Azərbaycanda baş həkimin öldürülməsi ilə bağlı ŞOK DETALLAR - Telefon danışıqları üzə çıxdı - FOTOLAR

saat 14:18

Kənd həkim ambulatoriyasının baş həkiminin ölümünə evində saxladığı külli miqdarda pul səbəb olub.

Kənd həkim ambulatoriyasının baş həkimi Vahab Səfərov evində saxladığı böyük məbləğdə pulun badına gedib. Məlumata görə, hadisədən bir neçə gün öncə həkimin Rusiyada imkanlı iş adamı olan və orada yaşayan kürəkəni - qızının əri Sahil qaynatasına kənddəki yeməkxanasının ehtiyaclarını ödəmək məqsədi ilə təqribən 300 min manata yaxın pul göndərib. Bu barədə Sahilin yaxın dostu və qohumu, elə həmin kənd sakini Vüqar Abbasov da məlumatlı olub. Kənddəki şadlıq sarayında operator işləyən Vüqar pul barədə yaxın tanışı Fail Hüseynova danışıb və onlar həmin pulu ələ keçirmək məqsədilə martın 18-ı gecə saatlarında həkimin evinə basqın edirlər. Çox güman ki, həkimin evinə yaxından bələd olan və bu evə gediş-gəlişi olan dostlar həmin vaxt ailənin evdə olmayacağını planlaşdırıblar. Evin birinci mərtəbəsində qəfil həkimlə rastlaşanda çəkiclə onun başına ağır zərbələr endiriblər. Buna səbəb isə, həkimin basqınçıları tanıması olub. 2 gün öncə rayon polis şöbəsinin müvəqqəti saxlama kamerasında polisin silahı ilə özünü güllələyərək intihar edən 40 yaşlı Fail Xudaverdi oğlu Hüseynov ölümündən qabaq hadisəni Vüqar Həmidovla birgə törətdiyini boynuna alıb. Maraqlıdır ki, basqınçıların hər ikisi maddi cəhətdən imkanlıdır və həkimin ailəsi ilə qohumluq telləri ilə bağlıdırlar.
Telefon danışıqları üzə çıxdı

Xatırladaq ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xolmili kənd sakini Vüqar Həmid oğlu Abbasov tutulub. Hazırda polis cinayətin digər iştirakçılarının da olub-olmadığını araşdırır.

Cinayətin açılmasında hadisə törədən şəxslərlə dünyasını dəyişən ev sahibinin telefon danışıqları əsaslı rol oynayıb.

Qeyd edək ki, evə basqın hadisəsi martın 18-də Xolmili kəndində baş verib. Basqınçılar 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğluna baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub və onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Lakin V.Səfərov bir neçə gün sonra paytaxt xəstəxanasında dünyasını dəyişib. O, uzun illər kənd ambulatoriyasının müdiri vəzifəsində işləyib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə:istipress
Azərbaycanda baş həkimin öldürülməsi ilə bağlı ŞOK DETALLAR - Telefon danışıqları üzə çıxdı - FOTOLARAzərbaycanda baş həkimin öldürülməsi ilə bağlı ŞOK DETALLAR - Telefon danışıqları üzə çıxdı - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 6401   Tarix: 13 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...

Gecə saatlarında Sumqayıtda ər və arvadın qətlə yetirilməsinin bəzi detalları üzə çıxıb. qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar zamanı qətldə şübhəli bilinən Fikrət Məmmədovun narkotik vasitə istifadəçisi olması müəyyənləşib. İddiaya görə, o, tez-tez valideynlərindən pul tələb edirmi

19 aprel
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel
.

Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. O, A.Kərimovanı

15 aprel
.

Müğənnini öldürən ərinə hökm oxundu

Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkd

3 aprel
.

Məktəblilərin öldüyü hadisənin təfərrüatı məlum oldu

İmişli şəhər 5 saylı orta məktəbin həyətində iki yeniyetmənin ölümü ilə bağlı bəzi məqamlar bəlli olub. -a istinadən xəbər verir ki, İmişli Rayon Təhsil Şöbəsi yeniyetmələrdən heç birinin 5 nömrəli məktəb-liseyin şagirdi olmadığını açıqlayıb:. "2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov İmişlid

15 aprel
.

Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib. "Qaynarinfo"nun məlumatına görə, general xidmət rəisi işlədiyi müddətd

26 aprel