Palma yağı və nişasta ilə hazırlanan şorlar: Niyə təbii məhsul tapa bilmirik?
Bu gün mağazaların soyuducu vitrinlərində satılan şor məhsullarının nə dərəcədə təbii olması sual doğurur. İstehlakçılar təbii süd məhsulu kimi aldıqları bəzi şorların tərkibində palma yağı, nişasta və digər əlavələrlə qarşılaşırlar. Əslində, şorun əsas xammalı süd olmalı olduğu halda, məhsulun tərkibində bu cür maddələrin yer alması onun keyfiyyəti və təbii məhsul kimi təqdim edilməsi ilə bağlı narahatlıqları artırır.
Bəs mağazalarda həqiqi, qatqısız şor tapmaq niyə çətinləşib? İstehsalçılar məhsulun tərkibinə niyə palma yağı və nişasta əlavə edirlər və istehlakçı keyfiyyətli şoru necə ayırd edə bilər?
Mövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev Sonxeber.az-a açıqlamasında bildirdi ki, məncə burada əsas məsələ odur ki, bazarda ənənəvi üsulla hazırlanan, həqiqi süd mənşəli şorla onun görünüşünü təqlid edən məhsullar bir-birinə qarışıb. Onun sözlərinə görə, şor əslində süddən hazırlanan məhsuldur: "Onun əsas xammalı süd olmalıdır. Amma bu gün bəzi məhsulların etiketinə baxanda tərkibində palma yağı, nişasta və digər komponentlərin olduğunu görürük. Bu da həmin məhsulların ənənəvi şordan fərqli olduğunu göstərir. Bunun əsas səbəblərindən biri istehsal xərcləridir. Süd xammalı ilə işləmək, südü emal etmək, məhsulu hazırlamaq, saxlamaq müəyyən xərc tələb edir. Bitki yağlarından və nişastadan istifadə etmək istehsalçıya daha ucuz məhsul hazırlamaq imkanı verə bilər. Yəni burada qiymət rəqabətinin də təsiri var.
Digər tərəfdən, təbii şor istehsalı üçün keyfiyyətli süd xammalı və düzgün texnoloji proses lazımdır. Hər istehsalçı bu istiqamətdə işləmək əvəzinə daha ucuz, standartlaşdırılmış məhsul istehsalına üstünlük verə bilir. Məsələnin başqa bir tərəfi də məhsulun adıdır. Etiketdə şor məhsulu yazılması ilə sadəcə şor yazılması eyni məna daşımır. İstehlakçı məhsulun adından və tərkibindən onun nə olduğunu başa düşməlidir.
Azərbaycanda şor üçün dövlət standartı da mövcuddur. Bu standartda şor süd mənşəli məhsul kimi müəyyən edilir. Burada əsas məsələ istehlakçının düzgün məlumatlandırılmasıdır. Əgər məhsul süd mənşəli deyilsə, onun ənənəvi şorla eyniləşdirilməsi düzgün yanaşma deyil. Mən hesab edirəm ki, bazarda həqiqi süd şoru ilə bitki yağları əsasında hazırlanan alternativ məhsullar arasında aydın fərq olmalıdır. İstehlakçı şor almaq istəyirsə, aldığı məhsulun həqiqətən süddən hazırlanıb-hazırlanmadığını etiketdən anlaya bilməlidir".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 143 Tarix: 05 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş nazirin oğluna vəzifə verildi
Zaur Əvəz oğlu Ələkbərov Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib. xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub. 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC
4 noyabrLeysan, dolu, qar - Sabahın havası
Noyabrın 6-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimal
5 noyabrAğıllı saatlara görə vergi alınacaq
Ağıllı saatlar mobil cihaz sayılacaq və hər birinə 20 manat aksiz vergisi tətbiq olunacaq. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Qanunvericiliyə edilən dəyişikliklə mobil cihazlar aksizli malların siyahısına əlavə olunaraq hər birinə 2
5 noyabrSəməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar"
Qazaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı zərərçəkənin anası Almaz Vəkilova Baku TV-yə danışıb. 33 yaşlı Xanlar Vəkilovun anasının sözlərinə görə, oğlu malyar işləyir və hadisə günü bir neçə evdə təmir işləri görürmüş. Axşam saatlarında qonşuluqdakı ev sahiblərindən biri ona yemək gətirib. Həmi
5 noyabrŞəmkirdə şagirdlərə imtahan bileti məcburi satılıb - Səsyazısı yayıldı
Şəmkirdə şagirdlərə məcburi bilet satılmasına dair səsyazısı yayılıb. Qazax-Tovuz Regional Təhsil İdarəsindən -a bildirilib ki, sosial şəbəkələrdə Şəmkir şəhəri Məhəmməd Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-liseyinin şagirdlərinin şəhərdə fəaliyyət göstərən kurslardan birinin sına
5 noyabrDaha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
"SDU-da hüquqşünaslıq və tibb ixtisaslarının açılması planlaşdırılır". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli -a müshibəsində deyib. Rektor bildirib ki, SDU klassik dövlət universiteti statusuna malik olduğu üçün ixtisasları
4 noyabrBMU-nun tələbəsi vəfat etdi
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, BMU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin "Beynəlxalq ticarət və logistika" ixtisasının 1-ci kurs tələbəsi Ümid Bayramlı vəfat edib. Onun hans
4 noyabr"ALO" başlayır! İlk qonaq İzzət Bağırov!
"Mən Də Varam" production yeni layihəsi "ALO"nu təqdim edir . İlk qonaq İzzət" rəqəmsal media platforması yeni layihəsi - "ALO" ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. İlk qonaq İzzətgün sonra YouTube kanalında yayımlanacaq layihənin ilk qonağı tanınmış müğənn
5 noyabr