Kartofda normadan artıq gübrə təhlükəsi: İstehlakçılar necə qorunmalıdır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Kartofda normadan artıq gübrə təhlükəsi: İstehlakçılar necə qorunmalıdır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAKartof gündəlik qida rasionunda geniş yer tutan məhsullardan biridir. Lakin satışda olan kartofların tərkibində gübrə qalıqlarının normadan artıq olması ilə bağlı narahatlıqlar istehlakçıların diqqətini bu məhsulun təhlükəsizliyinə yönəldir.

Bəs insanlar kartof alarkən onun keyfiyyətini necə müəyyən edə, hansı əlamətlərə diqqət yetirməli və sağlamlıqları üçün mümkün risklərdən necə qoruna bilərlər?
Kartofda normadan artıq gübrə təhlükəsi: İstehlakçılar necə qorunmalıdır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov Sonxeber.az-a açıqlamasında bildirdi ki, kartof alarkən istehlakçılar ilk növbədə məhsulun xarici görünüşünə, saxlanma şəraitinə və satış yerinin etibarlılığına diqqət yetirməlidirlər. Lakin vacib məqam odur ki, kartofun görünüşünə, rənginə və ölçüsünə əsasən onun yetişdirilməsi zamanı həddindən artıq gübrədən istifadə edildiyini dəqiq müəyyən etmək mümkün deyil. Bunun üçün laborator müayinələr aparılmalıdır. Vətəndaşlar kartof alarkən üzərində çürümə, kif, zədələnmə və yaşıl rəngə çevrilmiş sahələr olan məhsullardan uzaq durmalıdırlar. Xüsusilə yaşıllaşmış kartoflarda təbii toksin olan qlikoalkaloidlərin, o cümlədən solaninin miqdarı arta bilər. Belə kartofların yaşıl hissəsini kəsməklə kifayətlənmək əvəzinə, onları istehlak etməmək daha təhlükəsizdir. Cücərmiş və büzüşmüş kartoflara da xüsusi diqqət yetirilməlidir.

Kartofun ölçüsünün böyük olması və ya formasının qeyri-adi görünməsi onun mütləq çox gübrə ilə yetişdirildiyini göstərmir. Gübrələrin normadan artıq istifadəsi məhsulda nitratların toplanmasına səbəb ola bilər, lakin bunu yalnız laborator analizlə müəyyən etmək mümkündür. Buna görə də istehlakçılar mənşəyi məlum olan, etibarlı satış məntəqələrindən alınan məhsullara üstünlük verməlidirlər.

Kartofu istifadə etməzdən əvvəl axar su altında yaxşı yumaq, sərin, quru və qaranlıq yerdə saxlamaq lazımdır. Bununla yanaşı, yuma və bişirmə bütün kimyəvi çirkləndiriciləri aradan qaldırmır.

Əsas məsələ istehlakçıların yalnız xarici görünüşə əsaslanaraq qərar verməməsi, məhsulun mənşəyinə və təhlükəsizliyinə diqqət yetirməsidir. Bazarda gübrələrin normadan artıq istifadəsi ilə bağlı şübhələr varsa, aidiyyəti qurumlar tərəfindən nümunələr götürülərək laborator müayinələrin aparılması və nəticələrə uyğun tədbirlərin görülməsi vacibdir.

Sağlam qidalanaraq sağlam yaşayın!

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 290   Tarix: 28 oktyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ucar xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur. APA-nın əldə etdiyi xəbərə görə, Ucar rayon Mərkəzi Xəstəxanasının aptek bölməsinin müdiri Qüdrət Qarayev həbs olunub

27 oktyabr
.

Evi kupçasız olanların DİQQƏTİNƏ: Sığorta ilə bağlı vacib məqamlar

Azərbaycanda çıxarışı (kupçası) olmayan evlərin sığortalanması məsələsi vətəndaşlar üçün aktual suallardan biridir. Belə əmlakların hüquqi statusu, tikiliyə dair mövcud sənədlər və mülkiyyət hüququnun hansı əsaslarla təsdiqlənməsi sığorta müqaviləsinin bağlanmasına təsir göstərə bilər. Eyni zamanda

28 oktyabr
.

Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin

27 oktyabr
.

Uşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?

Uşaq kitabları uşaqların dünyagörüşünün, nitq mədəniyyətinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi uşaq nəşrlərində yer alan təhqiramiz, kobud və məzmun baxımından qəribə ifadələr bu mətnlərin uşaqlara təsiri ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, kitabların yaş qrupların

27 oktyabr
.

Yağış yağacaq, şimşək çaxacaq

Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ

28 oktyabr
.

Müəllimlərin iş dəftəri və test aldırması nə dərəcədə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin dərs prosesində istifadə etdiyi iş dəftərləri və əlavə test topluları valideynlər üçün əlavə xərc yaradır. Bir sıra hallarda müəllimlər şagirdlərdən bu vəsaitləri almalarını istəyirlər. Bu isə həmin materialların tədris prosesində nə dərəcədə zəruri olduğu və dərsliklərin şagirdlərin bili

27 oktyabr
.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

"Sədərək Yusif"in səhhəti pisləşib? - Açıqlama

"Sədərək" ticarət mərkəzinin sahibi, "Sədərək Yusif" kimi tanınan iş adamı Yusif Qədimbəylinin səhhətində problem yarandığı iddia olunur. Bu barədə -a ticarət mərkəzində fəaliyyət göstərən mağaza sahibləri məlumat verib. Məlumata görə, Yusif Qədimbəyli 1 aya yaxındır ki, işə çıxmır

28 oktyabr