Xankəndidə qələbə təntənəsinin nümayişi

Xankəndidə qələbə təntənəsinin nümayişiZəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfəri bir daha göstərir ki, Azərbaycan üçün 8 Noyabrın mahiyyəti azad edilmiş torpaqlarda hər gün yenidən təsdiqlənir. Bir vaxtlar düşmənin viran qoyduğu kəndlərdə evlərin işıqları yanır, məktəblərin qapıları açılır, yeni müəssisələr fəaliyyətə başlayır, illərlə doğma yurd həsrəti ilə yaşayan insanlar öz evlərinin açarlarını alırlar. Prezident İlham Əliyevin Zəfər bayramını yenə Qarabağda qarşılaması bu prosesin həm siyasi, həm də mənəvi rəmzidir. Çünki bu torpaqlarda görülən hər işin arxasında xalqımızın qırılmaz iradəsi, dövlətin qətiyyəti və tarixi ədalətin bərpası dayanır.

Noyabrın 6-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində bir sıra mühüm açılışlar həyata keçirilib. Cəbrayıl rayonunun Soltanlı kəndinin, Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələlərinin açılışı, Zəngilan Şəhər Təhsil Kompleksinin və istehsal müəssisəsinin istifadəyə verilməsi səfərin mühüm nəticələrindəndir. Ən təsirli məqamlardan biri isə uzun illər yurd həsrəti çəkmiş sakinlərə yeni evlərinin açarlarının təqdim olunmasıdır. İki kəndə ümumilikdə, 700-ə yaxın ailənin qayıdışının nəzərdə tutulması Böyük Qayıdışın ardıcıl və genişmiqyaslı Dövlət Proqramı kimi həyata keçirildiyini göstərir.

Noyabrın 7-də Prezidentin Qarabağ səfəri davam edib. Ağdamda sənaye müəssisələrinin açılışı, Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanışlıq, Xankəndidə stadionun istifadəyə verilməsi, Qarabağ Universitetinin kitabxanası və İnnovasiya Mərkəzinin binalarının təməlinin qoyulması, Universitet klinikasının təcili tibbi yardım şöbəsinin açılışı, Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi bu səfərin əhatə dairəsini daha da genişləndirib. Bu ardıcıllıq təsadüfi deyil: Qarabağın gələcəyi yaşayış evləri ilə yanaşı, təhsil, səhiyyə, idman, sənaye, peşə hazırlığı və müasir texnologiyalar üzərində qurulur.

Xüsusilə Qarabağ Universiteti ilə bağlı yeni layihələr diqqətəlayiqdir. Kitabxana və İnnovasiya Mərkəzinin təməlinin qoyulması, Universitet klinikasının fəaliyyətə başlaması azad edilmiş ərazilərdə insan kapitalının inkişafına verilən önəmi göstərir. Bu torpaqlara qayıdan gənclər yalnız doğma yurda bağlanmamalı, həm də müasir təhsil almaq, yeni texnologiyalara yiyələnmək və öz potensiallarını burada reallaşdırmaq imkanına sahib olmalıdırlar. Qarabağ artıq təkcə tarixi yaddaşımızın və Zəfərimizin məkanı deyil, elmin, təhsilin və innovasiyanın da yeni ünvanına çevrilir.

Ağdamda sənaye müəssisələrinin açılması isə Böyük Qayıdışın iqtisadi əsaslarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. İnsanların doğma torpaqlarında davamlı məskunlaşması üçün onlara yalnız ev deyil, iş və qazanc imkanları da lazımdır. Sənaye parkları, istehsal müəssisələri, xidmət sahələri, nəqliyyat və enerji infrastrukturu bu məqsədə xidmət edir. Ağdamda istehsalın genişlənməsi, Xankəndidə təhsil və idman infrastrukturunun inkişafı, Şuşada peşə təhsilinə yeni imkanların yaradılması Qarabağın müxtəlif şəhər və rayonlarının öz potensialına uyğun inkişaf etdirildiyini göstərir.

Bu səfərlərin mühüm cəhətlərindən biri Prezident İlham Əliyevin quruculuq prosesinə bilavasitə nəzarət etməsidir. Dövlət başçısının mütəmadi olaraq azad edilmiş ərazilərə gəlməsi, layihələrin gedişi ilə yerində tanış olması, açılış və təməlqoyma mərasimlərində iştirakı, müvafiq tapşırıqlar verməsi Qarabağ və Şərqi Zəngəzurun bərpasının dövlət siyasətinin prioritet istiqaməti olduğunu nümayiş etdirir. Rəsmi məlumatlara əsasən, son beş ildə Prezident azad edilmiş ərazilərdə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif sahələr üzrə yüzlərlə layihənin təməlini qoyub. Bu göstəricilər dövlət başçısının həmin tarixi missiyaya verdiyi siyasi əhəmiyyəti və prosesin davamlı xarakterini ifadə edir.
Zəfər Gününü Qarabağda qarşılamaq Prezident İlham Əliyev üçün artıq mənəvi-siyasi ənənəyə çevrilib. Bunun mühüm mesajı var: Azərbaycan öz qələbəsini yalnız xatırlamır, onu hər il yeni nəticələrlə zənginləşdirir. Bir vaxtlar azadlığı uğrunda mübarizə apardığımız torpaqlarda indi məktəblər açılır, universitet binalarının təməli qoyulur, sənaye müəssisələri işə düşür, stadionlar istifadəyə verilir, ailələr yeni evlərinə köçür. Bu, Zəfərin gündəlik həyata çevrilməsidir.

