniyyətinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi uşaq nəşrlərində yer alan təhqiramiz, kobud və məzmun baxımından qəribə ifadələr bu mətnlərin uşaqlara təsiri ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, kitabların yaş qruplarına uyğun hazırlanması, dil və məzmun baxımından yoxlanılması, eləcə də valideynlərin və nəşriyyatların məsuliyyəti məsələsi aktuallaşır.
Bəs, uşaq kitablarında bu cür ifadələrin yer alması uşaqların nitqinə, davranışlarına və mənəvi dəyərlərinin formalaşmasına necə təsir göstərə bilər? Müəlliflər, nəşriyyatlar və valideynlər uşaqları zərərli məzmunun mümkün təsirlərindən qorumaq üçün hansı addımları atmalıdırlar?
Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən sosioloq Hüseyn İbrahimov bildirib ki, uşaqlar üçün nəzərdə tutulan kitablar həm nəfis tərtibatı, həm də məzmunu ilə seçilməlidir.
"Əsərlərdə personajların dili, qrammatik üslub və süjet xətti uşaqların düzgün, ifadəli və məzmunlu nitqinin formalaşmasına xidmət etməlidir. Eyni zamanda, müsbət obrazlar uşaqların dünyagörüşünə təsir göstərməli, onlarda yaxşı xüsusiyyətlərə və davranışlara maraq yaratmalıdır. Son zamanlar dünya ədəbiyyatından tərcümələrin və müxtəlif məzmunlu nəşrlərin sayının artması uşaqların mənəvi tələbatlarının qarşılanması məsələsini də aktuallaşdırır. Necə ki, qida məhsulları arasında uşaqların həddindən artıq istifadəsi üçün arzuolunmaz məhsullar var, mənəvi istehlak sahəsində də uşaqlara mənfi təsir göstərə biləcək məzmunlarla qarşılaşmaq mümkündür. Bu baxımdan, uşaq kitablarının məzmununa xüsusi diqqət yetirilməlidir".
Sosioloq bildirib ki, kitabxanalar fondlarına daxil etdikləri nəşrləri qəbul edərkən onların məzmununu, istifadə olunan ifadələri və süjet xəttini diqqətlə nəzərdən keçirməlidirlər:
"Məqsəd uşaqların tərbiyəli, vətənpərvər, dostluğa və qarşılıqlı hörmətə önəm verən fərdlər kimi formalaşmasına töhfə verməkdir. Mən də sizinlə razıyam ki, bəzi uşaq ədəbiyyatı nümunələrində nitq mədəniyyətinə və davranışlara mənfi təsir göstərə biləcək ifadələrə rast gəlinir. Şəxsən mən də belə halları müşahidə etmişəm. Personajların dilində işlədilən bu cür ifadələr uşaqların yalnız nitq mədəniyyətinə deyil, davranış mədəniyyətinə də mənfi təsir göstərə bilər. Uşaq ədəbiyyatının dili sadə və anlaşıqlı olmaqla yanaşı, ədəbi dilin normalarına da uyğun olmalıdır. Əsərlərdəki məzmun uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla təqdim edilməli, onların həm nitq mədəniyyətinin, həm də daxili dünyasının zənginləşməsinə xidmət etməlidir".
Onun sözlərinə görə, digər mühüm məsələ isə milli ədəbiyyatımızda işlənən sözlərin qorunması və uşaqlara çatdırılmasıdır:
"Əvvəlki dövrlərin uşaq ədəbiyyatında xalq dilindən gələn, nəsildən-nəslə ötürülən, nəsihətamiz məna daşıyan çoxlu söz və ifadələr var. Təəssüf ki, bu sözlərə müasir uşaq ədəbiyyatında daha az rast gəlinir. Nəticədə, indiki uşaqlar bəzən on il əvvəl nəşr olunmuş bədii əsərləri oxuyarkən belə, orada işlədilən bəzi sözlərin mənasını anlamaqda çətinlik çəkirlər. Buna görə də uşaq ədəbiyyatında dilin zənginliyinə, sözlərin düzgün və yerində işlədilməsinə xüsusi diqqət yetirilməlidir. Uşaqlar yaşlarına uyğun milli ədəbiyyatı oxuduqda əsərlərdəki obrazların dilini və fikirlərini anlaya bilməli, xalqımızın dil və mənəvi irsi ilə yaxından tanış olmalıdırlar. Bu, onların gələcək nitq və davranış mədəniyyətinin formalaşması baxımından çox vacibdir".
Röyalə Xəyal
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Anamla atam ailə qurmağımı istəyir"
Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
Kafedə dəhşətli qətl: Həbs edilən 11 nəfəri hansı cəzalar gözləyir?
Qızılın qiyməti rekorda çatdı
Limon suyu və duz qarışığının bilmədiyiniz FAYDASI
Masallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Deputatın oğlunun həbsi ilə bağlı material Apellyasiya Məhkəməsinə göndərildi - YENİLƏNİB+VİDEO
"Banu" Günel illər sonra - Foto
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Kartof qızartmasını ət, pomidor və çörəklə yeyənlərin NƏZƏRİNƏ
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
Ayın son günləri ilə bağlı əhaliyə XƏBƏRDARLIQ