Süni intellekt Qərb mediasını çökdürür - Oxucular artıq xəbərlərə pul ödəmək istəmir - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Süni intellekt Qərb mediasını çökdürür - Oxucular artıq xəbərlərə pul ödəmək istəmir - MEDİA EKSPERTİNDƏN AÇIQLAMASüni intellekt texnologiyalarının sürətlə inkişafı və gündəlik informasiya istehlakında geniş yayılması Qərbin nüfuzlu media qurumlarını ciddi maliyyə təhlükəsi ilə üz-üzə qoyub. Əvvəllər oxucular eksklüziv xəbərlərə, analitik yazılara və araşdırmalara çıxış əldə etmək üçün nüfuzlu nəşrlərin ödənişli abunəliklərinə müraciət edirdilərsə, indi süni intellekt vasitəsilə həmin materialların məzmununu ödəniş etmədən öyrənə bilirlər.

Beləliklə, oxucuların ilkin xəbər mənbələrinə keçid etmək marağı azalır, media qurumları isə həm sayt trafikini, həm reklam gəlirlərini, həm də ödənişli abunəçilərini itirmək riski ilə qarşılaşırlar. Bu tendensiya ənənəvi medianın gələcək maliyyə dayanıqlılığı ilə bağlı ciddi suallar yaradır.
Süni intellekt Qərb mediasını çökdürür - Oxucular artıq xəbərlərə pul ödəmək istəmir - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev Sonxeber.az-a açıqlamasında bildirdi ki, öncəliklə qeyd edim ki, bu toxunduğunuz məsələ son dərəcə həssas məsələdir. Qlobal mediada artıq bununla bağlı müxtəlif müzakirələr və məhkəmə prosesləri, narazılıqlar, qarşıdurmalar hətta deyərdim baş verməkdədir. Mütləq bu məsələ həll olunmalıdır. Biz ya mediadakı ödənişli xəbərlərdən imtina edə bilməliyik, ya da süni intellektdən imtina edə bilməliyik. Süni intellekt həyatımıza yeni daxil olur. Təbii ki, çatışmazlıqlar var. Üstünlükləridə çoxdur.Və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində həm texniki yönümlü, həm də etik kodekslər yönümlü işlər görülməkdədir. Yəqin ki, gələcəkdə də daha mütərəqqi layihələr həyata keçiriləcək. Düşünürəm ki, bu ödənişli xəbərlərin süni intellekt tərəfindən pulsuz açılması, məğzinin çatdırılması, informasiyanın ödənişsiz əldə olunması məsələsi süni intellekt provayderləri tərəfindən etik kodeks çərçivəsində nəzərdən keçirilməlidir.

Ayrıca, media resursları isə bu və bu kimi detalları nəzərə alaraq texniki imkanlarını gücləndirməlidirlər. Necə ki, məsələn, süni intellekt bu gün dövlət orqanlarına aid, yaxud da ki, fərdi informasiyalara dair məlumatları ələ keçirə bilmir, yaxud da ki, səthi şəkildə ələ keçirir. Yəni əsas məğzi, o informasiyaları əldə edə bilmir, media quruluşları da öz texniki imkanlarını gücləndirməli, yaxud da ki, bu detala uyğun şəkildə yeniləməlidirlər ki, onlar bu problemlə qarşılaşmasınlar. Hesab edirəm ki, burada media quruluşlarından daha öncə süni intellekt şirkətləri davranacaqlar və onlar etik kodeksləri və kommersiya məsələlərini əsas götürərək, ödənişli xəbərlərin ödəniş olmadan əldə edilməsinin qarşısını alacaqlar.

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 100   Tarix: 23 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

9-cu sinif şagirdinin meyiti tapıldı

Xaçmazda məktəbli qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 15 yaşlı A.B.-nin meyiti yaşadığı evdə yaxınları tərəfindən aşkar edilib. Onun qəfil ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Xaçmaz Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Qey

21 noyabr
.

İstirahət günü yağış yağacaq

Noyabrın 22-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanı

21 noyabr
.

Bəzi yerlərdə yağış, qar və duman: Həftənin ilk iş gününün havası

Noyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək

22 noyabr
.

Vaşkeleviçus: Bakının Avropa çempionatına ev sahibliyi edəcəyindən məmnunam

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus Azərbaycanı oğlanlar arasında basketbol üzrə U-20 Avropa çempionatına ev sahibliyi edəcəyi münasibətilə təbrik edib. "Report" xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Basketbolu

22 noyabr
.

Məktəblərdə payız tətili başa çatdı

Bu gündən - noyabrın 23-dən ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ili üzrə payız tətili başa çatıb. xəbər verir ki, noyabrın 16-dan başlayan beşgünlük payız tətili 20 noyabr tarixinədək davam edib. Şənbə və bazar günləri də nəzərə alınmaqla beş günlük iş həftəsi ilə fəaliyyət göstərən ümum

23 noyabr
.

Pensiyaçılara ikiqat XOŞ XƏBƏR - Aprelin 1-dən etibarən…

Əmək Məcəlləsinə təklif olunan dəyişiklik işçilərin əməkhaqlarının ödənilməsi qaydasında yeniliyə səbəb olacaq. Layihəyə əsasən, işəgötürənlər işçinin maaşını onun seçdiyi bank hesabına köçürməli olacaqlar. Bəs yeni qayda işçilərə və işəgötürənlərə hansı dəyişiklikləri gətirəcək? İşçinin maaşını istədiy

22 noyabr
.

Bakıda yaşayış binalarının yaxınlığında yerləşən göl qurumağa başlayıb - Video

Bakının Yasamal rayonu ərazisində yerləşən gölün getdikcə quruduğu iddia edilir. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, iddialara görə, ətrafında yaşayış binaları yerləşən göl bir neçə il əvvələ kimi geniş ərazini əhatə edib, ancaq sonradan qurumağa başlayıb. Ətrafdakı şəxsləri

23 noyabr
.

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızıl, gümüş və digər metalların qiymətlərində kəskin eniş müşahidə olunub. xəbər verir ki, noyabrın 20-də qızılın bir troya unsiyasının spot qiyməti 86,98 ABŞ dolları və ya 2,40% azalaraq 3 538,49 ABŞ dollarına düşüb. Nyu-Yorkun COMEX birjasında qızılın 2026-cı ilin dekabr fyuçerslərini

21 noyabr
.

Sumqayıtda yol çökdü

Sumqayıtda yolun daha bir hissəsi çöküb. -ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Çökmə ilə əlaqədar əraziyə Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları cəlb olunub. Təhlükəsizlik tədbirləri görülüb, problemin aradan qaldırılması istiqamətind

21 noyabr