Almaniya təhlükəsizlik narahatlıqlarına görə hərbi bazalarda Çin istehsalı dronları qadağan edib

Almaniya təhlükəsizlik narahatlıqlarına görə hərbi bazalarda Çin istehsalı dronları qadağan edibAlmaniya təhlükəsizlik risklərini əsas gətirərək Çin istehsalı olan kommersiya dronlarının hərbi bazalarda və təlim poliqonlarında istifadəsini qadağan edib.
Bizimyol.info xəbər verir ki, qərar dərhal qüvvəyə minib. Son illərdə hərbi bölmələr tərəfindən alınmış Çin istehsalı dronların mümkün qədər tez xidmətdən çıxarılması nəzərdə tutulur.

Qərb ölkələrinin hərbi qüvvələri Çin texnologiyalarının məxfi məlumatları Pekinə ötürə biləcəyindən getdikcə daha çox narahat olurlar.

Mətbuatın verdiyi məlumata görə, Almaniya hərbi hissələrinə 2024-cü ildən etibarən Çin şirkəti DJI də daxil olmaqla, müxtəlif istehsalçıların dronlarını almağa icazə verilmişdi. Lakin hərbi hissələrin satınalmaları ilə bağlı vahid qeydiyyat sisteminin olmaması ümumi qadağanın tətbiqinə səbəb olub.

Oxşar addımlar digər ölkələr tərəfindən də atılır. Fevral ayında Polşa Çin istehsalı avtomobillərin hərbi obyektlərə daxil olmasını qadağan edib. ABŞ hərbçiləri isə Yaponiyanın Okinava adasındakı Kadena aviabazasında Çinin BYD şirkətinə məxsus elektromobillərin istifadəsinə məhdudiyyət qoyublar.

Bundan başqa, Niderlandın təhlükəsizlik qurumları müasir avtomobillərdəki mikrofon, kamera və GPS sistemlərinin xarici dövlətlər tərəfindən məlumat toplamaq üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq edib.

Avropa Parlamentinin bir qrup deputatı da BYD avtomobillərinin potensial təhlükəsizlik risklərinin araşdırılması və zərurət yaranarsa, şirkətin yüksək riskli təchizatçılar siyahısına daxil edilməsi ilə bağlı Avropa Komissiyasına müraciət edib.

BYD isə açıqlamasında avtomobillərdə və bulud sistemlərində saxlanılan məlumatların Çindən uzaqdan əldə edilməsinin mümkün olmadığını, müştərilərin öz məlumatlarına nəzarət etdiyini bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 81   Tarix: 11 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu kəndlərə virusa görə giriş QADAĞAN EDİLDİ

Mardinin Bahçebaşı və Çatalözü kəndləri koronavirusa yoluxma halları artdığı üçün karantinə alınıb. DHA-ya istinadən xəbər verir ki, Rayon Gigiyena Şurasının aldığı qərarı ilə Bahçebaşı və Çatalözü koronavirusa yoluxma hallarının artmasına görə 14 gün karantində olacaq. Karantinə alınan ərazilərin girişin

16 sentyabr 2021
.

Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü

Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib

16 sentyabr 2021
.

İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI

Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd

18 sentyabr 2021
.

Kürəkən 55 yaşlı qayınanasına aşiq oldu

Türkiyədə 32 yaşlı K.K qayınanasına aşiq olub. Qayınana kürəkənin sevgi etirafına yox cavabını verib onu bu münasibətin baş tutmayacağına inandırmağa çalışsa da, fikrindən döndərə bilməyib. -a istinadən xəbər verir ki, N.K adlı qadın 6 illik ərinin onun anasına aşiq olduğundan xəbər tutan kimi boşanmağ

16 sentyabr 2021
.

Napoleonun baş geyimi hərraca çıxarılır

Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun

16 sentyabr 2021
.

Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO

Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək

16 sentyabr 2021
.

Oğrular bu dəfə onları çəkən təhlükəsizlik kamerasını oğurladılar - VİDEO

Türkiyənin Bursa şəhərində dəfələrlə oğurluq olan anbara daxil olan şəxslərin kimliyini müəyyənləşdirmək üçün sahibi orada təhlükəsizlik kameraları quraşdırıb. Növbəti dəfə oğurluq etmək məqsədilə oraya daxil olan şəxslər əvvəl nəzərdə tutduqları malları, daha sonra isə onları qeydə alan təhlükəsizli

18 sentyabr 2021
.

Üç ay əvvəl itkin düşmüşdü - Cəsədi tapıldı

Rusiyanın Oryol bölgəsində üç ay əvvəl itkin düşən 9 yaşlı qızın cəsədi tapılıb. Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb. Bildirilib ki, Viktoriya adlı azyaşlının cəsədi çoxmərtəbəli binanın zirzəmisində aşkar edilib. Müstəntiqlər hadis

15 sentyabr 2021
.

Cərrahın eynəyi oğurlandı - Xəstələr əməliyyatsız qaldı

İngiltərənin Birminqem şəhərində ürək cərrahı Stiven Runi ürək əməliyyatı zamanı taxdığı fərdi durbin eynəkləri oğurlandığından onlarla xəstə əməliyyat oluna bilməyib. xəbər verir ki, bu barədə The Birmingham Mail məlumat yayıb. Oğurluq 11 sentyabr günü həkimin xəstəxananın kənarında dayanmış avtomobilində

15 sentyabr 2021