"Qulağına sırğa taxan, qırmızı ayaqqabı geyən adam Lənkəranski ola bilməz"

"Qulağına sırğa taxan, qırmızı ayaqqabı geyən adam Lənkəranski ola bilməz"Xəbər verdiyimiz kimi, Azərbaycan kriminal avtoritet Rövşən Lənkəranski haqda "Sən ona oxşamayasan" adlı film çəkilir.

Bu xəbər sosial şəbəkələrdə böyük rezonansla qarşılanıb. Bəziləri bu addımı təqdir etsə də, bu filmi qınayanlar da çox olub.

Filmin rejissoru Rza Rzayev azxeber.com-a açıqlamasında deyib ki, onun məqsədi Rövşən Lənkəranskini təbliğ etmək yox, bir azərbaycanlının sürətlə məşhurlaşmasını və hörmət qazanmasını göstərməkdir: "Mən kriminal dünyanı və ya Rövşəni təbliğ etmirəm, bir azərbaycanlının qazandığı hörməti və sevgini göstərmək istəyirəm. Bizdə insanlar çox vaxt ilk addıma aldanır, məsələnin təfərrüatlarını bilmədən fikir söyləyir. Fakt odur ki, Rövşən xalq tərəfindən sevilən və hörmət bəslənən şəxs olub, mənim özümün də ona simpatiyası olub. Bir rejissor kimi qərara gəldim ki, onun həyatını özündə əks etdirən "Sən ona oxşamayasan" filmini çəkim, ilkin reaksiyalardan deyə bilərəm ki, bu uğurlu addımdır və hər gün yüzlərlə insan bu filmdə çəkilmək istədiyini mənə yazır"

Rejissor Rövşən Lənkəranski rolunu kimin canlandıracağını da söyləyib: "Mənə hər gün insanlar yazır ki, mənim filan qohumum Rövşənə oxşayır, onu çək. Ancaq mən deməliyəm ki, bu filmdə Rövşəni canlandıracaq şəxs tam fərqli biri olmalıdır, məsələn "Xaş atası"nın qəhrəmanı heç bir filmdə çəkilmədi, çünki filmdə möhür vurmaq önəmlidir. Məsələn: Qulağına sırğa taxan, qırmızı ayaqqabı geyən, cəmiyyətdə özünü səviyyəsiz aparan adam heç vaxt Rövşən rolunu oynaya bilməz. Bundan başqa bu gün Rövşən rolunu oynayan şəxs sabah gedib hansısa verilişdə atlanıb-düşsə, onu heç kim ciddi qəbul etməyəcək. Bu baxımdan da yenə də deyirəm ki, mənə filmdə xarici görünüşcə yox, daxili və xarakter baxımdan Rövşənə bənzəyən aktyor lazım olacaq."

Rza Rzayev filmin nəyə görə milli qəhrəmanlarımız, şəhidlərimiz haqda yox, Rövşən haqda çəkilməsində münasibət bildirib: "Mənim bundan öncəki "Geyilməmiş ayaqqabılar" filmin aprel şəhidlərinə həsr edilib. Görürəm yazırlar ki, guya mən kimdənsə pul almışam, bu filmi çəkirəm. Bu sözləri deyən adamlarla görüşüb, onları başa saldım. Mənim milli qəhrəmanlarla bağlı film çəkmək də planım var və bunu da reallaşdıracam. Filmin nə olduğunu bilməyən insanlar, məni ittiham edəndə, əsəbiləşirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4350   Tarix: 11 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İrtış çayında qayıq qəzasında iki nəfər ölüb

İrtış çayının Rusiyanın Omsk vilayətindən keçən hissəsində qayığın gəmilərin üzən duracağı ilə toqquşması nəticəsində su nəqliyyatı vasitəsinin sürücüsü və sərnişini yaralanıb. Daha bir sərnişinin isə axtarışı gedir. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat üzr

28 aprel
.

İlahiyyat İnstitutunun gənc məzunu vəfat etdi

Azərbaycanda İlahiyyat İnstitutunun keçmiş tələbəsi vəfat edib. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Azərbaycan İlahiyyat İnstitutunun təhsil göstəricilərinə görə fərqlənən gənc məzunu Günel Aslanova uzun sürən xəstəlikdən sonra vəfat edib

28 aprel
.

Sədərək rayonunda sursat partladı: Həlak olan mülki şəxslər dəfn ediliblər - YENİLƏNİB + FOTO/VİDEO

Sədərək rayonunda sursat partlayışı nəticəsində həlak olan mülki şəxslər dəfn ediliblər. "Report" xəbər verir ki, rayonun Qaraağac kəndi ərazisində Ermənistan tərəfindən vaxtilə atılmış hərbi sursatın partlaması nəticəsində həlak olan 1951-ci il təvəllüdlü Vilayət Həsən oğlu Rzayev və 1970-c

28 aprel
.

Naxçıvandakı partlayışda həlak olanların FOTOLARI

Xəbər verdiyimiz kimi, bu gün Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 1951-ci il təvəllüdlü Rzayev Vilayət Həsən oğlu və 1970-ci il təvəllüdlü Əliyev Adəm Həsən oğlu həlak olublar. "Qafqazinfo" həlak olan mülki şəxslərin fotolarını təqdim edir:

28 aprel
.

Bakı metrosunda sərnişin öldü

Bakı metrosunun "Memar Əcəmi" stansiyasının keçidində 65 yaş civarında bir xanım epilepsiya tutmasından dünyasını dəyişib. Bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Qeyd olunub ki, çağırılmış təcili tibbi yardım xidməti ölüm faktını təsdiq edib

27 aprel
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28 aprel
.

Tovuzda sərnişin avtobusu piyadanı vurub

Tovuzda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Bakıdan Qazaxa gələn sərnişin avtobusu yolu keçmək istəyən orta yaşlı qadını vurub. Qadının vəziyyətinin ağır olduğu bildirilir

28 aprel
.

Ceyranbatan su kanalında batan 13 yaşlı oğlanın meyiti tapıldı

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin "Stansiya Sumqayıt" adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, aprelin 20-də sözügedən ərazidə batan 2011-ci il təvəllüdl

27 aprel
.

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

Polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslərə alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarını

28 aprel