Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
Azərbaycanın nəqliyyat sektorunda 2060-cı ilə qədər elektrik avtomobillərinin xüsusi çəkisi 100 % təşkil edəcək, eləcə də alternativ yanacaq növlərinə keçid ediləcək.
Sonxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyasında deyilir.
Qeyd olunur ki, ölkənin ümumi istixana qazı emissiyalarının təxminən 13 %-ni (2022-ci ilin yekunlarına görə 9,3 milyon ton CO₂ ekv.) təşkil edən nəqliyyat sahəsi mərhələli şəkildə dekarbonizasiyadan keçəcək.
Strategiyaya əsasən, daxili yanma mühərrikləri ilə təchiz edilmiş nəqliyyat vasitələrinin tədricən dövriyyədən çıxarılması nəzərdə tutulur. 2060-cı ilə qədər minik avtomobilləri və şəhər avtobusları kateqoriyasında elektromobillərin (EV) və ekoloji nəqliyyatın xüsusi çəkisi 100 % təşkil edəcək, yükdaşımalar sektorunda isə bu göstərici 75 %-ə çatacaq. Azərbaycanın bütün dəmir yolu şəbəkəsinin tam şəkildə elektrikləşdirilməsi planlaşdırılıb. Dəniz nəqliyyatı sahəsində metanolunn tam, aviasiya sahəsində isə dayanıqlı aviasiya yanacağının (SAF) mərhələli tətbiqi nəzərdə tutulur. Strategiya yük axınlarının avtomobil nəqliyyatından dəmir yolu magistrallarına genişmiqyaslı şəkildə yenidən paylanmasına yönəldilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qızıl və gümüş bahalaşıb
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,42% artaraq 4 132.6 ABŞ dollarına bərabər olub. "AzPolitika" birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,14% artaraq 53.06 dollar təşkil edib
9 noyabrQızılın qiyməti yenidən bahalaşacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Qızıl son illərdə investorların diqqət mərkəzində olsa da, qiymətindəki kəskin dəyişikliklər bazarda qeyri-müəyyənliyi artırır. Oktyabrın sonlarında dünya bazarında qızılın qiyməti 4 00 dollar həddinə yaxınlaşıb və bu, qiymətlərin gələcək istiqaməti ilə bağlı suallar yaradıb. Bəs qızılın bahalaşmas
29 oktyabrƏmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,46% azalaraq 4 05
28 oktyabrBaytarlıq pasportunun verilməsinə dövlət rüsumu 50 % artırılır
Azərbaycanda gələn ildən baytarlıq pasportunun verilməsinə dövlət rüsumu 30 manat olacaq. "Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir. Gazırda baytarlıq pasportunun verilməsinə gör
5 noyabrDVX: Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10 % güzəşt ediləcək
Vergi sanksiyalarını bir il ərzində ödəyənlərə 10% güzəşt ediləcək. "Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərin
6 noyabrAzərbaycanda pul bazası 25 mlrd. manatı ötüb
Bu il noyabrın 1-i tarixinə Azərbaycanda pul bazası 25 milyard 146.1 milyon manata bərabər olub. bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, son bir ayda pul bazası 1,32% artıb. İllik müqayisədə isə pul bazası 17,53% artıb
3 noyabrAzərbaycanda sosialyönümlü büdcə xərcləri 15 %-ə yaxın artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsi xərclərinin 49,9 %-i və yaxud 12 milyard 643 milyon manatı sosialyönlü xərclər olub. Bu barədə "Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 643,6 milyon manat və yaxud 14,
29 oktyabrTürk lirəsi tarixi minimuma düşdü
Qlobal iqtisadi vəziyyət və Türkiyənin daxili maliyyə bazarında baş verən sarsıntılar türk lirəsinin növbəti dəfə dəyər itirməsinə səbəb olub. xəbər verir ki, Türkiyədə 1 dollar 50 lirəni, yəni bütün zamanların ən yüksək nöqtəsini keçib
2 noyabr