Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsinin və tarixi ədalətin təntənəsinin rəmzi ifadəsidir.
Xankəndi bu gün Azərbaycanın hərbi-siyasi Zəfərinin və dövlət suverenliyinin mühüm rəmzlərindən biridir. Dövlət başçısının müraciətində "Qarabağ Azərbaycandır və nida" bəyanatını təkrar səsləndirməsi, həmin nidanın 2023-cü il sentyabrın 20-də keçirilən antiterror əməliyyatı ilə təsdiqlənməsi tarixi Qələbənin məntiqi nəticəsini ifadə edir.
Vaxtilə separatçı rejimin fəaliyyət göstərdiyi binada Zəfər Muzeyinin yaradılması da xüsusi rəmzi məna daşıyacaq. Bu, işğal və separatizm yaddaşını təmsil edən məkanın Azərbaycanın qəhrəmanlıq tarixini və tarixi Qələbəsini yaşadan mədəniyyət məkanına çevrilməsidir.
Azərbaycanın Zəfəri ardıcıl dövlət siyasətinin, güclü ordu quruculuğunun, fəal diplomatiyanın, iqtisadi inkişafın və xalqın milli həmrəyliyinin nəticəsidir. Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi yüksək döyüş qabiliyyəti, peşəkarlıq, milli ruh və Vətənə bağlılıq Qələbənin əsas amillərindən olub. 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasını təmin edən vahid tarixi prosesin mühüm mərhələləridir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri Zəfərin davam edən nəticəsidir. "Böyük Qayıdış" proqramı çərçivəsində doğma torpaqlara qayıdış, yeni yaşayış məntəqələrinin, məktəblərin, sosial və mədəni obyektlərin inşası tarixi yaddaşın və mədəni varisliyin bərpasına xidmət edir.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyası müxtəlif etnik və dini qrupları vahid dövlətçilik mənafeyi ətrafında birləşdirən, milli həmrəyliyi və ümumi gələcəyə inamı gücləndirən əsas ideoloji dayaqlardandır. Vətən müharibəsində xalqın vahid məqsəd naminə səfərbər olması bu məfkurənin real ictimai gücünü nümayiş etdirib.
Prezident İlham Əliyevin Xankəndidən xalqa ünvanladığı təbrik Zəfərin yalnız hərbi Qələbə deyil, həm də milli iradənin, siyasi qətiyyətin, tarixi ədalətin və ümummilli həmrəyliyin təntənəsi olduğunu təsdiqləyir. Azərbaycanın qarşısında duran əsas məqsəd əldə edilmiş tarixi nailiyyətləri qorumaq, dövlət müstəqilliyini və suverenliyini daha da möhkəmləndirmək, gələcək nəsillərə güclü və inkişaf edən Azərbaycan miras qoymaqdır.
İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
Bu rayona 33 sm qar yağıb
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Müsabiqəsinin final günü məlum oldu