Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcək

Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcəkUzun müddət dövlət idarəçiliyində əsas fiqurlardan biri olan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev artıq məhkumdur. Ötən gün xəbər verdiyimiz kimi, ​"boz kardinal" dövlətçiliyə qarşı və korrupsiya ilə bağlı xüsusilə ağır cinayətlərdə təqsirli bilinib. Lakin ona 14 il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, sağlamlıq vəziyyəti və yaşı nəzərə alınaraq cəzanın real çəkilməsinə zərurət görülməyib.

Bəs şərti məhkum edilmiş Mehdiyevə hansı qadağalar qoyula bilər?

"Qafqazinfo"nun məlumatına görə, şərti məhkumluğun müəyyən qaydaları var. Amma bütün məhkumlara eyni qaydalar tətbiq edilməyə bilər, bu, məhkəmənin hökmündən asılıdır.

Şərti məhkum edilmiş şəxsə əsasən aşağıdakı qadağalar tətbiq olunur:

Ölkədən kənara çıxmaq;

Nəzarəti həyata keçirən orqana məlumat verilmədən daimi yaşayış yerini dəyişdirmək;

Müəyyən yerlərə getmək;

Elektron nəzarət vasitəsinin daşınması;

Müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə;

Alkoqolizm, narkomaniya, toksikomaniya və ya zöhrəvi xəstəliklərdən müalicə kursunun keçilməsi.

Ramiz Mehdiyev yaşasa - Cəzası 101 yaşında bitəcəkBunlardan başqa, məhkəmə məhkumun islah edilməsinə kömək edən digər vəzifələr də müəyyən edə bilər.

Şərti məhkumetmə zamanı 6 aydan 5 ilə qədər sınaq müddəti müəyyən edilir. Bu müddət ərzində məhkum davranışı ilə islah olunduğunu sübut etməlidir. Əgər sınaqdan keçməsə, 88 yaşlı Ramiz Mehdiyevin cəzası 2039-ci ildə - 101 yaşında başa çatacaq.

Müxtəlif vaxtlarda qanını dəyişməklə və başqa üsullarla ömrünü uzatmağa çalışdığı deyilən "boz kardinal"ın cəzanın sonunadək yaşayıb-yaşamayacağını isə Tanrı bilir. Məlumat üçün deyək ki, Azərbaycan uzunömürlülər diyarıdır, ən yaşlı vətəndaşımız 4 ay əvvəl 136 yaşında vəfat edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 315   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı - Foto

Yasamal rayonunda 7-ci sinif şagirdinin pəncərədən yıxılaraq həyatını itirməsi ilə bağlı yeni detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, həyatını itirən G.Dadaşovanın anası 3 il əvvəl qəzada həyatını itirib. Onun atası Salyanda yaşayır. Gülər burada xalası ilə birgə yaşayırmış. Şahidlərin sözlərin

28 oktyabr
.

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə

27 oktyabr
.

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR

Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər yenilənir. Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclsiin bugünkü iclasında müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub. Layihəy

27 oktyabr
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27 oktyabr
.

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər

Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin

27 oktyabr
.

İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirildi

Bu gün Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və flialları arasında açıq turniri keçirilib. Ənənəvi olaraq Azərbaycanın dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi açılış mərasimində çıxış edən Azərbaycanda Braziliya Ciu-Citsu (BJJ) döyü

27 oktyabr
.

Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

Sakinlər "Osmanlı hamam"ının fəaliyyətindən şikayətçidir (VİDEO)

Paytaxtın Yasamal rayonu Əsəd Əhmədov küçəsi 2 ünvanında yaşayan sakinlər "Osmanlı hamam" istirahət məkanının fəaliyyətindən narazıdırlar. Sakinlər deyirlər ki, gecələr generatorun səsi, gündüzlər isə tüstü onları narahat edir. Ərazidə olarkən öyrəndik ki, bu problem tez-tez təkrarlanır. İddialar

28 oktyabr