Tozsoran niyə zəif çəkir? - 3 əsas səbəb
Tozsoran əvvəlki kimi tozları yaxşı təmizləmirsə, bu, cihazın sıradan çıxması demək deyil. Əksər hallarda problem çirklənmiş filtrlər, tıxanmış boru və ya dolmuş toz qabı ilə bağlı olur.
Lent.az xəbər verir ki, mütəxəssislərin fikrincə, bir neçə sadə yoxlama ilə problemin səbəbini müəyyənləşdirmək və əlavə xərc çəkmədən cihazın işini yaxşılaşdırmaq mümkündür.
Çirklənmiş filtrlər tozsoranın çəkmə gücünü azaldır
İlk növbədə tozsoranın filtrini yoxlamaq lazımdır. İstifadə zamanı filtr toz və kir hissəciklərini özündə saxlayır. Zaman keçdikcə bu hissəciklərin toplanması hava dövranını çətinləşdirir və cihazın çəkmə gücünü azaldır. Mütəxəssislər bildirirlər ki, tozsoranın modelindən asılı olaraq filtrlər yuyula və ya dəyişdirilə bilər. Təmizləməzdən əvvəl istehsalçının təlimatları ilə tanış olmaq vacibdir. Əgər filtr yuyulmalıdırsa, onu yenidən yerinə quraşdırmazdan əvvəl tam qurumasını gözləmək lazımdır. Nəm filtr cihazın işinə mənfi təsir göstərə bilər.
Dolmuş toz qabı və ya torbası cihazın səmərəliliyini azaldır
Toz torbası ilə işləyən tozsoranlarda torbanın həddindən artıq dolması hava axınını zəiflədə bilər. Oxşar vəziyyət torbasız modellərdə də müşahidə olunur. Toz qabındakı kirin miqdarı tövsiyə olunan həddi keçdikdə cihazın təmizləmə qabiliyyəti azalır. Mütəxəssislər toz qabını boşaltmağı və ya torbanı dəyişdirməyi, həmçinin bütün hissələrin düzgün yerləşdirildiyini yoxlamağı məsləhət görürlər. Bu əməliyyatları yerinə yetirərkən tozsoran mütləq söndürülməli və elektrik şəbəkəsindən ayrılmalıdır.
Tozsoranın borusunu və fırçasını yoxlayın
Tozsoranın borusu tük, saç və ya kağız parçaları ilə tıxana bilər. Bundan başqa, fırlanan fırçaya dolaşan saçlar və parça lifləri cihazın xalçalardakı çirki toplamasını çətinləşdirir. Mütəxəssislər tövsiyə edirlər ki, cihazı söndürüb elektrik şəbəkəsindən ayırdıqdan sonra boru, şlanq və başlıq diqqətlə yoxlanılsın. Tıxanmaları aradan qaldırarkən yalnız istehsalçının tövsiyə etdiyi üsullardan istifadə etmək lazımdır. Borunun içərisinə iti əşyalar salmaq məsləhət görülmür.
Hansı hallarda ustaya müraciət etmək lazımdır?
Filtrləri təmizlədikdən, toz qabını boşaltdıqdan və borunu yoxladıqdan sonra da tozsoran zəif işləyirsə, problem cihazın daxili mexanizmində ola bilər. Qeyri-adi səaqslər, yanıq qoxusu və cihazın tez-tez öz-özünə dayanması texniki nasazlığın əlamətləri hesab olunur. Belə hallarda tozsorandan istifadəni dayandırmaq və mütəxəssisə müraciət etmək tövsiyə edilir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 402 Tarix: 01 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Payızın 4 trend rəngi - FOTO
Yeni mövsüm həmişə yeni trend və yeni qaydalar deməkdir. Mövsümün bir neçə dəb cərəyanları ilə artıq sizi tanış etmişik. Deməli, qalır rənglərin aktuallığını müzakirə etmək. xəbər xarici mətbuata istinadən xəbər verir ki, bu payız monoxrom dəstlər özünə daha çox yer edəcək. Rənglərin düzgün harmoniyasın
8 sentyabr 2021Pişik "Ginnesin rekordlar kitabı"na düşüb - FOTO
Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi "YouTube" kanalında ən çox baxılan ev heyvanı olaraq "Ginnesin rekordlar kitabı"na düşüb. xəbər verir ki, pişiyin videohostinqdəki çarxları 685 milyondan çox baxış yığıb. Hazırda o, "YouTube" kanalının ən populyar ev heyvanıdır
11 sentyabr 2021Körpəm məni nə zaman eşitməyə başlayır?
Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki
17 sentyabr 2021Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA
MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur
14 sentyabr 2021Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR
Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd
12 sentyabr 2021Səmada çəkiliş hava döyüşünə çevrildi – VİDEO
Avstraliya çimərliyində adi çəkiliş əsl hava döyüşünə çevrilib. Belə ki, sağsağan drona hücum çəkib və onu qırıb. Bildirilir ki, dronun sahibi də quşdan öz nəsibini alıb. Sosial şəbəkədə həmin anla bağlı görüntülər yayılıb
10 sentyabr 2021Bio Balance Age Reversing Instant Wrinkle Filler
Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:
10 sentyabr 2021"Google" xəritəsindən mistik görüntü - VİDEO
Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd
7 sentyabr 2021