Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Bazardakı cari elanlardan göründüyü kimi, elektrikli kombilərin satış qiyməti onların gücündən, fazasından və brendindən asılı olaraq dəyişir.
Nisbətən kiçik sahələr üçün nəzərdə tutulan sadə və işlənmiş modellər bazarındakı qiymətlər 450-650 manat civarındadır. Daha yüksək keyfiyyətli və böyük sahələri qızdırmaq üçün nəzərdə tutulmuş Avropa brendlərindən olan "Thermona" modellərinin qiymətləri isə fərqlidir.
Belə ki, 7.5 kW gücə malik "Thermona THERM EL 8" modeli 1 430 manata, 15 kW gücündə olan "Thermona THERM EL 15" modeli 1 691 manata, 22.5 kW gücündəki "Thermona THERM EL 23" modeli 1 848 manata, 30 kW gücünə malik "Thermona THERM EL 30" modeli 2 058 manata, 37.5 kW gücündəki "Thermona THERM EL 38" modeli 2 321 manata, ən güclü 45 kW-lıq "Thermona THERM EL 45" modeli isə 2 531 manata satışa çıxarılır.
Müqayisə üçün qeyd edək ki, standart 23 kW qaz kombilərinin qiyməti ortalama 1 130 manat təşkil etdiyi halda, eyni gücə malik elektrikli kombilər daha yüksək qiymətə təklif olunur.
Elektrikli kombiləri qaz kombilərindən fərləndirən və üstün edən bir sıra mühüm cəhətlər mövcuddur. İlk növbədə, bu cihazlarda qaz sızması, dəm qazı zəhərlənməsi və ya partlayış riski sıfıra bərabərdir ki, bu da yüksək təhlükəsizlik deməkdir.
Eyni zamanda, xarici divara baca çıxarmaq məcburi olmadığı üçün onları evin istənilən qapalı guşəsində montaj etmək mümkündür. Qaz alışması və ya alov səsi olmadığından tamamilə səssiz çalışan bu cihazlar təxminən 99%-lik yüksək faydalı iş əmsalı ilə elektrik enerjisini istilik enerjisinə çevirir.
Aylıq istismar xərcləri baxımından təbii qaz hazırda daha ucuz yanacaq növü sayılsa da, elektrikli kombilərin müəyyən iqtisadi üstünlükləri də var. Qaz kombisi üçün dövlət qurumlarından qaz çəkiş layihəsi, baca icazəsi və xüsusi təhlükəsizlik sistemləri tələb olunur ki, bu da başlanğıcda böyük əlavə xərc yaradır, lakin elektrikli kombilərdə bu sənədləşmə və montaj xərcləri yoxdur.
Əlavə olaraq, qaz kombilərində tez-tez sıradan çıxan alovlandırıcı, fan və ya baca hissələri elektrikli kombilərdə olmadığı üçün texniki qulluq xərcləri minimuma enir və qaz xətti olmayan ərazilərdə maye qaz balonları ilə müqayisədə ən rahat və təhlükəsiz alternativ olaraq qəbul edilir./yenisabah
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 281 Tarix: 15 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2027-ci ildə pensiyaçılar üçün YENİ ARTIM - 640 manatla bağlı gözlənti
Azərbaycanda 2027-ci ildə əmək pensiyalarının artırılması gözlənilir. Gələn ilin dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə layihəsində pensiyaların təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, gələn il orta aylıq əmək pensiyasını
15 noyabr7 alma 100 minə satıldı
Yaponiyanın Hokkaydo prefekturasındakı Hakodate bazarında keçirilən ilin ilk hərracında xüsusi üsulla becərilən 7 alma 100 min yenə (təxminən 1065 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, Nanae şəhərində yetişdirilən "Nanamitsuki" markalı almaların satış qiyməti ötən ilin rekor
14 noyabrAzərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Türkiyə ərazisindən Suriyaya 1 milyard 197,1 milyon kubmetr həcmində Azərbaycan təbii qazı göndərilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu - EPDK) hesabatında qeyd olunub. Bu göstəric
14 noyabrBirdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik
15 noyabrPirquluda qış mənzərəsi... - Fotolar
Qafqaz dağlarının yüksəkliklərində, Pirqulu ərazisində yerləşən Şamaxı Safari Parkının qış mənzərəsini əks etdirən yeni görüntülər paylaşılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər "Experience Azerbaijan"ın sosial şəbəkə hesabında yerləşdirilib. Paylaşımda qış mövsümündə ərazidək
14 noyabrBazar gününün havası
Noyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qər
14 noyabrAzərbaycan kikboksçusu 13-cü dəfə Avropa çempionu olub
Azərbaycan kikboksçusu Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında iki qızıl medal qazanıb. AZƏRTAC xəbər verir ki, noyabrın 7-dən 14-dək təşkil olunan WAKO versiyası üzrə qitə birinciliyində Azərbaycan təmsilçisi "Master Class" kateqoriyasında, 6
13 noyabr22° isti... - Sabahın havası
Noyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12 isti, gündüz 17-22 ist
13 noyabr