"ABŞ raketlərini vursaydıq, nüvə münaqişəsi baş verərdi" - Sergey Sudakov

"ABŞ raketlərini vursaydıq, nüvə münaqişəsi baş verərdi" - Sergey SudakovABŞ-ın Bəşər Əsəd rejiminin aviabazasına endirdiyi "Tomoqavk" zərbələrinin ardınca Rusiya Suriya sahillərindəki dəniz qruplaşmasını gücləndirir. Virtualaz.org xəbər verir ki, Türkiyə sosial şəbəkələri bu gün Rusiyanın Qara dəniz donammasının "Admiral Qriqoroviç" freqatının Bosfor boğazını keçərək Suriya sahillərinə doğru istiqamət aldığını bildirirlər. Gəmi müasir elektron müharibə sistemləri və "Kalibr" qanadlı raketləri ilə təchiz olunub.

Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkov isə jurnalistlərə bildirib ki, Suriyanın Hava Hücumundan Müdafiə sisteminin gücləndirilməsi üçün "kompleks tədbirlər" görüləcək. Bununla belə Konaşenkov deyib ki, Suriya Rusiya ilə razılaşdırmadan ABŞ-ın zərbələrinə qarşı cavab tədbirləri görməyəcək.

Konaşenkov Suriya səmasının tamamilə Rusiya zenit-raket komplekslərinin (S-300, S-400 "Triumf", "Tor-1", "Pantsir" sistemləri) nəzarətində olduğu halda ABŞ raketlərinin niyə vurulmadığını şərh etməyib. Lakin bu məsələ hazırda mətbuatda, ekspert çevrələrində və sosial şəbəkələrdə əsas müzakirə mövzusudur.

Məlumdur ki, Rusiyanın Hmeymin aviabazasında yerləşdirilmiş S-400 zenit-raket kompleksinin radarı "Tomoqavk" zərbələri endirilən əş-Şarayat aviabazasını da əhatə edir. Bundan əlavə Suriya ərazisində S-300 və "Tor-1", habelə "Pantsir" zenit-raket kompleksləri yerləşdirilib. Onların dəqiq sayını heç kim bilmir. Bununla belə Suriya ərazisində azı 2-3 S-400 yerləşdirildiyi məlumdur, onların hərəsində 4 raket var. Əlbətdə, bu, Əsədin aviabazasına buraxılmış "Tomoqavk"ların hamısını vurmağa kifayət etməzdi.

Rusiyanın hərbi elmlər Akademiyasının müxbir-üzvü Sergey Sudakov "İzvestiya" qəzetinə müsahibəsində deyib ki, Suriyadakı zenit-raket sistemlərinin ABŞ-ın raket zərbələrinə qarşı tətbiq edilməsi nüvə müharibəsinə gətirib çıxara bilərdi. Bu səbəbdən ali baş komandan Putin soyuqqanlılıq nümayiş etdirib.

"Ən başlıca sual bundan ibarətdir ki, nəyə görə Rusiyanın hava hücumundan müdafiə sistemləri həmin raketləri vurmayıb. Sadəlövhlər hesab edirlər ki, bunu etmək vənəticədə raket hücumunu dəf etmək olardı. Lakin böyük hesabla əgər biz onları vurmağa başlasaydıq səhərə sağ çıxmazdıq. Çünki elə həmin gün nüvə münaqişəsi baş verərdi"-Sudakov deyib.

Digər hərbi ekspert Vladislav Şurıqin də hesab edir ki, əgər Rusiya Amerika raketlərini vursaydı iki dövlət arasında müharibə başlayardı. Üstəlik eksertə görə Suriyadakı Rusiya hava hücumundan müdafiə vasitələri ancaq Rusiya hərbi obyektlərini qoruyur, Rusiya komandanlığına tabedir. "Biz onlarla öz aerodromlarımızı və obyektlərimizi qoruyuruq. Hesab edirəm ki, elə buna görə də həmin raketləri vurmamaq barədə siyasi qərar qəbul edilib. Çünki bu, ABŞ-la Rusiya arasında münaqişəyə gətirib çıxara bilərdi. Əgər Rusiya silahlı qüvvələrinin ali baş komandanı soyuqqanlı davranmasaydı "Tomoqavk"ları vurmaq barədə əmr verilərdi. Bu isə müharibənin başlanması olardı"-ekspert deyib.