Azərbaycan Prezidenti İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndidən Azərbaycan xalqına ünvanladığı müraciət ölkəmizin keçdiyi tarixi yolun, əldə etdiyi nailiyyətlərin və qarşıda duran vəzifələrin bir daha dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciətində Qarabağın azadlığı, Azərbaycanın suverenliyinin tam bərpası, Böyük Qayıdış və gələcək inkişaf məsələlərinin xüsusi vurğulanması hər birimizdə qürur hissi doğurur. Prezident İlham Əliyevin Zəfər Günü müraciətini Xankəndidən səsləndirməsi, xüsusilə "Qarabağ Azərbaycandır və nida" bəyanatının tarixi məzmununa diqqət çəkməsi böyük rəmzi məna daşıyır. 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpası ilə Qarabağda yeni bir mərhələnin əsası qoyuldu. Bu gün həmin torpaqlarda dövlət idarəçiliyinin, sosial həyatın, elmin, təhsilin və iqtisadi fəaliyyətin bərpası gələcəyə yönəlmiş ardıcıl siyasətin nəticəsidir.

Prezidentin müraciətində xüsusi yer tutan Böyük Qayıdış proqramı da bu baxımdan böyük əhəmiyyət kəsb edir. İnsanların doğma yurdlarına qayıtması ilə Qarabağda həyat yenidən canlanır. Lakin bu qayıdışın davamlı olması üçün sağlam ətraf mühitin, təmiz su ehtiyatlarının, münbit torpaqların və yaşıl ekosistemlərin qorunması vacibdir. Müasir yaşayış məntəqələrinin salınması ilə yanaşı, yaşıllıq zolaqlarının yaradılması, yerli bitki növlərindən istifadə, meşə və otlaq sahələrinin bərpası da diqqət mərkəzində olmalıdır. Zəfər Muzeyinin Xankəndidə yaradılması ilə bağlı qərarı da milli yaddaşın qorunması baxımından mühüm hadisə hesab edilməlidir. Tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması, şəhidlərimizin qəhrəmanlığının yaşadılması hər birimizin mənəvi borcudur. Eyni zamanda, Qarabağda qurulan yeni həyatın, bərpa edilən təbiətin və elmi tədqiqatların nəticələrinin də gələcək nəsillərə ötürülməsi vacibdir. Azərbaycan xalqının Vətən müharibəsində nümayiş etdirdiyi birlik və həmrəylik bu gün quruculuq mərhələsində də davam etməlidir. Azərbaycan Qarabağı azad etməklə öz tarixi haqqını bərpa etdi, indi isə onu yenidən qurmaqla Zəfərin əbədiliyini təmin edir. Bu gün Qarabağda yüksələn hər bina, açılan hər məktəb, işə düşən hər müəssisə və öz evinə qayıdan hər ailə bir həqiqəti dünyaya nümayiş etdirir: bu torpaqlarda həyat yenidən başlayıb və bu başlanğıcın adı Zəfərdir!

Təranə Tağıyeva - BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 250   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

10 noyabr
.

Ərdoğanla Quterreş Əliyevi qarşıladılar - Canlı

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib. "Qafqazinfo" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan v

11 noyabr
.

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini əlavə edib. Paylaşımı buradan izləyin

9 noyabr
.

"Türkiyə ilə Azərbaycan arasında ayrılıq axtaranlar əbəs yerə çalışırlar"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. AA-ya istinadla xəbər verir ki, Ərdoğan Türkiyə ilə Azərbaycanın sevincdə və kədərdə bir olan, bütün çətinliklərə birlikdə sinə gərən iki qardaş dövlət olduğun

9 noyabr
.

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermi

10 noyabr
.

Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Azərbaycan Prezidenti İlha

8 noyabr
.

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb. Qaynarinfo xəbər verir ki, mətndə deyilir:. "Əlahəzrət,. Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adında

9 noyabr
.

Ərdoğan Xocalı Soyqırımı Memorialının xatirə kitabına ürək sözlərini yazıb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Memorialın xatirə kitabına ürək sözlərini yazıb

8 noyabr
.

"Eşq olsun Azərbaycan Bayrağına!" - Video

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin

9 noyabr