Ermənistan ayaqda! Erməni zabitlər öz əsgərlərini öldürür - VİDEO

Ermənistan ayaqda! Erməni zabitlər öz əsgərlərini öldürür - VİDEODünən İrəvanda Ermənistan ordusunun qeyri-döyüş şəraitində qətlə yetirilən 5 əsgərin anası növbəti etiraz aksiyası keçirtdi. Bu aksiyadan sonra Ermənistan mediasında ordudakı acınacaqlı vəziyyət haqda məlumatlar yayılıb.

Ermənistan Müdafiə Nazirliyi qeyri-döyüş şəraitində ölən əsgərlərin intihar etdiyini bildirib.

Lakin valideynlər bununla razılaşmırlar və hesab edirlər ki, onların övladları yüksək rütbəli zabitlər tərəfindən qətlə yetirilib.

Ölən əsgər Artur Kazaryanın anası irina Kazaryan bildirib ki, heç kim onları qəbul etmək istəmir: "Müdafiə naziri Viqen Sarkisyan deyir ki, ona bu ölümlərlə bağlı araşdırma aparmaq səlahiyyəti verilməyib. Bəs niyə müdafiə naziri postunda əyləşib?!".

Erməni jurnalist Romella Mnaçakanyan yazır ki, Ermənistan ordusunda vəziyyət acınacaqlıdır: "Əsgərlərin qeyri-döyüş şəraitində, müəmmalı şəraitdə ölməsi halları çoxalıb. Bu müharibənin ən qorxunc nəticəsidir. Lakin müharibə başqa ölkə ilə deyil, ordunun daxilində aparılır və öldürən də, ölən də erməni əsgəridir".

Erməni jurnalist prezident Serj Sarkisyana işarə edərək, "balıq başdan iylənir" deyə yazıb.

"Sarkisyan "aprel müharibəsi"ndə itkiləri gizlədərək, cəmiyyəti aldatdı. O, insanlara hər şeylə bağlı yalan danışır və onun kadrı olan Viqen Sarkisyan da məntiqi ardıcıllığa uyğun olaraq, əsgər analarını qəbul etmək istəmir, onlara "bu mənim işim deyil" deyə bildirir. Bu gün orduda korrupsiyadan tutmuş, əsgərlərin təhqir olunmasına qədər bütün iyrəncliklər var. Orduya döyüşməyə gedən əsgərlər yüksək rütbəli zabitlərin düşmənçiliyi ilə qarşılaşırlar. Bütün əsgərlər təşviş içindədir və onların xidməti də belə başa çatır. Təbii ki, qətlə yetirilməsələr...", - deyə erməni jurnalist bildirir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1731   Tarix: 14 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ukraynada daha iki gürcü döyüşçü həlak olub

Ukraynada daha iki gürcü döyüşçü həlak olub. APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb. Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar. Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharib

10 mart
.

Dörd ay komada qalan hərbçimiz şəhid olub

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komaya düşən hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub. APA-nın məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Hacıəli Tahir oğlu Qasımovdur. Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhi

28 yanvar
.

Bakı qırğınlarına görə Qorbaçovu öldürmək istəyən çilingər – baş tutmayan sui-qəsd cəhdi...

Əslində, onun nə Azərbaycanla, nə də bir nəfər olsun belə azərbaycanlı ilə heç bir əlaqəsi olmayıb. Sadəcə o, bir sovet vətəndaşı olaraq Mixail Qorbaçovun günahsız insanları qırğına verməsini qəbul edə bilməyib. Məhz elə bu səbəbdən də Aleksandr Şmonov Qorbaçovu fiziki cəhətdən məhv etməyi qərarlaşdırıb

20 yanvar
.

Qarabağdakı antiterror tədbirlərindən yeni görüntülər - VİDEO

Ötən il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri ilə bağlı yeni görüntülər üzə çıxıb. Görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb. Bizim.Media-nın yaydığı görüntüləri təqdim edir

8 fevral
.

Müharibədə həlak olan Ukraynanın mülki əhalisinin sayı açıqlandı

BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) Ukraynadakı son vəziyyət müzakirə olunub. qafqazinfo-ya istinadən xəbər verir ki, orada çıxış edən BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə müavini Mohamed Xaled Xiari münaqişənin Ukraynanın şərqindəki yaşayış məntəqələrinə keçməsindən narahat olduqların

9 mart
.

Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalını yaydı. nazirliyə istinadən icmalı təqdim edir:

21 yanvar
.

İran İsrailə 185 PUA və 36 qanadlı raket atıb: Hücum dəf edilib

İsrailin Dəməşqdəki İran konsulluğunu atəşə tutmasına cavab olaraq İslam Respublikası İsrailə 185 pilotsuz uçuş aparatı və 36 qanadlı raket atıb. Buraxılışların əksəriyyəti İrandan edilib, az sayda PUA İraq və Yəməndən buraxılıb. İran həmçinin 110 yer-yer raketi buraxıb. İranın zərbələri nəticəsind

14 aprel
.

Ukrayna bir həftədə Rusiyanın 4,5 min əsgərini məhv etdi

Ukrayna müdafiəçiləri həftə ərzində təxminən 5420 Rusiya hərbçisini məhv edib, 1088 texnikasını sıradan çıxarıb. -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Aleksandr Pavlyuk Teleqram kanalında yazıb. "24-31 mart tarixlərində Ukrayna Rusiya ordusunu

31 mart
.

İsrail Ordusu təsdiqlədi: İran PUA-lar buraxıb, hamısını izləyirik

İsrail rəsmiləri İranın İsrailə doğru onlarla yürüş təşkil edərək, hücuma başladığını təsdiq ediblər. Bu barədə "Al Jazeera" məlumat yayıb. Daha əvvəl İordaniya hakimiyyət orqanları hava məkanının bağlandığını bəyan etmişdi. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin məlumatına görə

14 aprel