Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır - Səbəb nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
Dünya bazarında ərzaq məhsullarının qiymətində azalma müşahidə olunsa da, bu tendensiya Azərbaycanın daxili bazarında özünü eyni şəkildə göstərmir. FAO-nun oktyabr ayı üzrə göstəricilərinə əsasən, qlobal Ərzaq Qiymətləri İndeksi 1,2 faiz azalıb. Azərbaycanda isə əksinə, həmin ay ət və ət məhsulları, yumurta və bir sıra tərəvəzlərin qiymətində artım qeydə alınıb. Belə ki, ət 1,7 faiz, yumurta 4,6 faiz, tərəvəzlər isə 2,9 faiz bahalaşıb.
Qlobal bazarda ucuzlaşma olduğu halda, yerli bazarda qiymətlərin artması diqqət çəkir. Bəs dünya bazarındakı qiymət enişi niyə Azərbaycan istehlakçısının xərclərinə təsir etmir? Yerli ərzaq bazarında qiymət artımını şərtləndirən əsas amillər hansılardır?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sonxeber.az-a açıqlamasında bildirdi ki, dünya bazarında ərzaq qiymətlərinin ucuzlaşmasının Azərbaycanda dərhal hiss olunmamasının əsas səbəbi ölkənin daxili ərzaq bazarının yalnız idxal qiymətlərindən asılı olmamasıdır. Onun sözlərinə görə, Azərbaycanda ət, yumurta və tərəvəz kimi məhsulların qiymətləri daha çox yerli istehsalın maya dəyəri, yem və gübrə xərcləri, enerji, nəqliyyat, əməkhaqqı və digər istehsal məsrəfləri ilə müəyyən olunur: "Bu xərclər artdıqda dünya bazarında müəyyən məhsulların ucuzlaşması daxili qiymətlərə təsir göstərmir. Digər mühüm məqam ondan ibarətdir ki, dünya bazarında qiymətlərin azalması bütün ərzaq məhsullarına eyni dərəcədə şamil olunmur. FAO-nun ümumi ərzaq qiymətləri indeksi müxtəlif məhsul qruplarını əhatə edir. Məsələn, taxıl və bitki yağlarının ucuzlaşması avtomatik olaraq ətin, yumurtanın və tərəvəzin də ucuzlaşması demək deyil. Üstəlik, idxal məhsulunun ucuzlaşması ilə onun Azərbaycan bazarına çatması arasında müəyyən zaman fərqi yaranır.
Burada rəqabət məsələsi də mühüm rol oynayır. Bəzi məhsulların istehsalı və satışında rəqabət zəif olduqda, maya dəyərindəki azalma istehlak qiymətlərinə tam ötürülməyə bilər. Yəni qiymət artımı baş verəndə bu, tez bir zamanda pərakəndə satışa təsir edir, lakin xərclər azaldıqda ucuzlaşma eyni sürətlə baş vermir. Ona görə də dünya bazarındakı ucuzlaşmanın Azərbaycanda hiss olunması üçün təkcə idxal qiymətlərinin azalması kifayət deyil. Yerli istehsal xərclərinin sabitləşməsi, bazarda rəqabətin güclənməsi və vasitəçilərin sayının azalması da vacibdir. Əks halda, beynəlxalq bazardakı müsbət qiymət dəyişiklikləri yerli istehlakçıların xərclərində ciddi fərq yaratmaya bilər".
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı - YENİLƏNİB
"Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq
Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto
Bakıda DƏHŞƏT: Avtobus gənc qızı vuraraq öldürdü
Rusiyalı milyarderlər Putindən sonrakı dövrə hazırlaşır: Kremldə hakimiyyət dəyişikliyi ssenariləri müzakirə olunur
Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığının gələcəyə hesablanmış istiqamətləri
Güclü küləklə bağlı xəbərdarlıq
Türkiyədə seriallarla bağlı mühüm qərar gözlənilir
637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat
Prezidentin 1 həftəsi... - Video
Azərbaycan-Böyük Britaniya: regional sabitlik və qlobal əməkdaşlıq perspektivləri