"Biz onları dindar bildik": "Mahmud baba" filmində 210 minlik yeyinti qalmaqalı

"Biz onları dindar bildik": "Mahmud baba" filmində 210 minlik yeyinti qalmaqalı"Mahmud Baba" filmində baba və nəvə rolunu canlandıran aktyor Fəqan Məmmədov yenidən "Mahmud baba" filmindən danışıb.

Sonxeber.az bildirir ki, bu barədə cebhe.info-ya açıqlama verən aktyor yeni "Mahmud baba" filmini çəkəcəyini, yeni filmin daha çox seviləcəyini bildirib:

"Yeni filmimizə tələbat çoxdur, sosial şəbəkələrdən də çoxsaylı tələb mesajları alırıq. Biz yeni "Mahmud baba" filmi çəkəcəyik, burada Mahmud baba tam fərqli obrazda, kəndli baba obrazında olacaq. İnşallah ümidvarıq ki, möhtəşəm bir film olacaq. Əslində Mahmud baba obrazını mən 11 il bundan öncə yaratmışdım, o da kifayət qədər sevilirdi. Filmdə də mən istədiyim kimi olmalıydı. Onlara tələb qoydum ki, bu obraz maska olmasın, Mahmud baba "Şaulin" olmasın. Rejissor, ssenarist dedi ki, biz bilirik necə olmalıdır. Maskalı bir obraz yaratdılar.

Mən də 40 dərəcə istidə o maskada bişmişəm, çox əziyyət çəkmişəm. Dedilər düzəldəcəyik, baba daha şirin olacaq. Hələ o maskaya saqqalı mən zülmlə əlavə elətdirmişəm. Çünki babada saqqal olmalıdır. Mən xəyalımda Qarabağ babası yaratmışdım. Amma dedilər ki, biz neçə ildir bu sənətdəyik. Mən inandım onlara, əminəm ki, mənim dediyim obrazda olsaydı daha çox izlənərdi, sevilərdi. Çox təəssüf ki, inanmamalıydım".

Aktyor Fəqan Məmmədov filmdə külli miqdarda vəsait yeyintisinin olduğunu da ilk olaraq Cebhe.info-ya açıqlayıb: "Mən ilk filmdə rejissora, ssenaristə güvəndim. Çünki onlar neçə ildir bu işi görürlər. Çox təəssüflər olsun ki, ümidləri doğrultmadılar. Biz Mahmud baba obrazını tam fərqli görmək istəyirdik, onlar bu obrazı yarada bilmədilər. Məni inandırdılar ki, onların yaratdığı obraz daha çox seviləcək, qəbul ediləcək. Bununla yanaşı filmimdə də külli miqdarda yeyinti oldu. Biz onları dindar bildik, namaz əhli, ibadət əhli bildik güvəndik, inandıq ki, bunlar bizə qarşı nəsə artıq hərəkət etməzlər. Lakin təəssüf hissi ilə vurğulamaq istəyirəm ki, böyük bir yeyinti oldu. Həm də filmi kəsib doğradılar. Bir aktrisaya görə problem yarandı orda. Ona görə də kadrlarımız doğrandı, kəsildi.

Filmimizi bərbad hala saldılar. 210 min manat məbləğ vəsait ayırılmışdı. Baxmayaraq ki, ilk dəfə idi filmə çəkilməyim, amma deyilənə görə mən bunu bacarmışdım. Lakin kəsib doğradılar, hesab edirəm ki, konkret olaraq, mənə qarşı düşmənçilik elədilər. Bilmirəm nədən irəli gəldi, niyə belə elədilər. Zamanı gəlincə onları məhkəməyə də verəcəyəm. Sadəcə olaraq, bu aralar başım çox qarışıqdır işlərimə. Mən Allaha sığınıram. Rejissor Samir Kərəmoğlu idi, filmi də normal təhvil verməliydi, vermədi. Hətta, qala gecəsi bitəndən sonra, film nümayiş olunandan sonra nə rejissor, nə də ssenarist səhnəyə çıxdılar, qaçdılar. Heç bir qazanc olmadı. Qazanc ancaq rejissorla, ssenaristin oldu, onların ətrafındakılar yedilər".


