Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilibBakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib.

BiG.AZ xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilərin iştirakı ilə keçirilən mərasimi Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq tədbir iştirakçılarını salamlayıb, muzeydə yaradılan yeni ekspozisiya və Zəfər zalı barədə məlumat verib.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, altı il əvvəl biz 44 gün həyacan və narahatçılıq yaşadıq və nəticədə şanlı Qələbə əldə olundu. Son 200 ildə ilk dəfə xalqımız işğal olunan torpaqlarını geri qaytarmağa nail oldu. Bu illər ərzində düşmən həmin düşmən, xalq elə həmin xalq idi. Lakin bu dəfə qazanılan Şanlı Qələbəmizin təməlində Prezident İlham Əliyevin şəxsiyyət faktoru, onun dahi intellekti və siyasəti durur.

Mərasimdə Mədəniyyət naziri Adil Kərimli öz çıxışında qeyd edib ki: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın iradəsinin, birliyinin və Vətən sevgisinin təntənəsidir. Bu gün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və bütün qəhrəmanlarımıza minnətdarlığımızı bildiririk.

Tədbirdə qeyd edilib ki, ekspozisiyada tarixi materiallarla yanaşı, müasir texnoloji və interaktiv həllər də təqdim olunub. Burada kiçik yaşlı ziyarətçilər üçün simulyasiya oyunu, müasir informasiya tabloları, həmçinin azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini, Böyük Qayıdış prosesini əks etdirən immersiv zal yaradılıb.

Ekspozisiyanın əsas məzmunu Azərbaycanın tarixi Zəfərinin, ərazi bütövlüyünün bərpasının və müharibədən sonrakı quruculuq prosesinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən rəhbərliyi və həyata keçirdiyi strategiya sayəsində reallaşdığını nümayiş etdirməkdir. Müasir texnologiyalar vasitəsilə bu tarixi proseslər ziyarətçilərə daha əyani və interaktiv şəkildə təqdim olunur.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, şəhid anası Məleykə Məcidova və Vətən müharibəsi qazisi Famil Məlikov çıxışlarında müharibənin tarixi əhəmiyyətindən, xalqımızın birlik və həmrəyliyindən bəhs ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edilib. Hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı sürətlə davam edir.

Tədbirin sonunda Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olan, Vətən müharibəsindən sonrakı dövrdə baş verən mühüm tarixi hadisələrə həsr edilmiş "Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru" kitabının ingilis və rus dillərində nəşrləri təqdim olunub.

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilibVətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilibVətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilibVətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilibVətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilibVətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilibVətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilibVətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilibVətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilibVətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilibVətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilibVətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilibVətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 73   Tarix: 05 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətdən möhlət almaq istəyənlər BU QAYDALARI BİLMƏLİDİR

Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququ qanunvericiliklə müəyyən edilən konkret şərtlər əsasında tətbiq olunur. Bu məsələdə xüsusilə çağırışçıların sağlamlıq vəziyyəti, təhsil alması və ailə vəziyyəti əsas meyarlar sırasındadır. Bununla yanaşı, son dövrlə

5 noyabr
.

Kuryerlər aylıq 15 manat vergi ödəyəcək

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. APA-ya istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qeyd edili

5 noyabr
.

Anar Rzayevə ağır itki

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevə ağır itki üz verib. "Yeni Sabah"a istinadla xəbər verir ki, Anar Rzayevin anası Tünzalə Rzayeva vəfat edib

5 noyabr
.

Orta aylıq pensiyanın 640 manat olacağı gözlənilir

"Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır". Axşam.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı deyib. "Əməkhaqqı, pensiya və müavinətlərin artırılması sosia

5 noyabr
.

Bakıda yuxulu sürücü avtomobili ilə ana və körpəsinin üstündən keçdi - Anbaan video

Xocəsən-Lökbatan yolunun Binəqədi rayonu ərazisindən keçən 2-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb. -ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 3-də saat 09:40-da Respublika Təcili v

4 noyabr
.

XXI əsrdə Bakı sakinləri avtobus növbəsində əsir qalıb: AYNA və BakuBus sərnişinləri niyə bu zülmə məhkum edir? - İQTİSADÇIDAN AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın müasirləşdirilməsindən, sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasından və insanların rahatlığından danışıldığı bir vaxtda paytaxt sakinləri avtobusa minmək üçün sözün əsl mənasında növbə çəkməyə məcbur edilirlər. Xüsusilə M5 marşrutu üzrə Tofiq Bəhramov adına Respublik

5 noyabr
.

Yeniyetmə Səməd Vurğunun əmisi nəvəsini bıçaqladı

Qazaxda bıçaqlanma hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, rayon sakini 1993-cü il təvəllüdlü Xanlar Vəkilov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, o, həmyerlisi olan yeniyetmə tərəfindən mübahisə zəminində bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs poli

4 noyabr
.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü

1918-ci il mayın 28-i tarixində Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini quruldu. Həmin ilin iyun ayının 21-də hökümətin verdiyi qərararla üstündə qırmızı fonda ağ səkkiz guşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdi

5 noyabr
.

Temperatur 10° enəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var

4 noyabr