Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb

Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb"Bu gün bizim üçün əlamətdar gündür. Belə ki, 12 noyabr müstəqil Azərbaycan dövlətinin Konstitusiya Günüdür. 1995-ci ildə Azərbaycan tarixində ilk dəfə ümumxalq referendumu keçirildi və müstəqil dövlətimizin Konstitusiyası qəbul olundu".

Bu fikirləri Sonxeber.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.

"Konstitusiyanın mövcudluğu dövlətçiliyimizin inkişafı, möhkəmlənməsi və sağlam təməllər üzərində qurulması baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Bu günə qədər Azərbaycanda dörd dəfə - 1995, 2002, 2009 və 2016-cı illərdə referendum keçirilib. Müxtəlif dövrlərin tələblərinə uyğun olaraq Konstitusiyaya müəyyən dəyişikliklər və əlavələr edilib. Bu addımları dövlətin və dövlətçiliyin qorunması və inkişafı istiqamətində atılmış mühüm tədbirlər kimi qiymətləndirmək olar.

Ərazi bütövlüyümüzün təmin olunması, suverenliyimizin bərpası da Konstitusiyamızın hüquqi qüvvəsinin və dövlətçilik baxımından əhəmiyyətinin möhkəmlənməsinə təsir edən amillərdəndir. Düşünürəm ki, bu gün artıq tam müstəqil və suveren dövlətin Konstitusiyasına malik olduğumuzu rahatlıqla deyə bilərik. Çünki ərazilərimiz işğaldan azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz tam şəkildə bərpa edilib.

Dövlət idarəçiliyinin əsaslarının qurulması və davam etdirilməsi üçün Konstitusiyanın, hüququn və qanunun aliliyinin təmin olunması vacibdir. Bu prinsiplər dövlət idarəçiliyinin möhkəmlənməsində mühüm rol oynayır. Gələcəkdə də zərurət yarandıqca referendumların keçirilməsi mümkündür. Çünki dövr və şərtlər dəyişdikcə dövlətin qanunvericiliyinə də müəyyən dəyişikliklər və əlavələr edilməsi normal prosesdir.

Müasir və çağdaş Azərbaycanın yeni dövrün tələblərinə uyğun hüquqi tənzimləmələrə ehtiyacı var. Düşünürəm ki, bu zərurət nəzərə alınaraq Konstitusiyanın və Azərbaycan qanunvericiliyinin müasir reallıqlara uyğunlaşdırılması istiqamətində işlərə ehtiyac yaranır. Böyük ehtimalla, qarşıdakı dövrdə bu istiqamətdə müəyyən addımların şahidi ola bilərik".

Röyalə Xəyal


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 51   Tarix: 12 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - Video

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfəri ilə bağlı videoçarx paylaşılıb. xəbər verir ki, paylaşıma dövlətimizin başçısının "Türkiyə-Azərbaycan birliyi əbədidir" sitatı əlavə edilib. Həmin paylaşımı təqdim edirik. Paylaşım

10 noyabr
.

Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Yeni Partiyasının sədri Özgür Özəl Prezident İlham Əliyevə zəng edib. APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyevin sosial media hesabında paylaşım edilib. Qeyd olunub ki, Özgür Özəl Zəfər Günü münasibətilə dövlətimizin başçısına və Azərbaycan xalqına təbriklərini çatdırmışdır. Dövlətimizi

9 noyabr
.

Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən mükəmməl və mütərəqqi sənəddir

"Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətimizin yeni Konstitusiyasının hazırlanması və qəbul olunmasıdır. Milli Konstitusiyamızın hüquqi dövlət quruculuğunda müstəsna əhəmiyyəti var". Bu fikirləri -a açıqlamasında AMEA A.A.Bakıxano

11 noyabr
.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr
.

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Əziz Qardaşım. İzmir vilayətindəki metallurgiya zavodunda baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarə

10 noyabr
.

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10 noyabr
.

Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib

Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird

11 noyabr
.

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Zəfər Tağı. 9.11.26" qeydini əlavə edib. Paylaşımı buradan izləyin

9 noyabr
.

Ərdoğan: "Gələn il Ağdamda İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik" - Video

"Ən son Cəbrayılda "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi" və "Ağıllı Tingçilik" Müəssisəsini yaratmağın qürurunu yaşadıq. Kənd təsərrüfatı və Meşəçilik Nazirliyimizin töhfələri ilə qurulan bu müəssisə Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir göstəricisi olmuşdur"

8 noyabr