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2042   Tarix: 14 aprel 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bıçaqlı hücum cəhdi gərginliyə səbəb oldu - VİDEO

Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda əlində təxminən 20 santimetrlik bıçaq olan bir şəxs bir iş yerində oturan 4 nəfərə hücum etməyə cəhd edib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, tərəflər arasında yaranan düşmənçilik fonunda baş verən hadisə zamanı həmin şəxs qarşı tərəf

23 iyun
.

Türkiyədə oteldə xlordan kütləvi zəhərlənmə

Türkiyənin Antalya vilayətində yerləşən otellərdən birində baş verən xlor sızması nəticəsində 25 nəfər zəhərlənib. yerli mediaya istinadla xəbər verir ki, hadisə Manavqatın məşhur turizm bölgəsi olan Qızılağac məhəlləsində yerləşən oteldə qeydə alınıb. İlkin məlumata görə, zəhərlənmə dizinfeksiya məqsəd

19 iyun
.

İsmayıllıda məktəbli sinif yoldaşını sevən oğlanı döydü, həbs edildi

İsmayıllıda orta məktəb şagirdi özündən 7 yaş böyük həmkəndlisini döydüyü üçün həbs edilib. -ın məlumatına görə, hadisə rayonun Kürdmaşı kəndində baş verib. Kənd sakini, 2009-cu il təvəllüdlü Sovqat Məmmədov (soyad şərtidir) orta məktəbdə həmkəndlisi olan qızla eyni partada oturub. Qızı sevən kənd sakini

21 iyun
.

Skuterlə hərəkət edən 11 yaşlı uşağı avtomobil vurdu - VİDEO

Türkiyənin Ankara şəhərinin Kahramankazan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi azyaşlının ölümü ilə nəticələnib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, 11 yaşlı uşaq skuterlə yolun kənarında hərəkətdə olarkən ona yüngül kommersiya tipli avtomobil çırpılıb. Zərbənin təsirində

23 iyun
.

Sevgilisini onun ən yaxın rəfiqəsi ilə aldatdı - FOTO

Ceylin adlı gənc qadın sevgilisinin onu ən yaxın rəfiqəsi Ezgi ilə aldatdığını öyrəndikdən sonra sosial şəbəkələrdə gündəmə gəlib. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, gənc qadın xəyanəti ortaya çıxaran mesajlaşmaları ələ keçirib. Yazışmalarda tərəflərin uzun müddət gizli şəkildə əlaq

22 iyun
.

Qəza törədən sürücü avtomobilini qoyub hadisə yerindən qaçdı

Türkiyənin Çorum şəhərində qırmızı işıqda dayanan avtomobilə arxadan çırpılan sürücü qəzanın ardından nəqliyyat vasitəsini hadisə yerində qoyaraq qaçıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. xarici mediaya istinadla xəbər verir ki, qəza gecə saatlarında Akşəmsəddin küçəsində baş verib. Məlumat

19 iyun
.

Uşaq arabasında olan Atilla FACİƏLİ ŞƏKİLDƏ HƏLAK OLDU - VİDEO

İyunun 19-da Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93" yaşayış kompleksinin ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sürətlə hərəkət edən motosiklet uşaq arabasında olan 3 yaşlı Atilla Rafail oğlu Bağırovu vurub. Hadisə nəticəsində azyaşlı dünyasını dəyişib. Yaşayış kompleksinin sakinlər

20 iyun
.

Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI

Zaqatala rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -ın məlumatına görə, hadisə iyunun 19-da saat 9 radələrində rayonun Qımır kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 58 yaşlı Kamran Məhərrəmov kəsici alətlə qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkd

20 iyun
.

Balkonda yandırılan manqal binada gərginlik yaratdı - VİDEO

Türkiyənin Bursa şəhərində bir ailənin yaşadığı mənzilin eyvanında manqal yandırması bina sakinləri arasında narazılığa səbəb olub. türk mediasına istinadən xəbər verir ki, manqaldan çıxan sıx tüstü qısa müddətdə bütün binaya yayıldığından sakinlər eyvanlara çıxaraq etirazlarını bildiriblər. Qonşula

22 iyun