Şurıqin xatırladıb ki, İsrail və Türkiyə aviasiyası da vaxtaşırı olaraq Suriyadakı hədəfləri vurur, Rusiyanın havadan müdafiə sistemləri onlara müdaxilə etmir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1873   Tarix: 07 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib

Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan "Rusiyanın azadlığı" legionunun nəzarətinə keçib. "Report" xəbər verir ki, bu barədə legion teleqramda bildirib. "Belqorod vilayətinin Qorkovski qəsəbəsi "Rusiyanın azadlığı" qüvvələrinin nəzarət

17 mart
.

Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını yaydı. nazirliyə istinadən icmalı təqdim edir:

21 yanvar
.

İsrail ordusunun itkiləri 604 nəfərə çatıb

Qəzza sektorunda vəziyyətin gərginləşdiyi oktyabrın 7-dən bəri HƏMAS hərəkatı ilə döyüşlərdə İsrail ordusunun ümumi itkiləri 604 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəsmi məlumatında deyilir. Son məlumatlara görə, ötən şənbə Qəzz

7 aprel
.

İran İsrailə qanadlı raketlər atıb

İran İsrailə qanadlı raketlər atıb. "Report" xəbər verir ki, "Al-Arabiya" telekanalı iddia edib

14 aprel
.

İsrail İranın hücumlarına cavab verəcək

İranın hücumlarına İsrailin cavabı ilə bağlı qərarı baş nazir, Müdafiə Nazirliyinin rəhbəri və dar çərçivəli hərbi kabinetin üzvü verəcəklər. Məlumata görə, İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və dar çərçivəli hərbi kabinetin üzvü Benni Qantsa İranı

14 aprel
.

Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır - Polkovnik danışdı - VİDEO

"Sülh sazişi imzalamaq ərəfəsində sərhəddə belə bir təxribat törətmək onu göstərir ki, Ermənistan sülhə hazırlaşırmır, müharibəyə hazırlaşır". xəbər verir ki, bu sözləri real tv-yə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisinin şəxsi heyətlə iş üzrə sabiq müavini, ehtiyatda olan polkovni

14 fevral
.

İranın yüzdən çox PUA-sı ABŞ tərəfindən vuruldu - Tehran hücumun yekunlaşdığını bildirdi

İranın yüzdən çox pilotsuz uçuş aparatı (PUA) ABŞ tərəfindən İsrailin hava məkanından kənarda zərərsizləşdirilib. xəbər verir ki, İranın BMT-dəki nümayəndəliyi isə İsrailə qarşı hücumun yekunlaşdığını bildirərək, ABŞ-ı münaqişədən kənarda qalması ilə bağlı xəbərdarlıq edib. Nümayəndəliyin "X"

14 aprel
.

ABŞ HHQ-nin qırıcıları İraq və İordaniya səmasındadır

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İranın pilotsuz təyyarələrini ələ keçirmək üçün İraq və İordaniya səmasındadır. "Report" bu barədə "Əl-Qahirə əl-İxbariyyə" telekanalına istinadən xəbər verir

14 aprel
.

Qəzza zolağının cənubunda İsrail ordusunun daha bir neçə əsgəri ölüb

Qəzza zolağının cənubunda radikal Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı İsrail ordusunun 3 əsgəri həlak olub, daha 14-ü yaralanıb. "Report" bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir. Ölənlər - 19 yaşlı Dolev Malka, 19 yaşlı Afik Teri və 20 yaşlı İnon Yitzha

3 mart