Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK
Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək.
"Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib.
Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyədə olduğu qeyd olunub.
Belə ki, paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində 63,5 min manatlıq xidmətin yalnız 33,4 faizi, Sumqayıt şəhərində 173,7 min manatlıq xidmətin 41,6 faizi, Bərdə rayonunda 319,6 min manatlıq xidmətin 29,5 faizi, Ağcabədi rayonunda 121,3 min manatlıq xidmətin 17,5 faizi, Tərtər rayonunda 255,2 min manatlıq xidmətin 24,6 faizi, Goranboy rayonunda isə 93,4 min manatlıq xidmətin 46 faizi ödənilib.
"Azəristiliktəchizat" ASC xəbərdarlıq edib ki, borclar ödənilmədiyi təqdirdə bəzi qazanxanaların fəaliyyəti dayandırıla bilər.
Bu istilik mövsümündə ümumilikdə 178 minə yaxın mənzilin istiliklə təmin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, "Azəristiliktəchizat" ASC-nin xidmət göstərdiyi iqlim şəraiti nisbətən soyuq olan 18 rayonda istilik verilişinə noyabrın 1-dən başlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 349 Tarix: 15 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Daha bir vəkil həbs edildi
Azərbaycanda daha bir vəkil həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, vəkil Elçin Əmirov polis tərəfindən tutulub. 9 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil polisə daxil olan vətəndaş şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-c
16 noyabrBu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
15 noyabrGüclü küləkdə paytaxtda 32 ağac sınıb - Fotolar
Noyabrın 15-i axşam saatlarından başlayaraq paytaxtda əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. xəbər verir ki, bu barədə Baki Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda ötən gündən etibarən müşahidə olunan gücl
16 noyabr2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
15 noyabrPirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
14 noyabr