Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyətləri açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslərdən bir nəfərin müalicəsi Cərrahiyyə, üç nəfərin isə Reanimasiya şöbəsində davam etdirilir. Xəsarət alan şəxslərdən ikisinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.
13:21
Füzulidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, hadisə nəticəsində "VAZ-2104" sürücüsü, 1965-ci il təvəllüdlü Mustafa Həsənqulu oğlu Mustafayev və onun sərnişini 1998-ci il təvəllüdlü qızı Rəmziyə Mustafa qızı Mustafayeva, həmçinin "Opel" markalı minik avtomobilinin sərnişinləri, 2009-cu il təvəllüdlü Ramazan Elnur oğlu Cəfərov və 2010-cu il təvəllüdlü Rəvan Elnur oğlu Abbaszadə xəsarət alıb.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
12:40
Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində həlak olan müəllim Seymur İsmayılov, şagirdləri Turan Əsgərov və Əhəd Heydərzadənin ölümlərindən əvvəlki son görüntüləri ortaya çıxıb.
Oxu.Az onların toy zamanı birgə çəkdirdikləri son fotonu əldə edib.
11:49
Ötən gün axşam saatlarında Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin adları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzada ölən, "Opel" markalı avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Seymur İsmayılov, 2009-cü il təvəllüdlü Turan Əsgərov və 2009-cu il təvəllüdlü Əhəd Heydərzadədir.
S.İsmayılov riyaziyyat müəllimi olub. O, Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbin riyaziyyat müəllimi çalışırdı. Həmçinin T.Əsgərov və Ə.Heydərzadədə sözügedən məktəbin 11-ci sinif şagirdləri olublar. Məktəbin digər iki şagirdi isə xəsarət alıb. Onların hamısı Füzuli rayon sakinləridir və toy mərasimindən qayıtdıqları bildirilir.
Qeyd edək ki, qəza nəticəsində ümumilikdə 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
11:26
Füzuli rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar üzə çıxıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəzada ölən "Opel" markalı avtomobilin sürücüsü Seymur İsmayılov müəllim imiş. O, Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışıb.
Qeyd edək ki, qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı.
09:32
Noyabrın 13-ü saat 23 radələrində Füzulinin Böyük Bəhmənli kəndində rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi "Opel" və Mustafa Musayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində "Opel"in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin "VAZ-2104"ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsi saxlamağa və manevrlər zamanı diqqətli olmağa çağırır. Yorğun və yuxusuz halda avtomobil idarə etməkdən çəkinmək, diqqəti yoldan yayındırmamaq, sürücü və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadəsini təmin etmək vacibdir. Hər bir sürücü özünün və daşıdığı sərnişinlərin həyatı üçün məsuliyyət daşıdığını unutmamalıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Afət Fərmanqızı it və pişiyinə baxıcı axtarır - Maaş hamını təəccübləndirdi
Ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?
MİQ-dən keçə bilməyənlər repetitorluq edir: Şagirdlərin təhsil keyfiyyətinə kim nəzarət edir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Motosikletlə vurulan məktəbli xəstəxanaya yerləşdirilib - Video-Yenilənib
Telefona yüklədiyimiz tətbiqlər şəxsi məlumatlarımızı oğurlaya bilər - Təhlükə nədədir?
Binaların idarə edilməsində ciddi problemlər: Sakinlərin ödədiyi vəsaitlərə kim nəzarət edir?
Meyiti tapılan Mirzəcan baba ilə bağlı - Yeni detallar
Əhaliyə hava XƏBƏRDARLIĞI - Sel və daşqın olacaq
Yeni il süfrəsində ən çox hansı məhsulların qiyməti arta bilər? - AÇIQLAMA
Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçilir: İşçiləri hansı dəyişikliklər gözləyir? - İQTİSADÇIDAN AÇIQLAMA
Pakistan ordusu Əfqanıstan sərhədində 74 silahlını öldürüb
Davamiyyət limiti tələbələrin təhsil hüququnu məhdudlaşdırır? - AÇIQLAMA
Üç nəfərin öldüyü dəhşətli qəzada xəsarət alanların son vəziyyətləri açıqlandı
Rusiya Kiyevə dron hücumu edib: 3 nəfər yaralanıb